Dünya

Almaniyada türk vətəndaşı olan xanım qətlə yetirilib

10 Fevral 2025, 13:1435
Reklam728x90
Reklam320x100

Almaniyada Türkiyə vətəndaşı qadına hücum edilib. 

Avropa.info Türk mətbuatına istinadla xəbər verir ki,  Türkiyə vətəndaşı Gülay Oğuz Şimali Reyn-Vestfaliya əyalətinin Voerde şəhərində pizza aldıqdan sonra evə qayıdarkən yaşadığı binanın qarşısında bıçaqlanıb.

Duysburq polisinin verdiyi açıqlamaya görə, yerli vaxtla saat 19:45 radələrində naməlum şəxs tərəfindən bıçaqlanan 52 yaşlı Gülay hadisə yerində ölüb.

Prokurorluq ölümün dəqiq səbəbinin müəyyən edilməsi və istintaqa işıq salacaq dəlillərin əldə edilməsi üçün Şimali Reyn-Vestfaliya əyalətində Oğuzun yarılmasının aparılacağını açıqlayıb.

Araşdırmalar davam edir

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600