Yunanıstana qaçmağa cəhd edən terror təşkilatı PKK üzvü Ədirnədə saxlanılıb.
Avropa.info-nun məlumatına görə Təhlükəsizlik qüvvələri terror təşkilatı PKK üzvü olduğu müəyyən edilən AH-ı Yunanıstana keçmək istəyərkən qadağan olunmuş hərbi bölgədə keçirdikləri əməliyyat zamanı yaxalayıb.
“Silahlı terror təşkilatı üzvü olduğu” üçün axtarılan AH-nın jandarmada əməliyyatları davam edir.