Dünya

Tramp Birləşmiş  Qərargah rəisi Braunu vəzifəsindən azad edi

22 Fevral 2025, 08:2640
Reklam728x90
Reklam320x100

ABŞ prezidenti Donald Tramp Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braunu qəfil istefaya göndərib və onun yerinə Hərbi Hava Qüvvələrinin istefada olan general-leytenantı Den Keyni namizəd göstərib.

Avropa.info xəbər verir ki, ABŞ  prezidenti Tramp Truth Social hesabında verdiyi açıqlamada Brauna xidmətinə görə təşəkkür edib.

 Tramp “Twitter” səhifəsində ” General Brauna ölkəmizə 40 ildən çox xidmətinə, o cümlədən Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri vəzifəsində indiki  roluna görə təşəkkür edirəm. O, centlmen və görkəmli liderdir və ona və ailəsinə parlaq gələcək arzulayıram”. ifadələrdən istifadə etdi.

Yeni Baş Qərargah rəisi vəzifəsinə  təqaüddə olan Hərbi Hava Qüvvələri general-leytenantı Den “Razin” Keyni irəli sürdüyünü açıqlayan  Tramp, Keynin xüsusilə İŞİD-lə mübarizədəki uğurlarına diqqət çəkib.

Digər tərəfdən, ABŞ Müdafiə Naziri Pete Hegseth, verdiyi açıqlamada Brauna təşəkkür etdi və Dəniz Əməliyyatları rəisi admiral Lisa Franchetti və Hərbi Hava Qüvvələrinin ikinci komandanı general Cim Slifenin də vəzifədən alındığını açıqladı.

General kimi xidmət edən ikinci afroamerikalı

Braun ABŞ tarixində general kimi xidmət edən ikinci qaradərili amerikalı kimi qeydə alınıb.

Keyn son olaraq Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) hərbi məsələlər üzrə direktor müavini vəzifəsində çalışıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600