29 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Sərhəddən təcili XƏBƏR: Bölgədə vəziyyət dəyişdi, yeni müharibə RİSKİ

Mart 7, 2025
Manşet, Siyasət
A A

Martın 4-ü saat 22:05 radələrində Ermənistan silahlı qüvvələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə ötən gün Müdafiə Nazirliyi məlumat yayıb. Son dövrlər Ermənistanın sərhəd bölgəsində yeni istehkam qurğuları inşa etməsi, eyni zamanda Hindistan və Fransadan silah tədarükünü artırması regionda gərginliyin artmasına səbəb olur.

Onu da qeyd edək ki, Ermənistan Nazirlər Kabineti ölkənin Avropa İttifaqı (Aİ) və Belçikadakı daimi nümayəndəliyində hərbi attaşe vəzifəsinin təsis edilməsini təsdiqləyib. Müvafiq qərar Ermənistan hökumətinin iclasında təsdiqlənib. Bu, Ermənistanın Aİ-dəki nümayəndəliyinə göndərdiyi ilk hərbi attaşedir. Qeyd edək ki, 2024-cü ilin fevralında Ermənistanın NATO yanında hərbi attaşesi təsis edilib. Qərar Ermənistan, Aİ və Belçika arasında müdafiə sektorunda əməkdaşlığın intensivləşdirilməsi ilə əlaqədar qəbul edilib.

Aİ missiyasının monitorinqçiləri Azərbaycanla sərhədin Ermənistan tərəfində patrul xidməti edir. Bu missiya 2023-cü ilin fevralında fəaliyyətə başlayıb. Bu il yanvarın 30-da Aİ Şurası 44 milyon avro büdcə ilə Aİ-nin Ermənistandakı missiyasının mandatını iki il müddətinə uzadıb. Missiyanın müşahidəçiləri və mülki ekspertlər 25 Aİ-yə üzv dövləti və üçüncü ölkə olan Kanadanı təmsil edirlər.

Baş verənlər növbəti münaqişənin başlanğıcı ola bilərmi? Ermənistan yeni müharibəyə hazırlaşırmı?

Avropa.info-nun məlumatına görə, məsələ ilə bağlı politoloq Anar Əliyev News24.az-a açıqlamasında bildirib ki, bu təxribatlar bir neçə məqsəd güdür və son baş verənlər, xüsusilə atəşkəsin pozulması və sərhəd bölgələrindəki yanğınların artması, regionda gərginliyin davam etdiyini göstərir:

“Atəşkəsin pozulması və digər təxribatlar Ermənistanın Azərbaycan-Azərbaycan sərhədindəki vəziyyətin gərginləşməsinə cəhd etdiyini göstərir. Ermənistan bu şəkildə, Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan sərhədində 3-cü tərəfin missiyasının yerləşdirilməməsi ilə bağlı irəli sürdüyü tələbin əsassızlığını göstərməyə çalışır. Bundan əlavə, Ermənistanın sərhəd ərazilərində səngərlərin qazılması, istehkam qurğularının formalaşdırılması və digər hərbi hazırlıqlar da diqqət çəkib. Ermənistanın bu addımları atarkən, sülh danışıqlarında çətinliklər yaşadığını və şərtlərin dəyişdirilməsini tələb etməyə çalışdığını qeyd edib”.

Politoloq qeyd edib ki, Ermənistan bu hərəkətləri ilə sülh müqaviləsinin imzalanmasında Azərbaycanın haklı şərtlərinin razılaşdırılmamış qalmasını və yeni müzakirə gündəliyinin açılmasını istəyir. Anar Əliyev, həmçinin Ermənistanın silahlanma siyasətinin, ölkənin mövcud vəziyyətdəki təhdidlərlə bağlı narahatlıqlarını gücləndirmək məqsədini daşıdığını qeyd edib.

“Ermənistanın son dövrlərdə silahlanması və Avropa Sülh Fondu tərəfindən Ermənistana veriləcək 10 milyonluq yardımlar, Ermənistanın təhlükədə olduğu imici yaratmaq üçün atılmış addımlardır. Bununla yanaşı, Anar Əliyev Ermənistanın silahlanmasının əsas məqsədinin, ölkə daxilində revanşizm hissini gücləndirmək olduğunu vurğulayıb. “Bu hələlik müharibəyə hazırlıq deyil, çünki Ermənistan və onun havadarları yaxşı anlayır ki, Azərbaycan ordusu qarşısında Ermənistan ordusunun dayana bilməsi mümkün deyil. Bunu anladıqları üçün bu addımların real müharibəyə hazırlıq olmadığını söyləmək olar”, – deyə o, qeyd edib.

Anar Əliyev əlavə edib ki, Ermənistanın son addımları, həmçinin silahlanma və müharibəyə hazırlıq niyyətlərinin olmadığını göstərsə də, bununla belə, bu cür təxribatlar, regionda davam edən gərginliyin və münaqişənin hələ də bitmədiyini, həmçinin Ermənistanın yeni müzakirə gündəlikləri yaratmağa çalışdığını göstərir.

Əvvəlki Yazı

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib

Növbəti Yazı

Zaxarova: Brüssel öz qərarı ilə təhlükəli geosiyasi oyunlar oynayır

XƏBƏR LENTİ

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirilib

28 İyul 2026 / 21:27
9
Azərbaycan dili – Tariximizin səsi, gələcəyimizin təminatı

Azərbaycan dili – Tariximizin səsi, gələcəyimizin təminatı

28 İyul 2026 / 21:20
4
ASELFLIR-500 Cənubi Afrika istehsalı olan Mwari təyyarələrinə inteqrasiya olunub

ASELFLIR-500 Cənubi Afrika istehsalı olan Mwari təyyarələrinə inteqrasiya olunub

28 İyul 2026 / 12:59
12
Rusiyanın Novosibirsk vilayətində güclü zəlzələ baş verib

Yaponiyanın cənubunda 7,1 bal gücündə zəlzələ baş verib

28 İyul 2026 / 12:52
7
Trampın Türkiyəyə F-35 satışı ilə bağlı açıqlaması

Trampın Türkiyəyə F-35 satışı ilə bağlı açıqlaması

27 İyul 2026 / 22:32
10
Stas Pyexa Sevil Əliyeva ilə görüşdü – “Ana” mahnısını oxudu-Video

Stas Pyexa Sevil Əliyeva ilə görüşdü – “Ana” mahnısını oxudu-Video

27 İyul 2026 / 22:24
6
Elbrusda rusiyalı alpinistin cəsədi xilasedicilər tərəfindən tapılıb

Elbrusda rusiyalı alpinistin cəsədi xilasedicilər tərəfindən tapılıb

27 İyul 2026 / 18:23
12
Amerikalı aktyor Mark Ruffalo: Netanyahu manyak qatildir

Amerikalı aktyor Mark Ruffalo: Netanyahu manyak qatildir

27 İyul 2026 / 18:14
4
Rusiyadan bir sıra  ölkələrə onlayn pul köçürmələrini dayandırıb

Rusiyadan bir sıra ölkələrə onlayn pul köçürmələrini dayandırıb

27 İyul 2026 / 17:48
12
İraqın baş naziri Zeydi Türkiyəyə gəlir

İraqın baş naziri Zeydi Türkiyəyə gəlir

27 İyul 2026 / 17:42
4
Baş nazir Əli Əsədov qərar imzalayıb

Baş nazir  Əli Əsədov  qərar imzaladı

27 İyul 2026 / 17:04
2
Müdir maaşa görə etiraz edən işçini döyüb? – VİDEO

Müdir maaşa görə etiraz edən işçini döyüb? – VİDEO

27 İyul 2026 / 15:27
14
İsrailin Qəzzada blokadası tibb işçilərinin və xəstələrin daşınmasını dayandırıb

İsrailin Qəzzada blokadası tibb işçilərinin və xəstələrin daşınmasını dayandırıb

27 İyul 2026 / 15:17
4
Ukrayna Silahlı Qüvvələri Şimal Hərbi Dairəsi zonasında sutka ərzində 1,4 minə yaxın hərbi qulluqçusunu itirib

Ukrayna Silahlı Qüvvələri Şimal Hərbi Dairəsi zonasında sutka ərzində 1,4 minə yaxın hərbi qulluqçusunu itirib

27 İyul 2026 / 14:48
7
Elbrus dağında ölən üç Bosniyalı alpinistin cəsədi tapılıb

Elbrus dağında ölən üç Bosniyalı alpinistin cəsədi tapılıb

27 İyul 2026 / 14:35
8
Ukrayna Aİ-yə Bandera bayrağı altında daxil olmayacaq – Polşa Müdafiə Naziri

Ukrayna Aİ-yə Bandera bayrağı altında daxil olmayacaq – Polşa Müdafiə Naziri

27 İyul 2026 / 13:00
15
CENTCOM-dan Trampa çağırış: Hörmüz boğazında zərbələr dayandırılsın

İran Hörmüz boğazında alternativ yoldan keçməyə çalışan 6 gəmini sistemlərini bağlayaraq dayandırıb

27 İyul 2026 / 12:49
5
ABŞ səfiri: Tramp diplomatik danışıqlar üçün məkan yaratmaq üçün İrana hücumları dayandırıb

ABŞ səfiri: Tramp diplomatik danışıqlar üçün məkan yaratmaq üçün İrana hücumları dayandırıb

27 İyul 2026 / 12:17
7
Razi Nurullayev: Heç bir şəxs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşıya bilməz”

Deputat Razı Nurullayev:“Çeviklik İş Yükünün Artması Deyil”

27 İyul 2026 / 11:22
83
Zelenski Baş komandanla nazirliyin qarşıdurmasını rəsmən etiraf etdi

Zelenski Baş komandanla nazirliyin qarşıdurmasını rəsmən etiraf etdi

27 İyul 2026 / 11:13
7
Fransa rəsmi olaraq ABŞ-ın artıq “insan hüquqlarının çırağı” olmadığını bəyan edib

Fransa rəsmi olaraq ABŞ-ın artıq “insan hüquqlarının çırağı” olmadığını bəyan edib

27 İyul 2026 / 10:50
6
Mendel: “Zelenskinin siyasəti axmaqliqdır, qeyri-insanidir və yalnız eskalasiyaya gətirib çıxarır”

Mendel: “Zelenskinin siyasəti axmaqliqdır, qeyri-insanidir və yalnız eskalasiyaya gətirib çıxarır”

27 İyul 2026 / 10:41
18
Qolos Armeniya:”Prezident Vaaqn Xaçaturyan faktiki olaraq siyasi gündəmdən kənarda qalib”

Qolos Armeniya:”Prezident Vaaqn Xaçaturyan faktiki olaraq siyasi gündəmdən kənarda qalib”

27 İyul 2026 / 10:24
8
Avropada həddindən artıq istilər və meşə yanğınları: Minlərlə insan təxliyə edildi

Yakutiyada meşə yanğını Eyik kəndinə yaxınlaşıb

27 İyul 2026 / 10:15
11
Ordumuzun daha bir giziri vəfat etdi

Ordumuzun daha bir giziri vəfat etdi

27 İyul 2026 / 10:05
16
İsmayıllıda 5 yaşlı uşaq hovuzda üzərkən öldü

Ağcabədidə 33 yaşlı gənc kanalda batıb

27 İyul 2026 / 9:56
8
Zelenski Rusiyadakı logistika mərkəzlərinə hücumlar həyata keçirdiklərini açıqlayıb

Selena ki,:”İranlılar və Şimali Koreyalılar artıq bizə hücum ediblər”

27 İyul 2026 / 9:44
5
Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib – Fotolar

Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib – Fotolar

27 İyul 2026 / 9:36
9
Netanyahu hökuməti:Vaşinqton İsrail Müdafiə Qüvvələrinin üç cəbhədə “bir sıra geri çəkilmələr” həyata keçirməsində maraqlıdır

Netanyahu hökuməti:Vaşinqton İsrail Müdafiə Qüvvələrinin üç cəbhədə “bir sıra geri çəkilmələr” həyata keçirməsində maraqlıdır

27 İyul 2026 / 9:32
12
Almanların 70 faizi ölkəni qorumaq üçün orduya etibar etmir

Almanların 70 faizi ölkəni qorumaq üçün orduya etibar etmir

27 İyul 2026 / 9:21
11
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.