Kriminal

DİN Oğuzda əməliyyat keçirdi -3 nəfər həbs olundu -Foto

8 Fevral 2025, 12:5071
Reklam728x90
Reklam320x100

Oğuz rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, əməliyyatla üç nəfər-Mehdi Dadaşzadə, Xəyal Kazımzadə və Əfsun Əliyev saxlanılıb. Onlardan 7 kiloqram marixuana və 1 kiloqram 350 qram heroin aşkar olunub. Saxlanılan şəxslər narkotiklərin satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 



Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600