Hadisə

FHN evdə köməksiz vəziyyətdə qalan uşaqlari xilas edib -Foto-Video

7 Fevral 2025, 19:3831
Reklam728x90
Reklam320x100

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunun Gəncə prospektində uşağın evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Avropa.info xəbər verir ki,bu barədə FHN mətbuat xidməti məlumat yayıb.

Çağırış üzrə cəlb olunan FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindəki mənzilə alpinist ləvazimatlarından istifadə etməklə eyvandan daxil olaraq 2021-ci təvəllüdlü azyaşlını xilas ediblər.

Bundan əlavə, Şəmkir rayonu, Səməd Vurğun küçəsində iki azyaşlının evdə köməksiz vəziyyətdə qalması barədə daxil olmuş məlumat əsasında hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin qapısını xüsusi avadanlıqlarla açaraq 2022-ci və 2023-cü il təvəllüdlü uşaqları xilas ediblər.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600