Dünya

Rusiya -Dubay aviareysində problem yarandı, Təyyarə geriyə eniş etdi

23 Fevral 2025, 13:2935
Reklam728x90
Reklam320x100

Rusiyanın Mineralnıye Vodı şəhərlərindən Dubaya uçan sərnişin təyyarəsi uçuş hava limanına qayıdıb.

Avropa.info xəbər verir ki, bu barədə aviaşirkətin teleqram kanalında məlumat verilib.

“Uçuşların təhlükəsizliyini təmin etmək üçün A46087 Mineralnıye Vodı – Dubay reysinin komandiri 23 fevral 2025-ci il tarixində təyyarə sistemlərindən birinin işləmə göstəricisi ilə əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib”, – məlumatda deyilir.

Bildirilib ki, sərnişinlər aviaşirkətin ehtiyat reysi ilə təyinat yerinə çatdırılacaq.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600