Dünya

Braziliyada avtobusla yük maşınının toqquşması nəticəsində 12 tələbə ölüb

22 Fevral 2025, 10:0736
Reklam728x90
Reklam320x100

Braziliyada avtobus və yük maşınının toqquşması nəticəsində 12 universitet tələbəsi ölüb, 19 nəfər yaralanıb.

Avropa.info xəbər verir ki, Ölkə mətbuatının məlumatına görə, San-Paulu şəhərindən hərəkət edən avtobus Valdir Canevari şossesində yük maşını ilə toqquşub.

Qəzada 12 universitet tələbəsi həyatını itirib, 19 nəfər yaralanıb.

San Paulo qubernatoru Tarcisio de Freitas sosial  media  hesabında “12 universitet tələbəsinin dəhşətli qəzada həyatını itirdiyini böyük kədərlə öyrəndim.” ifadəsini işlətdi.

3 günlük matəm elan edilib

Yaralı tələbələr xəstəxanaya aparılarkən, qəza ilə bağlı araşdırma başladılıb.

Qəzadan sonra tələbələrin  təhsil aldığı Franka Universitetində  3 günlük matəm elan edilib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600