Dünya

“ABŞ və İsrail Fələstin xalqını məskunlaşdırmaq planını tətbiq edərsə, biz də öz növbəmizə hərbi müdaxilə edəcəyik”-Abdel Malik əl-Husi-

13 Fevral 2025, 19:09100
Reklam728x90
Reklam320x100

Yəmənin “Ənsar Allah” (Husi) hərəkatı ABŞ Prezidenti Donald Trampın Qəzza zolağının sakinlərini köçürmək planının reallaşacağı təqdirdə raket hücumları ilə hədələyib.

Avropa.info “Reuters”ə istinadən xəbər verir ki, bu barədə hərəkatın lideri Abdel Malik əl-Husi bildirib.

“ABŞ və İsrail Fələstin xalqını məskunlaşdırmaq planını tətbiq edərsə, biz də öz növbəmizə hərbi müdaxilə edəcəyik. Biz bunu sakitcə izləməyəcəyik, güc yolu ilə hərəkət planını həyata keçirmək qərarına gəlsələr, raket hücumlarını, pilotsuz təyyarələrin buraxılışlarını, dəniz əməliyyatlarını və digər vasitələrdən istifadəni bərpa edəcəyik”, – o qeyd edib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600