15 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Son səkkiz ilin reallıqları – Tramp və Bayden administrasiyalarının müqayisəsi

Noyabr 1, 2024
Siyasət
A A

Prezidentin kim olması xarici siyasətdə ABŞ maraqlarının təmin edilməsi prioritetini dəyişdirmir, fərq hansı metodlardan istifadə edilməsi və hansı tərəflərlə işləməkdədir. Bu kontekstdə Azərbaycan üçün Tramp və Harrisin – respublikaçılarla demokratların yanaşması əsasdır, xüsusilə Ermənistana və erməni diasporu/lobbisinə olan münasibət fonunda. Məsələyə iki aspektdən yanaşmaq olar.

Birincisi, tarixi xronologiyaya istinad

XX əsrin əvvəlində ortaya atılan “böyük ermənistan” xülyası Vudro Vilsonun “yeni dünya xəritəsi” ilə “rəsmiləşmişdi”. Paris Sülh Konfransında Topçubaşovun AXC-nin tanınması istəyini rədd edən Vilson xəritəsində də Azərbaycana yer ayırmamışdı. Bu, dövrün yeni qurulan geosiyasi şərtlərində ABŞ-ın planı olsa da, Vilsonun demokrat olması mənfi detal kimi tarixə həkk olunub.

70 il sonra Azərbaycan yenidən müstəqil olanda məlum “907-ci düzəliş” respublikaçıların dövründə qəbul edilib, hərçənd, Konqresdə demokratların – dövlət katibi olmuş Con Kerri və hazırki Prezident Co Baydenin xüsusi fəallığı da unudulmamalıdır.

O vaxt Heydər Əliyevin ABŞ-a səfəri Bakı-Vaşinqton münasibətlərində müsbət dönüş yaratdı. Həmin vaxt Ağ Evdə demorkatlar sahiblik edirdi, lakin Heydər Əliyevin respublikaçı Buşla səmimi görüşü, hətta evində qonaq olması da maraqlı məqam idi. Həmin illər beynəlxalq müstəvidə Qarabağ məsələsi ətrafında balansın Azərbaycanın xeyrinə dəyişməyə başlandığı dövr kimi qiymətləndirilir. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan iddia edir ki, balansın dəyişməsi Texas lobbisinin dəstəyi ilə mümkün oldu. Respublikaçıların üstünlük təşkil etdiyi Texas amili maraqlı detaldır.

Respublikaçı (oğul) Buşun prezidentliyi dövründə Bakı-Vaşinqton münasibətləri kifayət qədər müsbət olub. Burada 2001-ci ildən sonra ABŞ-ın “terror təhlükəsi”nə qarşı başladığı şərq ekspedisiyası həlledici amil olsa da, yuxarıda qeyd etdiyimiz kimi, Vaşinqtonun xarici maraqlarının həyata keçirilməsində Azərbaycanla əməkdaşlıq xəttini seçdiyi faktdır.

Demokrat Obamanın dövründə Bakı-Vaşinqton münasibətlərində “soyuq küləklər” daha çox müşahidə edilib. Bu, müəyyən mənada başı “ərəb baharına” qarışan Obama Administrasiyasının Cənubi Qafqaza daha az diqqət ayırmasından da qaynaqlanırdı.

Azərbaycan-ABŞ münasibətlərinin, yaxud Vaşinqtondan Bakıya olan yanaşmanın tamamilə “respublikaçı-demokrat” seçimi üzərindən etmək doğru olmasa belə – erməni lobbisinin aktiv üzvləri arasında respublikaçılar da yer alır – tarixi xronologiya bizim maraqlarımız baxımından respublikaçıların müsbət obrazını önə çıxarır.

İkincisi, son səkkiz ilin reallıqları – Tramp və Bayden administrasiyalarının müqayisəsi

Trampın Qarabağdan gedən ermənilərlə bağlı “120 min xristian dəhşətli şəkildə təqib edilib” açıqlaması bu obrazla bağlı fikirləri qarışdırdı, hərçənd, bunun daha çox seçki mübarizəsinin elementi olduğu aydın görünür. Bu, həm ABŞ-da əsasən demokratların namizədini dəstəkləyən erməni icmasının səsinə “elçi” düşmək, həm də Harrisin səslərini azaltmaq üçün xristianlıq kartdan istifadə etməyə hesablanıb. Trampın seçiləcəyi təqdirdə erməni maraqlarını prioritet tutacağını isə demək çətindir. 2017-2021-ci illərdə – Trampın prezidentliyi dövründə ABŞ-da erməni diasporu/lobbisinin çətin vəziyyətə düşməsi də bu fikri gücləndirir.

– 2017-ci ildə erməni diasporu Trampın qəbuluna düşməkdə ciddi çətinliklə üzləşmişdi, hətta həmin vaxt Ermənistan prezidenti olan Serj Sərkisyanın zənglərinə də Ağ Evdə cavab verilmədiyi haqda məlumatlar vardı;

– Trampın gəlişindən dərhal sonra “Qarabağdakı separatçılara” minatəmizləmə adı altında ayrılan maliyyə ilə bağlı tədqiqat başlanılmışdı;

– Daha sonra separatçılara ayrılan maliyyə vəsaitinin ixtisar edilməsi haqda qərar qəbul olundu;

Seçki mübarizəsində erməni diasporunun Trampa qarşı çıxması da bundan qaynaqlanır.

Trampın prezidentliyi dövründə Azərbaycanla münasibətlər normal məcrada davam etdiyi halda Baydenin gəlişindən sonra dalğalı oldu, xüsusilə Xankəndidə separatizmin ləğvinə aparan proses və anti-terror tədbirləri zamanı demokratların erməni maraqlarının müdafiəsi məqsədilə Azərbaycana hücumları fonunda. Ağ Evdə mövcud administrasiyanın Cənubi Qafqazda Ermənistanı platforma kimi görməsi də maraqlarının təmin edilməsində hansı tərəfi seçdiyinin nümunəsidir.

Ağ Evdə “əl dəyişərsə”, bu, Vaşinqtonun regional siyasətinin tamamilə dəyişməsi ilə nəticələnməsə belə, tarixi xronologiya və son 8 ilin müqayisəsi respublikaçıların Azərbaycan maraqlarına daha uyğun olduğunu deməyə əsas verir.

Əvvəlki Yazı

Vəziyyət gərginləşir Xamenei göstəriş verdi

Növbəti Yazı

Almaniyada xəstəxanada yanğin- ölən və yaralananlar var

XƏBƏR LENTİ

Bəzi rayonlara intensiv yağış yağır – Faktiki hava

Bəzi rayonlara intensiv yağış yağır – Faktiki hava

15 İyun 2026 / 10:41
1
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına – Müraciət ünvanladı

Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına – Müraciət ünvanladı

15 İyun 2026 / 10:32
18
Bakıda dəhşətli hadisə, ana və qızı öldürüldü

Bakıda dəhşətli hadisə, ana və qızı öldürüldü

14 İyun 2026 / 13:45
9
Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

13 İyun 2026 / 21:40
18
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

13 İyun 2026 / 13:42
3
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

13 İyun 2026 / 13:41
2
Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

13 İyun 2026 / 12:03
17
Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

13 İyun 2026 / 9:56
3
Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

13 İyun 2026 / 9:48
3
Şuşada TDT Forumu keçirilir

Şuşada TDT Forumu keçirilir

13 İyun 2026 / 9:44
7
 Ohanyan məcburi məhkəməyə gətirilir

 Ohanyan məcburi məhkəməyə gətirilir

13 İyun 2026 / 9:37
1
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

13 İyun 2026 / 9:33
1
Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

13 İyun 2026 / 9:28
7
Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

13 İyun 2026 / 1:19
55
Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

13 İyun 2026 / 1:13
38
Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

05 İyun 2026 / 8:41
40
“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

05 İyun 2026 / 7:41
47
Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

04 İyun 2026 / 20:51
2
“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

04 İyun 2026 / 20:48
6
Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

03 İyun 2026 / 12:44
18
Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

03 İyun 2026 / 11:22
26
“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

03 İyun 2026 / 11:09
2
Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

03 İyun 2026 / 9:43
25
Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

03 İyun 2026 / 9:29
120
Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

03 İyun 2026 / 9:17
81
Xankəndidə “Qarabağ Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

Xankəndidə “Qarabağ Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

02 İyun 2026 / 23:20
9
Prezident Administrasiyasında MCP başqanı ilə görüş keçirilib

Prezident Administrasiyasında MCP başqanı ilə görüş keçirilib

02 İyun 2026 / 16:09
66
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

02 İyun 2026 / 14:09
3
Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı – Azərbaycan da siyahıya salına bilər

Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı – Azərbaycan da siyahıya salına bilər

02 İyun 2026 / 13:05
35
“Bir bayraq altında doğulan Azadlıq” adlı e-resurs istifadəçilərə təqdim edilib

“Bir bayraq altında doğulan Azadlıq” adlı e-resurs istifadəçilərə təqdim edilib

02 İyun 2026 / 11:39
54
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.