Dünya

Viktor Orban Trampin qərarını dəstəkləyir

6 Fevral 2025, 08:5015
Reklam728x90
Reklam320x100

Macarıstanın baş naziri Viktor Orban Donald Tramp administrasiyasının ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini dayandırmaq qərarını dəstəkləyib.

Avropa.info xəbər verir ki, bu barədə hökumət başçısı “X” sosial şəbəkəsində paylaşım edib.

Orban onu da vurğulayıb ki, son vaxtlara qədər Macarıstanın müxalif mediasına maliyyə Amerikanın bu strukturu vasitəsilə verilirdi.

 

“Göründüyü kimi, USAID əvvəlki ABŞ administrasiyası dövründə Brüsseldəki “Politico” qəzetini və Macarıstanda faktiki olaraq bütün solçu medianı maliyyələşdirib. Dünya bu qaranlıq sui-qəsdi ifşa edib dayandırdığı üçün Donald Trampa minnətdar olmalıdır” – Orban deyib

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600