14 - 10 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

“Təyyarə Qroznı yaxınlığında zədələnibsə, bu, PUA zərbəsi ehtimalını da yaradır”-Sergey Markov

Dekabr 27, 2024
Siyasət
A A

AZAL-a məxsus təyyarənin Qroznı yaxınlığında vurulma ehtimalı yüksəkdir. Çünki hadisə baş verən anda Ukrayna PUA-larının Qroznıya hücumları müşahidə olunurdu. Hava Hücumundan Müdafiə (HHM) sistemləri işə düşmüşdü. Yayılan videolarda təyyarənin gövdəsindəki zədələr aydın görünür. Bunun Ukrayna PUA-ları tərəfindən törədildiyi ehtimalı da nəzərdən keçirilir. Təyyarə Aktauya qədər 500 km məsafə qət edib, raket zərbəsi bu qədər məsafəni qət etməyə imkan verməzdi və PUA ilə zədə almaq ehtimalı da var.

Avropa.info xəbər verir ki, bu sözləri Axar.az-a rusiyalı politoloq Sergey Markov 25 dekabrda AZAL-a məxsus təyyarənin Qroznı səmasında Rusiya HHM tərəfindən vurulması ilə bağlı məlumatı şərh edərkən deyib.

Onun sözlərinə görə, təyyarə Qroznı yaxınlığında zədələnibsə, bu, PUA zərbəsi ehtimalını da yaradır:

“Raket zərbəsi nəticəsində ciddi zədə alsaydı, təyyarənin bu qədər uzun məsafəni qət etməsi çətin olardı. Buna görə də təyyarənin PUA zərbəsi nəticəsində xəsarət alması daha real görünür.

Buna baxmayaraq, zədə Rusiya HHM-dən təsadüfən açılan atəşin nəticəsi də ola bilər. Rusiya tərəfinin qəsdən Azərbaycan təyyarəsinə atəş açması az ehtimaldır”.

Politoloq Rusiyanın məsələyə hər hansı münasibət bildirməməsinə də aydınlıq gətirib:

“Hadisənin başvermə səbəbləri ilə bağlı Rusiya tərəfi rəsmi açıqlama verməyib, çünki araşdırma hələ davam edir. Əgər təyyarənin Rusiya HHM sistemləri tərəfindən vurulduğu təsdiqlənərsə, Rusiya və Azərbaycan arasındakı dostluq əlaqələri nəzərə alınaraq, Rusiya hökumətinin rəsmi üzr istəməsi və məsuliyyətli şəxsləri cəzalandırması gözlənilir. Bununla yanaşı, Rusiya, heç şübhəsiz, AZAL-a təyyarəsinin itirilməsinə və sərnişinlərin həyatına görə təzminat ödəyəcək”.

Rusiya Hava Limanlarının AZAL təyyarəsini qəbul etməməsinin səbəbini isə politoloq PUA hücumu ilə əlaqələndirib:

“Hava dispetçerlərinin təyyarəni ən yaxın Rusiya hava limanına deyil, Aktauya yönəltməsi ilə bağlı suala gəlincə, bunun səbəbləri tam dəqiqliklə məlum deyil. Böyük ehtimalla, Mahaçqala limanı da PUA hücumlarına məruz qaldığı üçün bağlanmışdı. Üstəlik, hava şəraiti də əlverişsiz idi. Yalnız Mahaçqala deyil, Şimali Qafqaz regionunda bir neçə hava limanı AZAL təyyarəsinin “dost atəşinə” məruz qalmasından sonra bağlanıb.

Başqa bir maraqlı məqam isə təyyarənin niyə Bakıya deyil, Aktauya uçmasıdır. Aktau ilə Bakı arasındakı məsafə demək olar ki, eynidir. Aktauya 500 km, Bakıya 550 km təşkil edir. Bu qərarı adətən təyyarə komandiri verir. Yəqin ki, Aktau həmin anda ən yaxın açıq hava limanı olub və təyyarə oraya eniş edib”.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb

Əvvəlki Yazı

Xankəndində 70 yaşlı erməni qadın vəfat edib

Növbəti Yazı

Prezident İlham Əliyev 3 fərman, 1 sərəncam imzaladı

XƏBƏR LENTİ

Özbəkistan Prezidenti Mirziyoyev Bakıda Səfərdə gəlib – Fotolar

Özbəkistan Prezidenti Mirziyoyev Bakıda Səfərdə gəlib – Fotolar

14 Oktyabr 2026 / 19:01
0
Zelenski kütləvi hücumdan sonra: “Rusiyada heç vaxt Amerikaya belə nümayişkaranə hörmətsizlik olmayıb”

Zelenski kütləvi hücumdan sonra: “Rusiyada heç vaxt Amerikaya belə nümayişkaranə hörmətsizlik olmayıb”

14 Oktyabr 2026 / 14:04
9
BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

14 Oktyabr 2026 / 13:38
7
“Sahar Azəri”nin bu təqdimatı açıq dezinformasiya nümunəsidir – Açıqlama

“Sahar Azəri”nin bu təqdimatı açıq dezinformasiya nümunəsidir – Açıqlama

14 Oktyabr 2026 / 13:30
4
Deputat Razi Nurullayev İmişlidə seçicilərlə görüşdü-Fotolar

Deputat Razi Nurullayev İmişlidə seçicilərlə görüşdü-Fotolar

14 Oktyabr 2026 / 12:58
66
Bu aydan  kartdan karta köçürmələrdə komissiya – Bu qədər tutulacaq

Bu aydan  kartdan karta köçürmələrdə komissiya – Bu qədər tutulacaq

14 Oktyabr 2026 / 12:02
16
Şirvani Hümmətoglu:”Kiyevin vurulması ABŞ-nin kəşfiyyat dəstəyini kəsməsinin nəticəsidir… “

Şirvani Hümmətoglu:”Kiyevin vurulması ABŞ-nin kəşfiyyat dəstəyini kəsməsinin nəticəsidir… “

14 Oktyabr 2026 / 11:48
123
Zelenski:”Müttəfiqlər Kiyevə Rusiyanın ballistik raket hücumları barədə xəbərdarlıq etməyiblər”

Zelenski:”Müttəfiqlər Kiyevə Rusiyanın ballistik raket hücumları barədə xəbərdarlıq etməyiblər”

14 Oktyabr 2026 / 8:53
8
ABŞ hakimi Trampın Ağ Evdə mətbuata qadağa qoymasını rədd edib

ABŞ hakimi Trampın Ağ Evdə mətbuata qadağa qoymasını rədd edib

14 Oktyabr 2026 / 8:10
4
Səudiyyə Ərəbistanı Energetika Nazirliyi: Aramco-nun Dhahrandakı inzibati binası hədəfə alınıb

Səudiyyə Ərəbistanı Energetika Nazirliyi: Aramco-nun Dhahrandakı inzibati binası hədəfə alınıb

14 Oktyabr 2026 / 7:54
8
Rusiya Ukraynada sonuncu böyük logistika kompleksi olan Episentri məhv edib

Rusiya Ukraynada sonuncu böyük logistika kompleksi olan Episentri məhv edib

14 Oktyabr 2026 / 7:42
8
Rusiya ballistikası Kiyevdəki CHPP-4-ə dəyib: yaşayış binası və anbar yanır -Foto

Rusiya ballistikası Kiyevdəki CHPP-4-ə dəyib: yaşayış binası və anbar yanır -Foto

14 Oktyabr 2026 / 7:23
13
Əməliyyat olunan Papa 14-cü Leo-da ağciyər xərçəngi aşkarlanıb

Əməliyyat olunan Papa 14-cü Leo-da ağciyər xərçəngi aşkarlanıb

14 Oktyabr 2026 / 7:00
14
BMT-nin İnsan Hüquqları Şurasının 15 yeni üzvü məlum olub

BMT-nin İnsan Hüquqları Şurasının 15 yeni üzvü məlum olub

14 Oktyabr 2026 / 6:54
15
Ermənistan Zəngəzur dəhlizinə görə niyə narahatdır? – VİDEO

Ermənistan Zəngəzur dəhlizinə görə niyə narahatdır? – VİDEO

13 Oktyabr 2026 / 21:44
6
Büdcə zərfi bölgələrimizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verir – Kamran Bayramov

Azərbaycana uzanan əl kəsiləcək – Açıqlama

13 Oktyabr 2026 / 21:34
23
ABŞ-ın Corciya ştatında əyləncə mərkəzində baş verən qəzada 1 nəfər ölüb

ABŞ-ın Corciya ştatında əyləncə mərkəzində baş verən qəzada 1 nəfər ölüb

13 Oktyabr 2026 / 11:54
4
Qərbin müdafiə strategiyası sual altında: Rusiya yeni hücum taktikasına keçir

Qərbin müdafiə strategiyası sual altında: Rusiya yeni hücum taktikasına keçir

13 Oktyabr 2026 / 11:48
17
Razi Nurullayev:”Geyim məsələsini süni şəkildə dini qarşıdurmaya çevirmək yolverilməzdir”

Razi Nurullayev: “Müəllimlərin əmək hüquqları mütləq diqqətdə saxlanılmalıdır”

13 Oktyabr 2026 / 11:37
69
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:“Trampın enerji atəşkəsi elan etməsi təktərəfli olaraq Ukraynaya şamil edilib”

13 Oktyabr 2026 / 9:36
46
Gəncədə 36 yaşlı kişi atası tərəfindən qətlə yetirilib-Video

Gəncədə 36 yaşlı kişi atası tərəfindən qətlə yetirilib-Video

13 Oktyabr 2026 / 8:46
14
Hava hücumu xəbərdarlığı çox gec elan edilib: Rusiya Kiyevə 6 ballistik raket atıb

Hava hücumu xəbərdarlığı çox gec elan edilib: Rusiya Kiyevə 6 ballistik raket atıb

13 Oktyabr 2026 / 8:39
6
Polşa Baş Naziri: Casus proqramlardan istifadə edərək həssas məlumatların İsrailə ötürülməsi dövlətə qarşı cinayətdir

Polşa Baş Naziri: Casus proqramlardan istifadə edərək həssas məlumatların İsrailə ötürülməsi dövlətə qarşı cinayətdir

13 Oktyabr 2026 / 1:11
2
Ər-Riyadın Kral Xalid hava limanına dünənki hücumda 1 nəfər ölüb, 11 nəfər yaralanıb

Husilər Ər-Riyad hava limanına ikinci dəfə ballistik raket atdılar

13 Oktyabr 2026 / 0:22
2
Bakı-Qazax yolunda sərnişin avtobusu yanaraq yararsız-hala düşüb Fotolar

Bakı-Qazax yolunda sərnişin avtobusu yanaraq yararsız-hala düşüb Fotolar

12 Oktyabr 2026 / 17:29
3
Razi Nurullayev:”Geyim məsələsini süni şəkildə dini qarşıdurmaya çevirmək yolverilməzdir”

Razi Nurullayev:”Geyim məsələsini süni şəkildə dini qarşıdurmaya çevirmək yolverilməzdir”

12 Oktyabr 2026 / 17:22
43
Vüqar Dadaşov:”Ərəb Dövlətləri Liqasının Türkiyəni ‘işğalçı’ elan edən birgə bəyanatına Fələstin XİN də imza atıb”

Vüqar Dadaşov:”Trampın Rusiya ilə dizel razılaşması kollektiv Qərbin Rusiyaya qarşı siyasəti ilə ziddiyyət təşkil edir”

12 Oktyabr 2026 / 13:30
59
“Biz hazırıq”: Sibiqa Ukraynada sülh prosesində irəliləyiş üçün şərtləri açıqladı

“Biz hazırıq”: Sibiqa Ukraynada sülh prosesində irəliləyiş üçün şərtləri açıqladı

12 Oktyabr 2026 / 13:24
14
Razi Nurullayev:”Əsas məsələ sistem başlayanda onun vətəndaş üçün nə dərəcədə təhlükəsiz və etibarlı olacağıdır”

Razi Nurullayev:”Bakıya gələn sərnişinlərin real vəziyyəti nəzərə alınmalıdır”

12 Oktyabr 2026 / 13:10
39
İsrail heyvanlarını zəhərləyən şəxsin  İsrailli olduğu üzə çıxıb

İsrail heyvanlarını zəhərləyən şəxsin  İsrailli olduğu üzə çıxıb

12 Oktyabr 2026 / 9:12
12
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.