Dünya

“Rusiya Ukrayna üzrə danışıqlarda ABŞ-ı əsas həmsöhbət hesab edir”-Peskov

14 Fevral 2025, 09:0152
Reklam728x90
Reklam320x100

Ukraynada “Ukraynasız sülh”: ABŞ və Rusiyanın müharibənin dayandırılması ilə bağlı razılaşmasında Kiyev üçün ən ağrılı məqamlardan biri budur. Artıq bununla bağlı açıq işarələr var.

Avropa.info xəbər verir ki, Peskov bildirib ki, Kiyev danışıqlarda bu və ya digər formada iştirak edəcək, lakin Rusiya Ukrayna üzrə danışıqlarda ABŞ-ı əsas həmsöhbət hesab edir;

– Tramp Putinlə razılaşdıqdan sonra detalları Zelenskiyə təqdim etdi;

– Vaşinqton rəsmi Kiyevin mövqeyini nəzərə almadan Ukraynada Rusiyaya güzəştə gedir: Ukraynanın NATO-ya üzvlük məsələsi gündəmdən çıxarılır; 2014-cü ildən əvvəlki sərhədlər təmin edilmir – Krım və Donbasın böyük hissəsi danışıqlar başlanmamışdan öncə Moskvaya verilir;

– Tramp və Putinin Səudiyyə Ərəbistanında keçirilməsi razılaşdırılan görüşündə Ukrayna yer almır;

– Avropa Birliyinin Tramp-Putin razılaşması ilə bağlı “Ukrayna və Avropa sülh danışıqlarında iştirak etməlidir” mövqeyi də “Kiyevsiz danışıqlar” riskinin aktuallığından qaynaqlanır.

Zelenski Ukraynasız sülh danışıqlarını qəbul etməyəcəklərini bəyan edib. Hərçənd, buna nə dərəcədə nail ola biləcəkləri sual altındadır

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600