Dünya

Kolumbiya prezidenti Petro: Narkotik kartelləri mənə sui-qəsd etməyi planlaşdırır

19 Fevral 2025, 09:5246
Reklam728x90
Reklam320x100

Kolumbiya prezidenti Qustavo Petro narkotik kartellərinin ona sui-qəsd hazırladığını iddia edib.

Avropa.info xəbər verir ki, Paytaxt Boqotadakı General Fransisko de Paula Santander Hərbi Akademiyasında danışan Petro, ölkənin əsas mafiyalarına qarşı mübarizə apardıqları üçün hədəf alındıqlarını bildirib.

“Narkokartellər mənə sui-qəsd etməyi planlaşdırır. Təyyarəmə raket atmaq istəyirlər.  Narkotik  tacirlərinin alıb hardasa gizlətdiyi iki raket var. Onların kim olduğunu bilirik və buna görə də tədbir görməliyik”, – Petro deyib.

Keçən il sui-qəsdə məruz qaldığını da deyən Petro, “Kolumbiyadakı böyük mafiyaların arxasınca getdiyimizi bildikləri üçün məni tez devirmək istəyirlər. Bu qorxulu ola bilər, bəli, əlbəttə ki, qorxuludur” dedi.

Prezident Petro sui-qəsd iddiaları ilə bağlı hər hansı təfərrüat açıqlamayıb.

Petro  2022-ci il prezidentlik  kampaniyası  zamanı bildirmişdi ki, “La Kordilyera” adlı cinayətkar dəstə ona sui-qəsd etməyi planlaşdırır.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600