Prezident Rəcəb Tayyib Ərdoğan, “Yeniləşərək, nəfəs alıb güc toplayıb, bu gündən yeni bir dövrə “Bismillah” deyirik. Məqsədimiz əziz millətimizin xeyir-duasını almaqdır” dedi.
Avropa.info xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada AK Partiyanın 8-ci növbədənkənar qurultayının keçiriləcəyi salonun qarşısına toplaşan kütlə qarşısında çıxış edib.
Ərdoğanın çıxışından diqqət çəkən məqamlar bunlardır:
“Türkiyənin hər yerindən, Ədirnədən Qarsa gəlmisən. Bu xoşbəxt gündə bizi tək qoymadın. Salonlara sığmayan sevgi və şövqünlə Ankaranı demokratiyamızın şənlik yerinə çevirdin.
Biz bu prosesi AK Partiyaya yaraşan bir qardaşlıq mühitində, qarşıdurmasız, hay-küysüz və ən əsası şübhəsiz bir şəkildə bu günə çatdırdıq. Şəxsən mənim iştirak etdiyim 29-cu əyalət qurultayında yoldaşlarımızı qucaqladıq.
Bizi qucaqlayan bütün vətəndaşlarımıza təşəkkür edirəm. Qarovulluğa getdiyimiz yerlərdə olan qardaşlarıma göstərdikləri zəhmətə, xidmətlərinə görə minnətdarlığımı bildirirəm. Yeni bacı-qardaşlarıma böyük uğurlar arzulayıram. Yenilənmiş, təravətli və enerjili, bu gündən yeni bir dövrə “Bismillah” deyirik.
Bu yeni dövrdə məqsədimiz sevimli millətimizin xeyir-duasını almaqdır. Qarşımda iştirak görəndə Rəbbimə şükür edirəm”.