Macarıstanda 2 və 3 uşaq sahibi olan analar gəlir vergisindən ömürlük azad ediləcək.x
Avropa.info xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban ölkə palamentindəki çıxışında deyib.
O, 2025-ci ili ölkənin “sıçrayış ili” elan edərək Avropanın ən əhatəli vergi azaldılması proqramını həyata keçirəcəklərini açıqlayıb.
Viktor Orban bu addımın Macarıstanda əhalinin artımını təşviq etmək məqsədi daşıdığını açıqlayıb.
Orban yeni vergidən azad etmə proqramının mərhələli şəkildə həyata keçiriləcəyini bildirib. Müvafiq olaraq, 3 uşaqlı analar üçün vergi güzəşti 2025-ci ilin oktyabrında, 2 uşaqlı analar üçün isə 2026-cı ilin yanvar ayından qüvvəyə minəcək.