08 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Avrasiya Universitetində ana dilimizin mədəni missiyasına həsr olunan ictimai müzakirə keçirildi – FOTOLAR

Aprel 19, 2026
Cəmiyyət, Manşet
A A

Aprelin 16-da Bakı Avrasiya Universitetində Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən Mədəniyyət Nazirliyinin qrant layihəsi çərçivəsində “Dilimizin milli kimliyimizdə rolu: Azərbaycan dilinin mədəniyyət missiyası” mövzusunda ictimai müzakirə keçirilib. Müzakirənin məqsədi Azərbaycan dilinin qorunması, inkişafı və milli kimliyin formalaşmasındakı rolunun gücləndirilməsi olub.

Avropa.info-nun məlumatına görə, tədbiri giriş sözü ilə açan birliyin sədri və layihə rəhbəri Xanoğlan Əhmədov bildirib ki, layihə Bakı və Sumqayıtda həyata keçirilir və dilimizin cəmiyyət həyatındakı mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.

Onun sözlərinə görə, layihənin əsas məqsədi Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi, onun milli kimliyi, mənəvi dəyərləri və tarixi yaddaşı yaşadan əsas vasitə kimi ictimai şüurda rolunu daha da artırmaqdır. Bu istiqamətdə görülən işlər dövlətçilik ənənələrinin və milli-mənəvi dəyərlərin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Layihə rəhbəri qeyd edib ki, Azərbaycan dili xalqın mədəniyyətini və düşüncə tərzini yaşadan başlıca ünsiyyət vasitəsidir. Lakin sosial media və reklam mühitindəki yad təsirlər dilin saflığına mənfi təsir göstərir.

“Layihə çərçivəsində küçə və reklamlarda dil normalarının pozulması, həmçinin Azərbaycandilli mətbuatın vəziyyəti təhlil olunub. Bildirilib ki, layihə vasitəsilə ictimaiyyətin diqqəti bu problemlərə yönəldiləcək, maarifləndirmə və praktiki tədbirlərlə dilin qorunmasına və inkişafına dəstək veriləcək”. – deyə Xanoğlan Əhmədov bildirib.

Giriş nitqindən sonra Bakı Avrasiya Universitetinin Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mütəllim Rəhimov mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib.

O, çıxışında vurğulayıb ki, Azərbaycan dili və mədəniyyəti, eləcə də milli və bəşəri dəyərlər müasir dövrdə cəmiyyətimiz üçün xüsusi əhəmiyyət kəsb edir və aktuallığını qoruyub saxlayır. Bildirilib ki, bu gün dünyada 50 milyondan artıq insanın ana dili olan Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqımızın zəngin tarixini, mədəni irsini və mənəvi dəyərlərini yaşadan mühüm mənəvi sərvətdir.

Məruzədə qeyd olunub ki, Azərbaycan dili dövlətçiliyimizin əsas rəmzlərindən biri olmaqla yanaşı, milli kimliyimizin formalaşmasında və qorunmasında həlledici rol oynayır. Bu dil əsrlər boyu formalaşmış tarixi yaddaşımızın daşıyıcısı, mədəniyyətimizin və milli düşüncə tərzimizin qoruyucusu kimi çıxış edir.

M.Rəhimov diqqətə çatdırıb ki, qloballaşma şəraitində müxtəlif xarici təsirlərin artdığı bir dövrdə ana dilimizin saflığının qorunması, onun düzgün və zəngin şəkildə işlədilməsi xüsusi önəm daşıyır. Bu baxımdan, dilə həssas yanaşma, xüsusilə gənc nəslin ana dilinə bağlılığının gücləndirilməsi prioritet məsələlərdəndir.

Məruzəçi çıxışının sonunda vurğulayıb ki, Azərbaycan dilinin yaşadılması və inkişaf etdirilməsi yalnız dövlət siyasətinin tərkib hissəsi deyil, eyni zamanda hər bir vətəndaşın mənəvi məsuliyyəti və vətəndaşlıq borcudur. Bu istiqamətdə atılan hər bir addım milli-mənəvi dəyərlərimizin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli çıxışında bildirib ki, Azərbaycan dili xalqımızın milli kimliyinin ən əsas sütunlarından biridir və mədəniyyətimizin formalaşmasında mühüm rol oynayır. Dil vasitəsilə nəsillər arasında mənəvi bağlar qurulur və tarixi yaddaş qorunur. Azərbaycan dilində yaranan ədəbiyyat, şeir və folklor nümunələri xalqın dünyagörüşünü və həyat tərzini əks etdirir. Bu dil bizim adət-ənənələrimizi, mərasimlərimizi və dəyərlərimizi yaşadan əsas vasitədir. Onun fikrincə, ana dilində danışmaq insanlarda milli qürur və mənsubiyyət hissini gücləndirir. Dilimizin zənginliyi və ifadə imkanları mədəni irsimizin daha dolğun şəkildə çatdırılmasına şərait yaradır: “Tarix boyu Azərbaycan dili müxtəlif təsirlərə məruz qalsa da, öz orijinallığını qoruyub saxlayıb. Bu dil xalqın mübarizə ruhunu və azadlıq arzularını ifadə edən əsas vasitələrdən biri olub.

Azərbaycan dilinin qorunması və inkişafı milli mədəniyyətimizin davamlılığı üçün vacibdir. Təhsil sistemində ana dilinə verilən önəm gənc nəslin milli ruhda yetişməsinə kömək edir”.

R.Mirhəşimli qeyd edib ki, dil həm də milli birlik və həmrəyliyin əsas amillərindən biridir. Müasir dövrdə qloballaşma proseslərinə baxmayaraq, Azərbaycan dili öz mövqeyini qorumaqdadır. Bu isə xalqın öz mədəniyyətinə olan bağlılığının göstəricisidir. Azərbaycan dili mədəniyyətimizin yaşaması, inkişafı və gələcək nəsillərə ötürülməsi üçün əvəzsiz bir dəyərdir.

Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin Nəzəri Dilçilik və türk dilləri kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəminə Rüstəmbəyli çıxışında Azərbaycan dilinin inkişaf tarixinə nəzər salaraq onun keçdiyi mərhələlər barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan dili qədim köklərə söykənən, zəngin və çoxşaxəli inkişaf yolu keçmiş dillərdən biridir. Müxtəlif tarixi dövrlərin təsiri ilə formalaşan bu dil zamanla cilalanaraq bugünkü yüksək səviyyəsinə çatıb.

Zəminə Rüstəmbəyli vurğulayıb ki, Azərbaycan dili yalnız gözəlliyi və ahəngdarlığı ilə seçilmir, həm də geniş coğrafiyada ünsiyyət vasitəsi kimi mühüm rol oynayır. Bu dil təkcə ölkə daxilində deyil, həm də xarici ölkələrdə, xüsusilə türk xalqları arasında qarşılıqlı anlaşma və mədəni əlaqələrin qurulmasında əhəmiyyətli yer tutur.

Onun sözlərinə görə, qloballaşma şəraitində dillərarası təsirlər qaçılmazdır və başqa dillərdən sözlərin daxil olması təbii proses kimi qəbul edilməlidir. Əsas məsələ bu təsirlərin dilin daxili qanunlarına uyğun şəkildə mənimsənilməsi və onun saflığının qorunmasıdır. Dil öz inkişaf mexanizmləri vasitəsilə bu prosesi tənzimləmək gücünə malikdir.

Kafedra müdiri qeyd edib ki, Azərbaycan dilinin gözəlliyi və zənginliyi təkcə onun lüğət tərkibi və qrammatik quruluşu ilə ölçülmür. Bu dil, eyni zamanda, xalqımızın milli kimliyini, dünyagörüşünü və mədəni-mənəvi dəyərlərini özündə əks etdirən canlı bir irsdir. Bu baxımdan, ana dilimizin qorunması və inkişafı hər birimizin diqqət mərkəzində olmalıdır.

Layihənin eksperti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qədim Qubadov çıxışında dilin inkişaf qanunauyğunluqları və yeni sözlərin yaranma prosesi haqqında ətraflı fikirlər səsləndirib.

O bildirib ki, Azərbaycan dilinə yeni sözlərin daxil olması təbii və qaçılmaz bir prosesdir. Cəmiyyət inkişaf etdikcə, elm və texnologiyalar sürətlə yeniləndikcə dil də bu dəyişikliklərə uyğunlaşmaq məcburiyyətində qalır. Bu uyğunlaşma nəticəsində yeni anlayışları ifadə etmək üçün ya başqa dillərdən sözlər alınır, ya da dilin daxili imkanları hesabına yeni sözlər formalaşdırılır.

Q.Qubadov xüsusilə vurğulayıb ki, bu prosesin süni şəkildə sürətləndirilməsi və ya inzibati yollarla yönləndirilməsi arzuolunan nəticələr vermir. Onun fikrincə, dil canlı orqanizm kimi öz daxili qanunları ilə inkişaf edir və hər hansı kənar müdaxilə bu təbii axarı poza bilər.

Ekspert qeyd edib ki, cəmiyyətin ehtiyac duyduğu sözlər zamanla dilə daxil olur, geniş istifadə qazanaraq işlək hala gəlir. Əksinə, ehtiyacdan doğmayan və ya dilin fonetik və qrammatik xüsusiyyətlərinə uyğun gəlməyən sözlər isə uzunömürlü olmur və tədricən istifadədən çıxır.

Bu baxımdan o hesab edir ki, yeni sözlərin dilə qəbulunda əsas meyar məhz ehtiyac prinsipi olmalıdır. Dilin təbiətinə uyğun gələn, ünsiyyətdə zəruri olan sözlər qəbul edilməli, uyğun olmayanlar isə təbii seleksiya yolu ilə kənarda qalmalıdır. Belə yanaşma həm dilin zənginləşməsinə şərait yaradır, həm də onun təbii inkişaf ritminin qorunmasına xidmət edir.

Avropa.info




Əvvəlki Yazı

Xırdalan şəhərində ağlasığmaz HADİSƏ: Qadını oğurlamaq istədilər – FOTO

Növbəti Yazı

Gənclərin inkişafına töhfə: yazıçı İlqar Kamil ilə görüş keçirilib-Fotolar

XƏBƏR LENTİ

Prezident lham Əliyev Özbəkistanın “Ali Dostluq Dərəcəsi” ordeni ilə təltif edildi-Foto

Prezident İlham Əliyev Media və Yayım Şurasına sədr və üzvlər təyin etdi – Adlar

08 Sentyabr 2026 / 14:14
16
Ədliyyədən çıxan ailəyə silahlı hücum: 1 ölü

Ədliyyədən çıxan ailəyə silahlı hücum: 1 ölü

08 Sentyabr 2026 / 14:07
12
İsrailin Qəzzada son 24 saatda atəşkəsə baxmayaraq həyata keçirdiyi hücumlarda 4 nəfər həyatını itirib

İsrailin Qəzzada son 24 saatda atəşkəsə baxmayaraq həyata keçirdiyi hücumlarda 4 nəfər həyatını itirib

08 Sentyabr 2026 / 13:59
6
Razı Nurullayev:“Sülhün davamlı olması üçün cəmiyyətlərin, siyasi qüvvələrin və müxtəlif ictimai institutların da bu prosesə müsbət yanaşması vacibdir”

Razı Nurullayev:“Uşağın xərcləri ilə yanaşı, aliment ödəyən valideynin də real gəliri və maddi vəziyyəti nəzərə alınmalıdır”

08 Sentyabr 2026 / 13:21
98
Avtomobi qəzası nəticəsində sıxılı qalan sürücü  xilas edildi – Video

Avtomobi qəzası nəticəsində sıxılı qalan sürücü  xilas edildi – Video

08 Sentyabr 2026 / 13:16
5
Rusiya ordusu Xarkov vilayətində daha iki kəndini nəzarətə götürülüb 

Rusiya ordusu Xarkov vilayətində daha iki kəndini nəzarətə götürülüb 

08 Sentyabr 2026 / 13:06
20
NYT: Nyu-Yorklular 11 Sentyabr hücumundan sonra havanın keyfiyyəti ilə bağlı yanlış məlumat verdilər

NYT: Nyu-Yorklular 11 Sentyabr hücumundan sonra havanın keyfiyyəti ilə bağlı yanlış məlumat verdilər

08 Sentyabr 2026 / 12:57
24
Vüqar Dadaşov:”Putinin “Ermənistan xalqı istəsə” ifadəsi elə özündə bütün açar şərtləri və xəbərdarlığı ehtiva edir”

Vüqar Dadaşov:”Bu, sadəcə atəşkəs deyil, məğlubiyyətin siyasi-hüquqi rəsmiləşdirilməsidir”

08 Sentyabr 2026 / 12:50
84
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib

Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib

08 Sentyabr 2026 / 12:22
4
Yaponiyada həddindən artıq turizm həyəcanı: Kirayə evlərə məhdudiyyətlər var

Yaponiyada həddindən artıq turizm həyəcanı: Kirayə evlərə məhdudiyyətlər var

08 Sentyabr 2026 / 11:17
19
Zaxarova:“Bu ilk növbədə, İtaliya hökumətinin İtaliya xalqının üzünə tüpürməkdir”

Zaxarova Ukraynanın terrorizmin ixracına diqqət yetirdiyini açıqlayıb

08 Sentyabr 2026 / 11:04
14
Məhəmməd Əsədullazadə: “İran Rusiyanın “xaricdəki rusdillilər” təzyiq modelini təkrar edir”

Məhəmməd Əsədullazadə:”Hazırda tətbiq edilən sanksiyalar çərçivəsində İranın qonşu ölkələri və strateji tərəfdaşları da hədəfə gələ bilər”

08 Sentyabr 2026 / 10:52
74
Rusiyanın Kiyevə endirdiyi hava zərbəsi nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb

Rusiyanın Kiyevə endirdiyi hava zərbəsi nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb

08 Sentyabr 2026 / 10:12
0
Onlar Moskva və Kiyevdə hərəyə bir görüş keçirəcəklər

Zelenski Kushner və Witkoff üçün sirk təşkil etdi

08 Sentyabr 2026 / 10:00
27
Odessa NATO-nun məzarına çevrildi, gəmilər dibə gedir

Odessa NATO-nun məzarına çevrildi, gəmilər dibə gedir

08 Sentyabr 2026 / 9:51
21
Balakəndə Polis əməliyyat keçirib -küllü miqdarda narkotik maddə elə kecirilib

Balakəndə Polis əməliyyat keçirib -küllü miqdarda narkotik maddə elə kecirilib

08 Sentyabr 2026 / 9:39
5
Rostov vilayəti yenidən pilotsuz təyyarələrin hücumuna məruz qalıb

Ukrayna Silahlı Qüvvələrinin Saratov şəhərinə hücumu zamanı 3-ü uşaq olmaqla 10 nəfər

08 Sentyabr 2026 / 9:31
15
FSB: Moldova vətəndaşı Həştərxan vilayətində hərbçinin həyatına qəsd etdiyinə görə saxlanılıb

FSB: Moldova vətəndaşı Həştərxan vilayətində hərbçinin həyatına qəsd etdiyinə görə saxlanılıb

08 Sentyabr 2026 / 9:24
28
Şəmkirdə dəmiryoluna qəfil çıxan 24 yaşlı gənci qatar vurub öldürdü

Şəmkirdə dəmiryoluna qəfil çıxan 24 yaşlı gənci qatar vurub öldürdü

08 Sentyabr 2026 / 9:14
9
Fransada dəhşətli tornado baş verib – Anbaan görüntülər

Fransada dəhşətli tornado baş verib – Anbaan görüntülər

08 Sentyabr 2026 / 9:09
24
Piratlar yenidən peyda olmağa başladı

Piratlar yenidən peyda olmağa başladı

08 Sentyabr 2026 / 9:03
18
Ukraynanın baş prokuroru korrupsiya qalmaqalı fonunda istefa verib

Ukraynanın baş prokuroru korrupsiya qalmaqalı fonunda istefa verib

08 Sentyabr 2026 / 8:51
9
Tramp Kanadanın Bombardier təyyarələrinin ABŞ-a satışını qadağan etməklə hədələyib

Tramp Kanadanın Bombardier təyyarələrinin ABŞ-a satışını qadağan etməklə hədələyib

08 Sentyabr 2026 / 8:46
6
Moskva vilayətinin qubernatoru gecə PUA hücumunun nəticələrindən danışıb

Timur Tkaçenko Kiyev vilayətinə gecə hücumunun nəticələrindən danışıb

08 Sentyabr 2026 / 8:39
14
Qruşko: NATO-nun Arktikadakı təlimləri Rusiya ilə toqquşmaya hazırlıqdır

Qruşko: NATO-nun Arktikadakı təlimləri Rusiya ilə toqquşmaya hazırlıqdır

08 Sentyabr 2026 / 8:24
9
Varşava hərbi hava qüvvələrini həyəcan vəziyyətinə gətirib: Ukraynadakı fəaliyyətdən qorxuya düşüb

Varşava hərbi hava qüvvələrini həyəcan vəziyyətinə gətirib: Ukraynadakı fəaliyyətdən qorxuya düşüb

08 Sentyabr 2026 / 8:15
16
Artizov: Finlandiya Rusiya sənədləri ilə bağlı vəziyyətdə Ukraynanın yolu ilə getdi

Artizov: Finlandiya Rusiya sənədləri ilə bağlı vəziyyətdə Ukraynanın yolu ilə getdi

08 Sentyabr 2026 / 8:05
16
Antalyada meşə yanğini böyuk əraziyə yayilib

Antalyada meşə yanğini böyuk əraziyə yayilib

08 Sentyabr 2026 / 7:52
18
İsrailin ifrat sağçı nazir Ben-Qvir Folklend adalarının Argentina ərazisi kimi tanınmasına çağırıb

İsrailin ifrat sağçı nazir Ben-Qvir Folklend adalarının Argentina ərazisi kimi tanınmasına çağırıb

08 Sentyabr 2026 / 7:37
8
 1 dollarlıq sikkə üzərində Trampın portreti ABŞ-ın 250 illik yubileyi münasibətilə çap edilib

Tramp Kanada, Meksika və Qrenlandiyanı “ABŞ ərazisi” kimi bölüşdü

08 Sentyabr 2026 / 7:28
9
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.