Kanadanın müxalif Yeni Demokratiya Partiyasının (NDP) lideri Caqmit Sinq ABŞ prezidenti Donald Trampı G7 sammitində iştirakına qadağa qoymağa çağırıb.
Avropa.info-nun məlumatına görə Sinq Kanadanın bu il G7 Sammitinə sədrliyi ilə bağlı qiymətləndirmələr aparıb.
Sinq “demokratiya, suverenlik və qlobal sabitliyə qarşı təhdidləri” əsas gətirərək Trampın G7 Sammitində iştirakına qadağa qoyulmasını tələb edib.
“Bizim demokratiya və suverenliyimizi təhdid edən birini niyə dəvət edək?” ifadələrdən istifadə etdi.
Trampın hərəkətləri və siyasətinin beynəlxalq təşkilatlara ziyan vurduğunu qeyd edən Sinq, G7 Zirvəsinin “Trampın dünya üçün təhdidlərinə qarşı çıxmaq üçün müttəfiqlərlə birgə işləmək fürsəti” olduğunu bildirib.
ABŞ prezidenti Tramp fevralın 14-də deyib ki, Rusiya Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ- ın daxil olduğu G7-yə yenidən qəbul edilməlidir .