Dünya

Zelenski Ankaradakı görüşdən paylaşım edib

18 Fevral 2025, 23:2578
Reklam728x90
Reklam320x100

Ukrayna prezidenti Vladimir Zelenski Ukraynaya verdiyi dəstəyə və ölkəsinin ərazi bütövlüyünə dair “prinsipial mövqeyinə” görə Türkiyəyə minnətdarlığını bildirib.

Avropa.info xəbər verir ki, Ukrayna  lideri Zelenski  X sosial media hesabında Ankaradakı təmasları ilə bağlı  paylaşım edib .

Ölkəsinin Türkiyə ilə münasibətlərə,  müharibə zamanı ortaq anlaşmaya və dəstəyə böyük əhəmiyyət verdiyini vurğulayan  Zelenski danışıqlar zamanı səmimi qəbula, qonaqpərvərliyə və konstruktiv münasibətə görə minnətdarlığını bildirib.

Zelenski bildirib ki, o, prezident  Rəcəb Tayyib Ərdoğanla  Rusiya-Ukrayna müharibəsinin sona çatmasına töhfə verə biləcək qlobal prosesləri və ölkəsi üçün təhlükəsizlik təminatlarının təmin edilməsi səylərinin vacibliyini ətraflı müzakirə ediblər.

 

 

Ərdoğanla ikitərəfli əlaqələr, iqtisadi məsələlər, cəmiyyətlər arasında təhsil sahəsində əməkdaşlıq, müxtəlif layihələr,  ərzaq  təhlükəsizliyi və “Rusiya tərəfindən saxlanılan ukraynalı məhbusların” geri qaytarılması səyləri barədə danışdığını bildirən Zelenski: “Ölkəmizə və xalqımıza verdiyi bütün dəstəyə, suverenlik və dövlət bütövlüyümüzlə bağlı prinsipial mövqeyinə görə Türkiyəyə minnətdarıq”. Sözlərini  işlətdi

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600