Kriminal

Təcili: DİN əməliyyat keçirdi -saxlanilanlar var

8 Aprel 2025, 12:1279
Reklam728x90
Reklam320x100
Sosial şəbəkələrdə barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən jurnalist adı altında pul tələb edən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.

Avropa.info  xəbər verir ki, Sumqayıt, Şirvan, Astara və Göyçay sakini olan bir neçə şəxsin müraciəti əsasında əvvəllər də dələduzluq və hədə-qorxu ilə tələb etmə cinayətlərinə görə məhkum olunmuş “İynə” satirik jurnalının baş redaktoru 62 yaşlı Baloğlan Mirzəliyev və redaktoru 55 yaşlı Elxan Heydərov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600