Kreml Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya tərəfindən Çernobıl Atom Elektrik Stansiyasına PUA hücumu olması ilə bağlı açıqlamasına cavab verib.
Avropa.info NTV-yə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Zelenskinin açıqlamasının doğru olmadığını bildirib və əlavə edib:
“Rusiyanın hər hansı nüvə infrastrukturu obyektinə, nüvə enerjisi infrastrukturuna hücumundan söhbət gedə bilməz. Ona görə də, nə olursa olsun, bu cür iddialar reallıqla uzlaşmır. Çox güman ki, söhbət Kiev tərəfindən edilən başqa bir uydurma və təxribatdan gedir”.
Bu cür iddiaların Ukrayna ilə mümkün danışıqlar prosesini pozmaq cəhdləri olduğunu vurğulayan Peskov, “Kiyev rejiminin dərinliklərində danışıqlar prosesinin başlaması cəhdlərinə qarşı çıxmağa davam edən insanlar mütləq olacaq. Bu, göz qabağındadır. Bu insanların hazırkı prosesi pozmaq üçün hər şeyi edəcəkləri son dərəcə aydındır” deyib