Dünya

Ukrayna prezidenti Zelenski Türkiyəyə gəlir

17 Fevral 2025, 17:1368
Reklam728x90
Reklam320x100

Ukrayna prezidenti Vladimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə rəsmi səfər edəcək.

Avropa.info xəbər verir ki, Kommunikasiyalar direktoru  Fahrettin Altun sosial  media  hesabında  Ukrayna  prezidenti Zelenskinin sabah Türkiyəyə gələcəyini və  prezident Ərdoğanla Prezident sarayinda görüşəcəyini açıqlayıb.

Görüşlərdə Türkiyə-Ukrayna strateji tərəfdaşlıq əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Səfər zamanı həmçinin Ukraynadakı son hadisələr, digər regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacaq.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600