Dünya

Apple Çində süni intellekt xidmətləri üçün Alibaba ilə müqavilə imzalayır

14 Fevral 2025, 09:0946
Reklam728x90
Reklam320x100

Apple, dünyanın ən böyük mobil telefon bazarlarından biri olan Çində süni intellekt xidmətləri təklif etmək üçün Çin texnologiya nəhəngi Alibaba ilə əməkdaşlıq edəcəyini açıqladı.

Avropa.info xəbər verir ki, Apple-ın  Çin bazarında hansı şirkətlə  əməkdaşlıq edəcəyi uzun müddətdir maraq doğurur.

Dubayda keçirilən Dünya Hökumət Sammitində çıxış edən Alibaba İdarə Heyətinin sədri Joe Tsai, “Apple bu məsələdə çox seçici idi. Onlar Çində bir çox şirkətlərlə görüşdülər və nəhayət bizimlə işləmək qərarına gəldilər. “Onlar bizim  süni intellekt  texnologiyamızı öz telefonlarında istifadə etmək istəyirlər” dedi.

Apple-ın  Alibaba-nı seçməzdən əvvəl Baidu, ByteDance, Tencent və DeepSeek  kimi digər Çin süni intellekt şirkətləri ilə də görüşdüyü bildirilir. Lakin müqavilənin detalları ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qanuni öhdəliklərə görə yerli tərəfdaş tələbi

Tənzimləyici məhdudiyyətlərə görə, Apple indiyədək yalnız ABŞ, Kanada, Böyük Britaniya və Avstraliya kimi məhdud bazarlarda öz süni intellekt xidmətini “Apple Intelligence” təklif edə bilmişdir   . Çin hökuməti xarici süni intellekt şirkətlərindən yerli tərəfdaşla işləməyi və ölkədə fəaliyyət göstərmək üçün lazımi tənzimləyici təsdiqləri almağı tələb edir.

Apple  Çin bazarını itirir

Apple Çin bazarında son illərdə Huawei və Vivo kimi yerli rəqiblərinə uduzur.

Canalys bazar  araşdırması  firmasının analitiki Lucas Zhong, süni intellekt xidmətlərinin Apple-a Çində üstünlük verə biləcəyini, lakin bunun tək başına kifayət olmaya biləcəyini söylədi və əlavə etdi: “Huawei-nin güclü geri dönüşü qarşısında Apple çətin rəqabət mühiti ilə üzləşir.

“Yalnız süni intellekt xidmətlərinə güvənmək bazarda tarazlığı dəyişmək üçün kifayət olmaya bilər” dedi.

Apple illərdir Çində yüksək səviyyəli smartfon bazarında hökmranlıq edir. Bununla belə, Huawei son illərdə yüksəldi və ciddi rəqibə çevrildi.

2019-cu ildə  ABŞ  prezidenti Donald Tramp  Huawei-yə ticarət  məhdudiyyətləri tətbiq edərək, şirkət üçün işləri çətinləşdirdi.

Lakin bu sanksiyalar Huawei-ni yeni texnologiyalar inkişaf etdirməyə vadar etdi və şirkət 2023-cü ildə buraxılan Mate 60 Pro modeli ilə böyük bir irəliləyiş etdi.

Huawei-nin yüksəlişi Çində bəzi istehlakçılar arasında güclü milli əhval-ruhiyyə ilə də dəstəkləndi, şirkətin bazar payı 2024-cü ilə qədər 16 faizə çataraq Apple-ı (15 faiz) ötdü. Hələ 2023-cü ildə Apple 19 faiz bazar payı ilə Çinin ən böyük telefon istehsalçısı idi.

Alibaba səhmləri yüksəldi

Apple ilə müqavilə Alibaba investorlarının inamını artırdı. Honq-Konq Birjasında satılan şirkətin  səhmləri  yanvar ayında son iki ilin minimumunu vurduqdan sonra 40 faizdən çox dəyər qazanıb.

Digər tərəfdən, Çinin süni intellekt sahəsində rəqabəti getdikcə şiddətlənir. Çin startapı DeepSeek tərəfindən hazırlanan süni intellekt modeli yanvar ayında Wall Street-də böyük səs-küy yaratsa da, Alibaba qısa müddətdə Qwen AI modelinin yeni versiyasını təqdim etdi və bu modelin rəqiblərindən üstün olduğunu iddia etdi.

Elon Musk  da eyni tədbirdəki çıxışında video bağlantı vasitəsilə xAI şirkətinin bir-iki həftə ərzində yeni böyük dil modeli Grok 3-ü təqdim edəcəyini açıqladı. Mask yeni modelin bazarda mövcud olan bütün süni intellekt chatbotlarından üstün olduğunu iddia etdi

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600