25 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Kriminal

44 günlük Azərbaycan-Ermənistan arasında olan müharibə dövründə daha sıx görüşləri olub-Martin Rayan… – Yeni faktlar

Aprel 15, 2025
Kriminal
A A

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Rayan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Avropa.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrlik etdiyi açıq iclasa yerli və xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları da qatılıblar.

Prosesdə Martin Rayan vəkillərin suallarını cavablandırıb. O bildirib ki, Fransa səfirliyinin əməkdaşları ilə görüşməkdə məqsədi səfirliklə əlaqə yaratmaq olub:

“Bu, iş adamı kimi mənim üçün vacib idi. Amma Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyim barədə sonradan Frederik Devosla söhbət edəndən sonra bildim. Onun suallarından məndə belə bir təsəvvür yarandı ki, potensial agentdir. Bunu onun verdiyi suallardan da başa düşdüm. Sonradan Frederik Devos getdi və onu əvəz edən şəxs də eyni hərəkətləri edirdi. Onun hərəkətlərindən başa düşülürdü ki, özünü sadə diplomat kimi aparmırdı. Onunla da çox görüşümüz olub. Mən həmin şəxslərlə görüşməkdən maddi mənfəət güdməmişəm. Onlarla dostluq münasibətim olub. Pul qoparmaq və ya vəzifə almaq məqsədim olmayıb. Əsas məqsədim bir iş adamı kimi təhlükəsizliyimin təmin olunması üçün onlarla əlaqəm olub”.

Martin Rayan bildirib ki, 44 günlük Azərbaycan-Ermənistan arasında olan müharibə dövründə daha sıx görüşləri olub:

“Mən Frederik Devosa görüşlərimizin bir problem olub-olmayacağı barədə soruşdum. O zaman Frederik Devos dedi ki, heç bir problem yoxdur”.

Daha sonra sərbəst ifadə verən Azad Məmmədli bildirib ki, Fransa xüsusi xidmət orqanlarının xeyrinə casusluq etməyib:

“Mənə əməkdaşlıq barədə təklif ediblər. Amma bunu rədd etmişəm. Mən Böyük Britaniya Krallığında olduğum zaman Martin mənə zəng edib və biz söhbət etmişik. Bununla bağlı iş materiallarında səs yazılarımız var. Bizim aramızda heç bir qanunsuz hərəkət və söhbət olmayıb. Mənə 9 epizod üzrə ittiham verilib”.

Azad Məmmədli bildirib ki, Fransa səfirliyinin əməkdaşları kimi təqdim olunan və həmin ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları – Frederik Devos və Loran Lödi ilə Martin Rayanın vasitəsilə tanış olub.

Onun sözlərinə görə, ona heç bir imtiyaz və digər söz verilməyib, belə bir söhbətləri də olmayıb:

“Martin Bakıda yaşadığı evində qonaqlıq verib. Məni də digər tanışları kimi həmin qonaqlığına çağırıb. Mən də həmin qonaqlıqda iştirak edən zaman Frederik Devos da ora gəlib. Buradan belə nəticəyə gəlmək olar ki, mənim Frederik Devosla süni görüşümüz görüntüsünü yaradıblar. Mən özüm bu işdə zərərçəkmişəm. Çünki Martin 9 Azərbaycan vətəndaşının onlarla əməkdaşlıq etməsi barədə görüntü yaradıb və onlara təqdim edib. Onlardan da biri mənəm. Mənim özümün icazəm və xəbərim olmadan haqqımda olan məlumatları onlara verib. İndi burada Martin yalan danışır. Deyir ki, guya mən Frederik Devosa 2021-ci ildə suallar verəndə onun xüsusi xidmət orqanının əməkdaşı olduğu nəticəsinə gəlmişəm. Amma Martin Frederik Devosla 2020-ci ildə əməkdaşlıq edib. Vətən müharibəsi dövründə işlər görüb. Burada sual ortaya çıxır ki, niyə görə həmin dövrdə Frederik Devosun xüsusi xidmət orqanının əməkdaşı olduğunu bilməyib. Bundan il yarım sonra onun xüsusi xidmət orqanının əməkdaşı olduğunu müəyyən edib. Analiz edəndə burada Martinin yalan danışdığı açıq-aydın görünür. Martin ölkəmizlə bağlı Fransa xüsusi xidmət orqanlarının 50-yə yaxın tapşırığını icra edib. Bunların da əksəriyyətindən çoxu Vətən müharibəsi dövrünə təsadüf edir. Martin 44 günlük müharibə dövründə əldə etdiyi məlumatların əməkdaşlıq etdiyi Fransa xüsusi xidmət orqanlarının əməkdaşlarına ötürülməsinə nail olub”.

Azad Məmmədli daha sonra ifadəsində göstərib ki, ona irəli sürülən ittihamlardan biri də Ermənistanda açılacaq Zəngəzur dəhlizi ilə bağlı fikirlər olub:

“Mən 2023-cü ildə Bakıya gələndə Martinin qonağı olmuşdum. Bu zaman sözügedən dəhliz barədə ona subyektiv fikirlərimi demişdim. Ona bu dəhliz açılacağı təqdirdə burada Rusiyanın yox, Avropanın qoşunlarının olmasını istədiyimi bildirmişdim”.

Növbəti proses mayın 19-da davam edəcək.

İttiham aktına görə, Martin Rayanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Martin Rayan və digərləri Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunub. “Merkorama” MMC-nin baş direktoru olan Martin Rayana qarşı casusluq ittihamı irəli sürülüb.

İttihama görə Martin Rayan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Əvvəlki Yazı

Rubionun türkiyəli tələbə Öztürklə bağlı iddiasının “böyük yalan olduğu ortaya çıxdı” ABŞ senatoru

Növbəti Yazı

DİN məlumat yaydı: Bank kartlarından daha 14 min oğurlandı

XƏBƏR LENTİ

Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Təzəpir məscidində qanvermə aksiyası keçirilir

25 İyun 2026 / 9:42
1
Astarada kişi mağazada öldü

Astarada kişi mağazada öldü

25 İyun 2026 / 9:36
1
Mərdəkanda batan sonuncu gəncin meyiti tapıldı

Mərdəkanda batan sonuncu gəncin meyiti tapıldı

25 İyun 2026 / 9:32
1
DÇ-2026: Son oyunların Nəticələri- VİDEO

DÇ-2026: Son oyunların Nəticələri- VİDEO

25 İyun 2026 / 8:19
2
Pezeşkianın bu görüntüləri gündəm oldu – Video

Pezeşkianın bu görüntüləri gündəm oldu – Video

25 İyun 2026 / 8:12
2
Venesuelada Zəlzələdən sonra vəziyyət gərgin olaraq qalir-Fotolar

Venesuelada Zəlzələdən sonra vəziyyət gərgin olaraq qalir-Fotolar

25 İyun 2026 / 8:08
1
Ali təhsildə praktiki bacarıqlar gücləndirilir – FOTOLAR

Ali təhsildə praktiki bacarıqlar gücləndirilir – FOTOLAR

24 İyun 2026 / 20:46
4
Prezident İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev fərman imzaladı

24 İyun 2026 / 18:33
18
Əli Əsədov Numan Kurtulmuşu qəbul edib

Əli Əsədov Numan Kurtulmuşu qəbul edib

24 İyun 2026 / 18:24
12
Bank kartlarında problem yarandı – Açıqlama – Yenilənib

Bank kartlarında problem yarandı – Açıqlama – Yenilənib

24 İyun 2026 / 18:12
17
Prezident İlham Əliyev Qalibafı qəbul etdi – Fotolar

Prezident İlham Əliyev Qalibafı qəbul etdi – Fotolar

24 İyun 2026 / 18:05
9
Türkiyə-Paraqvay oyunu yenidən keçiriləcək?

Türkiyə-Paraqvay oyunu yenidən keçiriləcək?

24 İyun 2026 / 17:23
2
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı

Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı

24 İyun 2026 / 11:17
7
Bakı-Tbilisi qatarına biletlərin çətin tapılması ilə bağlı –  ADY -dən açıqlama

Bakı-Tbilisi qatarına biletlərin çətin tapılması ilə bağlı – ADY -dən açıqlama

24 İyun 2026 / 10:38
9
Regionxeber saytının baş redaktoru həbs edildi

Regionxeber saytının baş redaktoru həbs edildi

24 İyun 2026 / 10:33
5
Azərbaycandan Ermənistana növbəti yük göndərildi

Azərbaycandan Ermənistana növbəti yük göndərildi

24 İyun 2026 / 9:56
1
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

24 İyun 2026 / 9:50
1
“TikTok”da söyüş söyən Mirabbas Xuduzadə həbs edildi

“TikTok”da söyüş söyən Mirabbas Xuduzadə həbs edildi

24 İyun 2026 / 9:46
4
Kolumbiya Konqonu məğlub etdi – DÇ-2026-da 2-ci tur bitdi

Kolumbiya Konqonu məğlub etdi – DÇ-2026-da 2-ci tur bitdi

24 İyun 2026 / 9:28
1
İranda 5,4 bal gücündə zəlzələ baş verib

Filippində güclü zəlzələ baş verib

24 İyun 2026 / 9:15
1
Deşam anasının vəfatı səbəbindən Fransa millisinin oyununda iştirak etməyəcək

Deşam anasının vəfatı səbəbindən Fransa millisinin oyununda iştirak etməyəcək

24 İyun 2026 / 9:00
1
İran parlamentinin sədri Azərbaycanda rəsmi səfərdə

İran parlamentinin sədri Azərbaycanda rəsmi səfərdə

24 İyun 2026 / 8:54
1
Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Azərbaycana səfərə gəlib

Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Azərbaycana səfərə gəlib

24 İyun 2026 / 8:44
3
Belarus çətin vəziyyətdə: Kreml vəziyyətin gərginləşməsinə artıq reaksiya verib

Belarus çətin vəziyyətdə: Kreml vəziyyətin gərginləşməsinə artıq reaksiya verib

24 İyun 2026 / 8:39
1
ABŞ İrana güzəşt etdi

ABŞ İrana güzəşt etdi

24 İyun 2026 / 8:29
1
Səməd Ağaoğlu haqqında monoqrafiya yayımlandı

Səməd Ağaoğlu haqqında monoqrafiya yayımlandı

23 İyun 2026 / 23:35
3
Misir Mədəniyyət Mərkəzində “Mədəniyyətlərin səsi” sərgisi keçirilib – FOTOLAR

Misir Mədəniyyət Mərkəzində “Mədəniyyətlərin səsi” sərgisi keçirilib – FOTOLAR

23 İyun 2026 / 23:32
89
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır

Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır

23 İyun 2026 / 16:36
5
Ukrayna ordusu Krımdakı vacib körpünü darmadağın etdi – Foto

Ukrayna ordusu Krımdakı vacib körpünü darmadağın etdi – Foto

23 İyun 2026 / 16:14
3
Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdi

23 İyun 2026 / 16:02
4
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.