Ukrayna prezidenti Vladimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya gəlib.
Avropa.info xəbər verir ki, Zelenski və nümayəndə heyətini daşıyan təyyarə saat 21:08-də Ankara Esenboğa hava limanına enib.
Ukrayna prezidenti Zelenski hava limanında rəsmi şəxslər tərəfindən qarşılanıb.
Zelenskinin sabah Ankaradakı Prezident iqamətgahinda prezident Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır .
Avropa.info