Dünya

Tram Ukrayna ilə bağlı mühüm tapşırıq verdi

1 Mart 2025, 17:1849
Reklam728x90
Reklam320x100

Ağ Evdə Volodimir Zelenski ilə yaşanan qalmaqaldan sonra Donald Tramp milli təhlükəsizlik aparatına Ukraynaya silah tədarükünün dayandırılmasının mümkünlüyünü araşdırmağı tapşırıb.

Avropa.info-nun məlumatına görə bu barədə “Wall Street Journal” qəzəti məlumat yayıb.

Nəşr qeyd edir ki, görüşdən qısa müddət sonra Tramp milli təhlükəsizlik əməkdaşlarına Ukraynaya silah tədarükünü müvəqqəti və ya tamamilə dayandırmağı araşdırmaq tapşırığı verib.

Xatırladaq ki, fevralın 28-də ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə çox gərgin müzakirələr keçirilib. Tramp və Zelenski Ukraynada nadir faydalı qazıntılarla bağlı müqavilə imzalamağı da planlaşdırırdılar, amma bu, baş tutmayıb

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600