Kağıthanedə keçirilən əməliyyat zamanı 104 kiloqram narkotik vasitə ələ keçirilib, 2 şübhəli saxlanılıb.
Avropa.info xəbər verir ki, İstanbul Təhlükəsizlik Müdirliyi Narkotik Suçlarla Mübarizə Şöbəsi qrupları, mahalda fəaliyyət göstərən bir iş yerində narkotik ticarəti edildiyi xəbəri üzərinə araşdırma başlatdı.
Həmin ünvanda əməliyyat keçirən qruplar 2 şübhəlini saxlayıb.
Axtarışlar zamanı 104 kiloqram preqabalin (aktiv əczaçılıq maddəsi) və sintetik dərman preparatlarının istehsalında istifadə olunduğu güman edilən çap maşını ələ keçirilib.
Şübhəlilərin polis bölməsində əməliyyatları davam edir.





























