Fevralın 18-də Səudiyyə Ərəbistanında Ukraynada müharibənin dayandırılmasına dair razılaşmanı müzakirə etmək üçün ABŞ və Rusiyanın yüksək səviyyəli rəsmilərinin görüşü keçiriləcək.
Avropa.info xəbər verir ki, bu barədə “Axios” məlumatlı mənbələrə istinadla yazır.
Nəşr qeyd edir ki, görüşdə ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında keçiriləcək sammitə hazırlıq və digər məsələlər müzakirə olunacaq.
Məlumatda deyilir ki, görüş ABŞ və Rusiya arasında münasibətlərin normallaşdırılması istiqamətində növbəti ciddi addım olacaq.
“Görüş ABŞ-Rusiya razılaşmasının Ukraynadan yan keçməsi ehtimalından narahat olan Kiyevin məyusluğuna səbəb olub”, – ABŞ nəşri əlavə edir.
ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoff daxil olacaq. Hələlik Rusiyanı kimin təmsil edəcəyi bəlli deyil, amma xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə bağlı təsdiqlənməmiş məlumat var.
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin görüşə dəvət almadığını açıqlayıb.
Ukrayna rəsmisi nəşrə deyib ki, Kiyev görüşlə bağlı mətbuatdan xəbər tutub