29 - 04 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Milli Məclis Aİ bəyanatini rədd edir

Fevral 27, 2025
Siyasət
A A
 

Azərbaycan Milli Məclisi Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin fevralın 25-də yaydığı bəyanatını şiddətlə qınayır, bu sənədi Avropa Parlamenti ilə Ermənistanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının növbəti nümunəsi kimi qiymətləndirir.

Avropa.infoxəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində qəbul edilmiş bu bəyanat, Azərbaycan əleyhinə səsləndirilmiş absurd və tamamilə əsassız ittihamlar həm Ermənistanın, həm də Avropa Parlamentinin əsl mahiyyətini bir daha ortaya qoyur.

Bildirilib ki, nəticə etibarilə, bu bəyanat Ermənistan tərəfinin Azərbaycanla danışıqlar prosesində qeyri-səmimiliyini yenidən nümayiş etdirmiş oldu:

“Ermənistan parlamentinin, o cümlədən Komitənin işində iştirak edən hakim partiyanın nümayəndələrinin Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması, habelə dövlətlərarası münasibətlərin normallaşdırılması ilə bağlı çıxışlarına birbaşa zidd olan birgə bəyanatı dəstəkləməsi bunun bariz göstəricisidir. Digər tərəfdən, bu bəyanat Avropa Parlamentində Azərbaycana münasibətdə dərin kök salmış nifrət siyasətinin növbəti təzahürüdür”.

Bəyanatda Ermənistanı israrla qurban kimi qələmə verməyə çalışanlara Azərbaycan parlamenti xatırladır ki, Ermənistan onilliklər boyu faşist ideologiyasını bəsləyən bir ölkədir:

“Bu ideologiya da onun Azərbaycana qarşı 30 illik təcavüzünün əsasını təşkil edir. İşğal dövründə Ermənistan ağır cinayətlər, o cümlədən hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı aktları törədib. Ermənistan etnik təmizləmə həyata keçirib və bir milyona yaxın azərbaycanlını öz doğma yurdlarından, o cümlədən Zəngəzur, Dərələyəz, Göyçə və digər ərazilərdən qaçqın və məcburi köçkün vəziyyətinə salıb. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini yerlə bir edərək talan edib, dövlət və şəxsi mülkiyyətə milyardlarla ABŞ dolları dəyərində maddi ziyan vurub, işğal olunmuş ərazilərdə və Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsi məhv edib və özününküləşdirib”.

Eyni zamanda Ermənistan sonrakı rəhbərliyi dövründə hərbi cinayətlərin araşdırılması üçün heç bir addım atmayıb. Onilliklər ərzində günahsız azərbaycanlılara qarşı törədilmiş ağır cinayətlərə görə heç bir erməni məsuliyyətə cəlb olunmayıb. Bu vəziyyət səhvən demokratik və insan haqlarının müdafiəçisi kimi təqdim edilən Ermənistanın indiki hökuməti dövründə də davam etməkdədir.

Təəssüf olsun ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı çoxsaylı beynəlxalq sənədlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, nə Avropa İttifaqı, nə də onun parlament strukturu heç bir zaman Ermənistana qarşı sanksiyaların tətbiqinə çağırış etməyib və bununla da, faktiki olaraq, Azərbaycan ərazilərinin qanunsuz işğalının davam etməsini təşviq edib. Bu isə Azərbaycana qarşı sanksiyaların tətbiqinə səsləyən avropalı parlamentarilərdə dərin kök salmış azərbaycanofobiya meyllərini ifşa edir.

Ermənistanın onilliklər boyu Azərbaycan ərazilərini minalarla çirkləndirməsinə, ölkəmizə qarşı bu irqçi siyasətin nəticələrinin aradan qaldırılması istiqamətində əməkdaşlıqdan yayınmasına münasibətdə də Avropa Parlamentindən hər hansı bir mövqe bildirilməməsi təəssüf doğuran digər bir məqamdır. Belə görünür, avropalı parlamentarilər günahsız insanların həyatını itirməyə davam etməsini, bu minaların Azərbaycanın yalnız öz imkanları hesabına apardığı yenidənqurma və bərpa işlərinə ciddi əngəllər törətməsini dərk etməkdə acizdirlər.

Avropa Parlamenti keçmiş münaqişə dövründə itkin düşmüş 4 000 azərbaycanlının taleyinə də eyni dərəcədə biganəlik nümayiş etdirir. Halbuki, işğaldan azad edilmiş ərazilərdə tapılan kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı törətdiyi qeyri-insani hərəkətlərinin miqyasını və vəhşiliyini bir daha təsdiq edir.

Avropalı parlamentarilər insan haqları, o cümlədən geri qayıtmaq hüququ haqqında danışarkən, nədənsə 1980-ci illərin sonlarında indiki Ermənistandan zorla qovulmuş təxminən 250 000 azərbaycanlı qaçqının geri qayıtmaq hüququnu rahatlıqla gözardı edirlər. Sağlam məntiq Avropa Parlamentinin bu fundamental insan haqları məsələsinə ədalətli yanaşma nümayiş etdirməsini, Ermənistanı bu insanların öz ata-baba torpaqlarına qayıtması üçün lazımi şərait yaratmağa çağırmasını tələb edir. Təəssüf ki, həm Ermənistan, həm də Avropa Parlamenti iki ölkə arasında etimadın qurulmasına müsbət töhfə verəcək bu məsələni görməzlikdən gəlməyə israr edirlər. Bu cür davranış isə Avropa İttifaqının qoruduğunu iddia etdiyi liberal dəyərlərə tamamilə ziddir.

Azərbaycanın Ermənistanın konstitusiyası və digər hüquqi sənədləri ilə bağlı narahatlığı qanuni və əsaslıdır. Reallıq budur ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Bu vəziyyət isə həmin ölkənin ali sənədinə zidd olan istənilən beynəlxalq sazişin qanuniliyini şübhə altına alır. Belə olan halda, Ermənistanın konstitusiyasına düzəlişlər edilməsinin zəruriliyinə dair Azərbaycanın mövqeyi heç bir halda maksimalist mövqe deyil, eyni zamanda Ermənistanın özü üçün də sadəcə daxili məsələ sayılmır. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıması təmin olunmalıdır.

Aİ-nin Ermənistandakı Missiyası (EUMA) ilə bağlı qeyd etmək lazımdır ki, bu missiya Azərbaycan tərəfinə verilən vədlərə zidd olaraq yaradılıb və Ermənistanla Azərbaycan arasında regional sabitliyin və etimadın gücləndirilməsinə dair öncədən bəyan edilmiş məqsədə xidmət etmir. Müşahidələr göstərir ki, bu missiya faktiki olaraq, düşmənçilik yaymaq və əsassız azərbaycanofobiyanı qızışdırmaq üçün təbliğat vasitəsi kimi geniş şəkildə istifadə edilir. Ötən dövr ərzində bu missiya Azərbaycana qarşı qərəzini açıq şəkildə nümayiş etdirib, saxta və yalan xəbərlərin yayılması aləti kimi tətbiq olunub. Təəssüf ki, EUMA-nın təxribatçı fəaliyyəti Ermənistanı cəsarətləndirməyə davam edir və onu Azərbaycanla münasibətləri birdəfəlik normallaşdırmaq səylərindən çəkindirir. Belə fəaliyyət sərhəd boyu gərginliyi süni şəkildə artırmaq potensialına malikdir.

Aİ-nin öz qonşusunun ərazisini 30 il ərzində işğal altında saxlamış Ermənistana Avropa Sülh Mexanizmi və digər proqramlar vasitəsilə hərbi dəstək vermək qərarı isə dərin narahatlıq doğurur. Bunun regionda sülh və sabitliyə töhfə vermək səyləri ilə heç bir əlaqəsi yoxdur. Təcavüzkar ölkəyə göstərilən bu yardım regionda sabitliyi pozmağa və potensial olaraq silahlanma yarışını alovlandırmağa yönəlmiş addımdır.

Qeyd olunanları nəzərə alaraq, Aİ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesindəki roluna dair bəyanatda səsləndirilən iddiaların da heç bir əsası yoxdur. Aİ öz qurumlarının və bəzi üzv dövlətlərin bir sıra hərəkətləri nəticəsində bu prosesdəki rolunu itirib. Avropa Parlamenti bu məsələdə xüsusi fəallıq göstərib və beləliklə, bu məsələdə təəssüf hiss keçirməyə heç bir mənəvi haqqı yoxdur.

Bütün bunlar fonunda, Azərbaycan Milli Məclisi Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin tarixi faktları təhrif edən və Azərbaycanı ədalətsiz şəkildə ittiham edən qərəzli, birtərəfli bəyanatını qəti şəkildə rədd edir.

Belə addımlar yalnız fikir ayrılıqlarını dərinləşdirməyə xidmət edir, sülh və barışığı təmin etmək səylərini sarsıdır. Əgər Avropa Parlamenti həqiqətən də Cənubi Qafqazda sabitliyi təşviq etməyə çalışırsa, bu qurum ötən dövrlərdəki haqsızlıqları etiraf edən, Ermənistanın revanşist siyasətini və militarizasiya cəhdlərini təşviq etməyən tarazlı və ədalətli yanaşmanı rəhbər tutmalıdır

Əvvəlki Yazı

Türkiyədən Yunanıstana qaçmağa çalışan PKK terrorçusu tutuldu

Növbəti Yazı

Türkiyədə İETT avtobusu yanıb-Foto

XƏBƏR LENTİ

“Müəllif saatı” layihəsi çərçivəsində yazıçı Zahid Xəlil ilə görüş

“Müəllif saatı” layihəsi çərçivəsində yazıçı Zahid Xəlil ilə görüş

28 Aprel 2026 / 18:40
22
Kitab və Müəlliflik Hüquqları Günü münasibətilə şagirdlərlə silsilə görüşlər keçirilib-Fotolar

Kitab və Müəlliflik Hüquqları Günü münasibətilə şagirdlərlə silsilə görüşlər keçirilib-Fotolar

28 Aprel 2026 / 18:36
46
“Müəllif saatı” layihəsi çərçivəsində xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib-Fotolar

“Müəllif saatı” layihəsi çərçivəsində xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib-Fotolar

24 Aprel 2026 / 19:33
77
İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz “Böyük İsrail” planının icrası üçün cəlb edib-Vuqar Dadaşov

“İntizam tənbehi yox, CİNAYƏT MƏSULİYYƏTİ”-Vüqar Dadaşov

24 Aprel 2026 / 10:00
134
Akademik Musiqili Teatrın kollektivi Nəsibə Zeynalovanın xatirəsini yad edib – FOTO

Akademik Musiqili Teatrın kollektivi Nəsibə Zeynalovanın xatirəsini yad edib – FOTO

23 Aprel 2026 / 10:46
40
Respublika Gənclər Kitabxanasında dil və milli kimlik mövzusunda konfrans keçirildi – FOTOLAR

Respublika Gənclər Kitabxanasında dil və milli kimlik mövzusunda konfrans keçirildi – FOTOLAR

22 Aprel 2026 / 21:05
47
Tarixdən Gələcəyə Körpü: Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş elektron resurs

Tarixdən Gələcəyə Körpü: Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş elektron resurs

21 Aprel 2026 / 21:24
75
İnsan “məhsula” çevriləndə: “Leziz kadavralar”ın düşündürdükləri – LARA YEMEZ YAZIR

İnsan “məhsula” çevriləndə: “Leziz kadavralar”ın düşündürdükləri – LARA YEMEZ YAZIR

21 Aprel 2026 / 20:26
55
Azərbaycan–Misir dostluğunu əks etdirən sərgi keçirildi – FOTOLAR

Azərbaycan–Misir dostluğunu əks etdirən sərgi keçirildi – FOTOLAR

21 Aprel 2026 / 20:13
176
Yaxın Şərqdə “sakitlik” illüziyası: Gizli eskalasiya dərinləşir

Yaxın Şərqdə “sakitlik” illüziyası: Gizli eskalasiya dərinləşir

21 Aprel 2026 / 12:41
51
Çiğdem Ərdoğan: Hər dəfə Azərbaycana gələndə o hekayəni bir daha xatırlayıram – VİDEO \ FOTOLAR

Çiğdem Ərdoğan: Hər dəfə Azərbaycana gələndə o hekayəni bir daha xatırlayıram – VİDEO \ FOTOLAR

20 Aprel 2026 / 20:45
56
AMEA Azad Həmkarlar İttifaqı MEK əməkdaşları ilə görüş keçirib – FOTOLAR

AMEA Azad Həmkarlar İttifaqı MEK əməkdaşları ilə görüş keçirib – FOTOLAR

20 Aprel 2026 / 19:54
57
Gənclərin inkişafına töhfə: yazıçı İlqar Kamil ilə görüş keçirilib-Fotolar

Gənclərin inkişafına töhfə: yazıçı İlqar Kamil ilə görüş keçirilib-Fotolar

20 Aprel 2026 / 15:42
70
Avrasiya Universitetində ana dilimizin mədəni missiyasına həsr olunan ictimai müzakirə keçirildi – FOTOLAR

Avrasiya Universitetində ana dilimizin mədəni missiyasına həsr olunan ictimai müzakirə keçirildi – FOTOLAR

19 Aprel 2026 / 12:24
65
Xırdalan şəhərində ağlasığmaz HADİSƏ: Qadını oğurlamaq istədilər – FOTO

Xırdalan şəhərində ağlasığmaz HADİSƏ: Qadını oğurlamaq istədilər – FOTO

17 Aprel 2026 / 20:05
65
Müəllif saatı” layihəsi çərçivəsində yazıçı Gülzar İbrahimova ilə Görüş-Fotolar

Müəllif saatı” layihəsi çərçivəsində yazıçı Gülzar İbrahimova ilə Görüş-Fotolar

17 Aprel 2026 / 19:03
82
Qadın işəgötürənlərdən QLOBAL TƏŞƏBBÜS: Türk dövlətlərini də əhatə edəcək – FOTO

Qadın işəgötürənlərdən QLOBAL TƏŞƏBBÜS: Türk dövlətlərini də əhatə edəcək – FOTO

16 Aprel 2026 / 9:25
82
Anar Əsədli vəkillərindən imtina etdi

Anar Əsədlinin hüquqlarını bu vəkil müdafiə edəcək

15 Aprel 2026 / 21:08
62
Daşkənddə Azərbaycan və özbək nağıllarından ibarət kitabların təqdimatı olub-Fotolar

Daşkənddə Azərbaycan və özbək nağıllarından ibarət kitabların təqdimatı olub-Fotolar

15 Aprel 2026 / 17:13
75
Deputat Razı Nurullayev MCP-nin qərargahında göruş keçirib

Deputat Razı Nurullayev MCP-nin qərargahında göruş keçirib

13 Aprel 2026 / 19:18
80
İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz “Böyük İsrail” planının icrası üçün cəlb edib-Vuqar Dadaşov

Vüqar Dadaşov -“ABŞ tərəflərinin İslamabadda danışıqlar masasında nəticələr əldə edəcəyinə inam öncədən az idi”

13 Aprel 2026 / 15:55
132
Türkiyə nümayəndə heyəti Azərbaycana gəldi

Türkiyə nümayəndə heyəti Azərbaycana gəldi

13 Aprel 2026 / 14:01
67
Sumqayıtda Azərbaycan dilinə həsr olunmuş tədbir keçirilib – FOTOLAR

Sumqayıtda Azərbaycan dilinə həsr olunmuş tədbir keçirilib – FOTOLAR

12 Aprel 2026 / 22:25
64
Anar Əsədli vəkillərindən imtina etdi

Anar Əsədli vəkillərindən imtina etdi

12 Aprel 2026 / 20:54
72
Ermənilər quru sərhəddən keçərək Azərbaycana gəldi – FOTOLAR

Ermənilər quru sərhəddən keçərək Azərbaycana gəldi – FOTOLAR

10 Aprel 2026 / 16:27
71
Razi Nurullayev təklif etdi – Spiker ona reaksiya verdi

Razi Nurullayev təklif etdi – Spiker ona reaksiya verdi

10 Aprel 2026 / 15:31
89
İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz “Böyük İsrail” planının icrası üçün cəlb edib-Vuqar Dadaşov

Yaxın Şərqdə riskli dönüş: Geniş müharibəyə doğru addım – TƏHLİL

09 Aprel 2026 / 12:52
173
Müharibənin yeni üzü: Müasir qarşıdurmaların qlobal xəritəsi – TƏHLİL

Müharibənin yeni üzü: Müasir qarşıdurmaların qlobal xəritəsi – TƏHLİL

08 Aprel 2026 / 14:11
81
Cəmiyyətin nəbzini yoxlamaq TƏŞƏBBÜSÜ, yoxsa məqsədli narazılıq yaratmaq İSTƏYİ… — Rəsul Mirhəşimli yazır

Cəmiyyətin nəbzini yoxlamaq TƏŞƏBBÜSÜ, yoxsa məqsədli narazılıq yaratmaq İSTƏYİ… — Rəsul Mirhəşimli yazır

07 Aprel 2026 / 1:02
87
Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən

Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən

06 Aprel 2026 / 17:08
65
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.