23 - 10 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Sosial

Razi Nurullayev:“Övlad Sahibi Olmaq Bir Günlük Qərar Deyil”

Oktyabr 1, 2026
Sosial
A A

Milli Məclisin payız sessiyasının iş planı müzakirə olunarkən ölkədə gənc ailələrin sosial təminatı, uşaqların hüquqlarının qorunması və demoqrafik inkişafın dəstəklənməsi məsələsi parlamentin diqqət mərkəzinə gətirilib.

Avropa.info xəbər verir ki, Milli Məclisin iclasında Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev “Ailə, valideynlik və uşaqların hüquqlarının təminatı haqqında” yeni və kompleks qanun layihəsinin hazırlanmasını və parlamentin iş planına daxil edilməsini təklif edib.

“Övlad Sahibi Olmaq Bir Günlük Qərar Deyil”

Millət vəikili gənc ailələrin üzləşdiyi uzunmüddətli öhdəliklərə toxunaraq, dövlət dəstəyinin yalnız uşağın doğulduğu anla məhdudlaşmamalı olduğunu vurğulayıb:

“Gənc ailə üçün övlad sahibi olmaq bir günlük qərar deyil. Bu, ən azı 18-20 il davam edən böyük məsuliyyətdir. Ona görə də dövlətin ailənin yalnız uşağın doğulduğu anda deyil, bütün bu mərhələlər boyunca yanında olmasını vacib görürəm. Qabaqcıl dünya təcrübəsində də məsələyə yalnız pul ödənişi kimi deyil; mənzil, uşaq baxımı, valideynlərin əmək fəaliyyəti, təhsil və gələcək maliyyə təhlükəsizliyini əhatə edən kompleks sistem kimi yanaşılır.

Azərbaycanda bu istiqamətdə kifayət qədər dövlət dəstəyi, müavinətlər və sosial proqramlar mövcuddur. Lakin bu imkanlar müxtəlif qanunlarda və proqramlarda dağınıq şəkildə təqdim olunur ki, bu da vətəndaş üçün mürəkkəb görünür. Yanaşmamız belə olmalıdır: hüququn qanunda yazılması kifayət deyil, vətəndaş həmin hüquqdan real və rahat şəkildə istifadə edə bilməlidir. Məqsəd mövcud mexanizmləri vahid hüquqi çərçivədə toplamaq, sistemləşdirmək və yeni kompleks xidmətlər əlavə etməkdir”.

“Gənc Ailə Üçün Əsas Sual “Harada Yaşayacağıq?”dır”

MCP başqanı gənc ailələrin mənzil təminatı, ananın əmək bazarındakı mövqeyi və uşaqların gələcək inkişafı ilə bağlı strateji prioritetləri diqqətə çatdırıb:

“Bu gün bir çox gənc üçün artıq əsas sual ‘uşaq pulu nə qədər olacaq?’ deyil, ‘harada yaşayacağıq?’ sualıdır. Güzəştli ipoteka imkanlarının genişləndirilməsi, ilkin ödənişə dövlət dəstəyi və uşaqlı ailələr üçün əlavə mexanizmlər bu siyasətin bir hissəsi olmalıdır.

Digər mühüm məsələ uşaq baxımıdır. Elə şərait yaratmalıyıq ki, qadın ana olduğu üçün əmək bazarından kənarda qalmasın. Bağçaların əlçatanlığı, çevik iş imkanları və valideynlər üçün uyğun əmək şəraiti təmin edilməlidir. Təhsil və inkişaf imkanlarına yönələn dəstək ailəyə yalnız bugünkü xərcləri qarşılamaqda deyil, uşağın gələcəyini qurmaqda kömək etməlidir”.

“Demoqrafik Problemi İnzibati Çağırışlarla Həll Etmək Olmaz”

Parlamentari çıxışının sonunda dövlət-ailə münasibətlərində fəlsəfi yanaşmanın dəyişdirilməsinin vacibliyini qeyd edib:

“Ən vacibi budur: dövlət ailəyə ‘övlad sahibi olun’ deyən tərəf kimi yox, bu qərarın məsuliyyətini bölüşən tərəf kimi çıxış etməlidir. Gənc ailəyə deməliyik: siz ailə qurursunuzsa və övlad sahibi olmaq istəyirsinizsə, bu yolda tək deyilsiniz. Mənzil məsələsində, uşağın baxımında, təhsildə və əmək həyatında dövlət sizin yanınızdadır.

Çünki demoqrafik problemi inzibati çağırışlarla həll etmək mümkün deyil. İnsan gələcəyinə əmin olduqda, ailəsinin və övladının təhlükəsizliyini gördükdə daha inamlı qərar verir. Bu, yalnız demoqrafik siyasət deyil; insan hüquqları, ailənin sosial təminatı və Azərbaycanın gələcəyinə investisiyadır. Məqsədimiz daha təhlükəsiz, daha imkanlı və övladını gələcəyə inamla böyüdə bilən ailələr yaratmaqdır. Bu səbəbdən təklif edirəm ki, kompleks qanun layihəsinin hazırlanması payız sessiyasının iş planına daxil edilsin”.

Əvvəlki Yazı

Heç kim belə reaksiya gözləmirdi: Rubio niyə Tehran nümayəndə heyətinin ABŞ-ı tərk etməsini tələb etdi?

Növbəti Yazı

Rus qoşunlarının gizli köçürülməsi: üçüncü gündür ki, sütunlar Mariupoldan keçir

XƏBƏR LENTİ

Tramp Kiyevdən güzəşt tələb edir: Zelenski Qütb Donanması ilə sülh üçün sərt ultimatum səsləndirdi

Tramp Kiyevdən güzəşt tələb edir: Zelenski Qütb Donanması ilə sülh üçün sərt ultimatum səsləndirdi

22 Oktyabr 2026 / 16:01
1
“Uşaq Dünyası” stendində uşaq yazarları ilə görüş keçirilib-Fotolar

“Uşaq Dünyası” stendində uşaq yazarları ilə görüş keçirilib-Fotolar

22 Oktyabr 2026 / 14:33
25
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:“Kütləvi aksiyalar Avropanın gələcək kursuna zərbə vurur”

22 Oktyabr 2026 / 13:33
5
Almaniya Elmir Nuriyevi Azərbaycana təhvil verir

Almaniya Elmir Nuriyevi Azərbaycana təhvil verir

22 Oktyabr 2026 / 13:23
26
Razi Nurullayev: “Zəngilan zəfər tariximizin şanlı və parlaq səhifəsidir”

Razi Nurullayev:”Təyyarə ilə səyahət etmək sıravi vətəndaş üçün əlçatmaz bir seçimə çevrilməməlidir”

22 Oktyabr 2026 / 12:33
45
Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar noyabrdan əvvəl başlaya bilər: Zelenski detalları açıqladı

Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar noyabrdan əvvəl başlaya bilər: Zelenski detalları açıqladı

22 Oktyabr 2026 / 9:12
4
Rusiya gecə saatlarında Kiyevə bir neçə dəfə hücum edib – 15 nəfər yaralanıb

Rusiya gecə saatlarında Kiyevə bir neçə dəfə hücum edib – 15 nəfər yaralanıb

22 Oktyabr 2026 / 8:40
7
Səudiyyə Ərəbistanı Kral Fəhd hava limanına yeni hücum edildiyini açıqlayıb

Səudiyyə Ərəbistanı Kral Fəhd hava limanına yeni hücum edildiyini açıqlayıb

22 Oktyabr 2026 / 8:29
1
ABŞ-da keçirilən ara seçkilərdən sonra ABŞ və İsrailin İrana qarşı yeni hücum planlaşdırdığı iddia edilib

ABŞ-da keçirilən ara seçkilərdən sonra ABŞ və İsrailin İrana qarşı yeni hücum planlaşdırdığı iddia edilib

22 Oktyabr 2026 / 8:24
17
ABŞ-dan Səudiyyə Ərəbistanı üçün təxliyə qərarı

ABŞ-dan Səudiyyə Ərəbistanı üçün təxliyə qərarı

22 Oktyabr 2026 / 8:02
3
Fransada qubernatorluqların internet saytları təhlükəsizlik pozuntularına görə bloklanıb

Fransada qubernatorluqların internet saytları təhlükəsizlik pozuntularına görə bloklanıb

22 Oktyabr 2026 / 7:55
16
Razi Nurullayev: “Zəngilan zəfər tariximizin şanlı və parlaq səhifəsidir”

Razi Nurullayev:”Vətəndaşla yanaşı dövlət də bu məsuliyyətə şərik olmalı və birlikdə cəmiyyətimizə faydalı insan böyütməlidir”

21 Oktyabr 2026 / 17:21
54
İran prezidenti: “Siz eyni anda hədələyib danışıqlardan danışa bilməzsiniz”

İran prezidenti: “Siz eyni anda hədələyib danışıqlardan danışa bilməzsiniz”

21 Oktyabr 2026 / 16:07
1
Vitkoffun Putinə hansı sülh təklifləri ilə uçduğu məlum olub

Vitkoffun Putinə hansı sülh təklifləri ilə uçduğu məlum olub

21 Oktyabr 2026 / 10:44
22
Bakının mərkəzində restoran yandı – Video

Bakının mərkəzində restoran yandı – Video

21 Oktyabr 2026 / 10:38
6
Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

21 Oktyabr 2026 / 10:32
1
Putin və Zelenski arasında sülh üçün şəxsi görüş olmaya bilər: Trampın yeni bəyanatı

Putin və Zelenski arasında sülh üçün şəxsi görüş olmaya bilər: Trampın yeni bəyanatı

21 Oktyabr 2026 / 8:58
8
Nataliya Plaksienko-Butırskaya:“Dünya gözümüzün qabağında dağılır” Tramp, Putin və Xi Çində görüşə bilər”

Nataliya Plaksienko-Butırskaya:“Dünya gözümüzün qabağında dağılır” Tramp, Putin və Xi Çində görüşə bilər”

21 Oktyabr 2026 / 8:52
12
Rusiya Çinlə birlikdə Starlink-in öz analoqunu inkişaf etdirir, İran ona çıxış əldə edə bilər – Federonko

Rusiya Çinlə birlikdə Starlink-in öz analoqunu inkişaf etdirir, İran ona çıxış əldə edə bilər – Federonko

21 Oktyabr 2026 / 8:44
20
Hökumətin səhvləri ucbatından İngiltərədəki qocalar evlərində COVID-19-un sürətlə yayıldığı bildirilib

Hökumətin səhvləri ucbatından İngiltərədəki qocalar evlərində COVID-19-un sürətlə yayıldığı bildirilib

21 Oktyabr 2026 / 8:07
9
Tramp administrasiyası 300 mindən çox vizanı ləğv edib

Tramp administrasiyası 300 mindən çox vizanı ləğv edib

21 Oktyabr 2026 / 7:56
19
Prezident İlham Əliyev Qarabağ Milli Parkımin yaradılması haqqında sərəncam imzaladı

Prezident İlham Əliyev Qarabağ Milli Parkımin yaradılması haqqında sərəncam imzaladı

20 Oktyabr 2026 / 16:07
11
Prezident İlham Əliyev Gəncə Memorial Kompleksimin yaradılması haqqında sərəncam imzaladı

Prezident İlham Əliyev Gəncə Memorial Kompleksimin yaradılması haqqında sərəncam imzaladı

20 Oktyabr 2026 / 16:01
2
Razi Nurullayev: “Zəngilan zəfər tariximizin şanlı və parlaq səhifəsidir”

Razi Nurullayev: “Zəngilan zəfər tariximizin şanlı və parlaq səhifəsidir”

20 Oktyabr 2026 / 12:43
61
Kolumbiyada hərbi helikopter qəzaya düşdü – 19 yaralanib

Kolumbiyada hərbi helikopter qəzaya düşdü – 19 yaralanib

20 Oktyabr 2026 / 9:24
5
Ağ Evin sözçüsü Zəkəriyyə niyə vəzifədə cəmi 5 gün qaldı?

Ağ Evin sözçüsü Zəkəriyyə niyə vəzifədə cəmi 5 gün qaldı?

20 Oktyabr 2026 / 9:18
19
Ukraynaya etiraz notası: Sərhədçilər “çağırışdan yayınan”ın arxasınca sərhədə məhəl qoymadılar

Ukraynaya etiraz notası: Sərhədçilər “çağırışdan yayınan”ın arxasınca sərhədə məhəl qoymadılar

20 Oktyabr 2026 / 9:11
17
Kolumbiyada qanunsuz mədənin çökməsi nəticəsində 14 nəfər həyatını itirib

Kolumbiyada qanunsuz mədənin çökməsi nəticəsində 14 nəfər həyatını itirib

20 Oktyabr 2026 / 8:46
12
Banqladeşdə qızılcadan ölən uşaqların sayı 1201-ə yüksəlib

Banqladeşdə qızılcadan ölən uşaqların sayı 1201-ə yüksəlib

20 Oktyabr 2026 / 8:37
17
Razi Nurullayev:”Geyim məsələsini süni şəkildə dini qarşıdurmaya çevirmək yolverilməzdir”

Razi Nurullayev:“Sahibkarın şikayət hüququ kağız üzərində qalmamalıdır”

20 Oktyabr 2026 / 8:02
71
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.