14 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Razı Nurullayev:”Ölkəmiz Xəzər dənizinin səviyyəsinin davamlı şəkildə enməsi problemi ilə də üz-üzədir”

Sentyabr 14, 2026
Siyasət
A A

Avrop.info Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayevin Бакинский рабочий-ə müsahibəaini təqdim edir:

Bütün dünyada iqlim dəyişikliyi ekstrimal hava hadisələrinin həm tezliyini, həm də intensivliyini artırır. Daha uzunmüddətli quraqlıqlar, daha güclü sel və daşqınlar, eləcə də intensiv yağıntılar iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən kənd təsərrüfatına, şəhər infrastrukturuna və əhalinin rifahına ciddi təsir göstərir.

İqlim dəyişiklikləri Azərbaycandan da yan keçmir. Belə ki, əgər əvvəllər ölkə ərazisində sel və daşqın halları ildə təxminən 10-20 dəfə müşahidə olunurdusa, son illərdə bu göstərici 10-15 dəfə artıb. Bundan əlavə, ölkəmiz Xəzər dənizinin səviyyəsinin davamlı şəkildə enməsi problemi ilə də üz-üzədir. Temperaturun yüksəlməsi, yağıntı rejiminin və çay axınının dəyişməsi, buxarlanmanın artması su ehtiyatlarının vəziyyətinə, biomüxtəlifliyə və ekosistemlərə təsir edir, eyni zamanda əhalinin rifahı, ərzaq təhlükəsizliyi və iqtisadi inkişafı üçün yeni çağırışlar yaradır.

İqlim dəyişikliklərinin Azərbaycana necə təsir etməsi barədə Milli Məclisin deputatı Razi Nurullayevlə həmsöhbət oluruq.

Bir sıra ekspertlərin fikrincə, iqlim sahəsində beynəlxalq əməkdaşlıq üçün şərait 10 il əvvəlkinə nisbətən daha da mürəkkəbləşib. Bu fikirlə razısınızmı?

On il əvvəl, Paris Sazişi qəbul ediləndə belə bir hiss var idi ki, siyasi fikir ayrılıqlarına baxmayaraq, iqlim dünyanın ətrafında birləşə biləcəyi mövzulardan biri olacaq. Bu gün isə beynəlxalq mühit tamamilə fərqlidir. Müharibələr, sanksiyalar, enerji təhlükəsizliyi, ticarət və texnoloji rəqabət dövlətlərin qərarlarına getdikcə daha çox təsir edir. Hökumətlər öz cəmiyyətlərinin təzyiqi altındadırlar: insanlar əlçatan enerji, iş yerləri, iqtisadi artım istəyirlər. İqlim öhdəlikləri bu bazis maraqlara təhdid kimi qəbul edilməyə başlayanda isə “yaşıl” keçidə olan siyasi dəstək zəifləyir.

Lakin paradoks bundadır ki, beynəlxalq siyasət nə qədər mürəkkəbləşirsə, iqlim əməkdaşlığına olan ehtiyac bir o qədər artır. İqlim sərhəd, siyasi blok və sanksiya rejimləri tanımır. Quraqlıq ölkənin hansı alyansa mənsub olduğunu soruşmur, su çatışmazlığı isə hökumətin siyasi ideologiyası ilə maraqlanmır. Buna görə də bu gün iqlim diplomatiyası on il əvvəlkinə nisbətən daha mürəkkəbdir, lakin eyni zamanda çox daha vacibdir.

Nə üçün COP çərçivəsində əldə olunan razılaşmalarla onların icrası arasındakı fərq hələ də çox böyük olaraq qalır?

Qlobal iqlim siyasətində hələlik müəyyən bir disbalans mövcuddur: biz məqsədlər barədə razılığa gəlməyi yaxşı öyrənmişik, lakin onları maliyyələşdirməyi və həyata keçirməyi xeyli pis bacarırıq. COP-da dövlətlər öhdəliklər götürürlər. Sonra nazirlər evə qayıdırlar və real həyat başlayır: büdcə, sənaye, energetika, məşğulluq, sosial xərclər.

Xüsusilə inkişaf etməkdə olan ölkələrdə vəziyyət daha mürəkkəbdir. Onlara deyirlər: energetikanı modernləşdirin, kənd təsərrüfatını uyğunlaşdırın, tullantıları azaldın, əhalini iqlim risklərindən qoruyun. Bunlar tamamilə doğrudur. Amma növbəti sual yaranır – bunun haqqını kim ödəyəcək?

İqlim keçidi nəhəng investisiyalar tələb edir. Əgər maliyyələşmə baha olaraq qalırsa, texnologiyalara çıxış məhduddursa və beynəlxalq vəsaitlərin alınması illər alırsa, öhdəliklərin icrasının geri qalmasına təəccüblənmək olmaz.

Burada ədalət məsələsi də ortaya çıxır. İnkişaf etmiş dövlətlər bugünkü rifahlarının böyük bir hissəsini ucuz qırıcı yanacaq resursları dövründə qurublar. İnkişaf etməkdə olan ölkələr haqlı olaraq soruşurlar: nə üçün indi biz bu daha baha inkişaf yolunu praktiki olaraq təkbaşına keçməliyik? Buna görə də hesab edirəm ki, COP-un qiymətləndirilməsi fəlsəfəsinin özünü dəyişmək lazımdır. Yəni, COP-un uğuru konfransın sonuncu günü nə qədər vədin verilməsi ilə deyil, növbəti konfransın birinci gününə qədər onların neçəsinin icra olunması ilə ölçülməlidir.

COP prosesinin konfransın öz hüdudlarından kənarda daha çox fəaliyyəti stimullaşdırması üçün nə edilməlidir?

Bunun üçün COP-u bir hadisəyə dəyil, prosesə çevirmək lazımdır. Hazırda dünya diqqətinin iqlimə olan marağının konfrans zamanı kulminasiya nöqtəsinə çatması, ardından isə tədricən azalması təhlükəsi var. Mənim fikrimcə, hər COP-dan sonra bir növ icra ili başlamalıdır. Mühüm qərarların aydın icra müddətləri, maliyyə mənbələri və məsul şəxsləri olmalıdır. Altı aydan sonra aralıq nəticələri görmək, bir ildən sonra isə tərəqqini açıq şəkildə qiymətləndirmək lazımdır.

Lakin bəzən kifayət qədər qiymətləndirmədiyimiz başqa bir problem də var. İqlim siyasətini diplomatik dildən insan dilinə tərcümə etmək lazımdır. Əgər siz fermerə 2050-ci yıla qədər karbon neytrallığından danışsanız, bu onun üçün çox uzaq və mücərrəd bir məqsəd ola bilər. Lakin əgər siz yeni texnologiyaların ona daha az su işlətməyə, məhsulu quraqlıqdan qorumağa və ailəsinin gəlirini saxlamağa kömək edəcəyindən danışsanız, iqlim siyasəti tamamilə başqa bir məna kəsb edər. COP yalnız o zaman həqiqətən uğurlu olacaq ki, onun qərarları təkcə konfrans zallarında deyil, şəhərlərdə, kəndlərdə, evlərdə və fermer sahələrində hiss edilsin.

İqlim dəyişiklikləri Azərbaycana necə təsir edir?

Ölkəmiz üçün iqlim dəyişikliyi artıq 2050 və ya 2100-cü il üçün bir proqnoz deyil. Biz bunu bu gün hiss edirik. Mən regionlarda insanlarla çox ünsiyyətdə oluram. Kənddəki insan ümumiyyətlə “iqlim dəyişikliyi” ifadəsini işlətməyə bilər. O, daha sadə deyəcək: əvvəllər su var idi, indi isə azdır; əvvəllər bu vaxtlar yağış yağardı, indi yağmır; yay daha isti keçir; məhsulu proqnozlaşdırmaq çətinləşib. Mənim üçün iqlim probleminin insani ölçüsü məhz budur. Azərbaycan üçün su məsələsi xüsusi əhəmiyyət kəsb edir. Biz su ehtiyatlarından səmərəli istifadəyə, suvarmanın modernləşdirilməsinə, su itkilərinin azaldılmasına və kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinə çox daha ciddi yanaşmalıyıq.

Ayrı bir mövzu isə bu kontekstdə Xəzər dənizi və onun səviyyəsinin dəyişməsidir. Bu artıq tək bir ölkənin deyil, bütün Xəzəryanı regionun məsələsidir. Burada elm, davamlı monitorinq və regional əməkdaşlıq mütləqdir. Eyni zamanda Bakı üçün tarixi bir imkan açılır. Ölkəmiz dünyada neft-qaz istehsalçısı kimi tanınır. Bu, bizim iqtisadi tariximizin bir hissəsidir və bunu inkar etmək mənasızdır.

Lakin Azərbaycan bu gün günəş, külək və digər bərpa olunan energetikaya da investisiya qoyur. Xəzər dənizində böyük potensial mövcuddur, Qarabağ və Şərqi Zəngəzur isə “yaşıl” energetikanın xüsusi bir səhifəsidir. “Yaşıl” keçid heç də o demək deyil ki, ölkə öz energetika keçmişindən utanmalıdır. Ənənəvi energetikanın bizə verdiyi gəlirləri və imkanları növbəti nəsil iqtisadiyyatın yaradılması üçün istifadə etmək lazımdır. Lakin bununla belə, iqlim siyasəti yalnız meqavatlarla və milyardlarla dollarlıq investisiyalarla ölçülməməlidir. O, həm də həyat keyfiyyəti ilə ölçülməlidir. Əgər Bakıda iri “yaşıl” enerji layihəsi açılırsa, bu vacibdir. Amma əgər rayondakı fermer hələ də su çatışmazlığı ucbatından məhsulunu itirirsə, deməli, bizim iqlim transformasiyamız hələ başa çatmayıb.

COP29 çərçivəsində fermerlər üçün təqdim olunan Bakı “Harmoniya” İqlim Təşəbbüsü neçə effektiv oldu?

Mən fermerlər üçün Bakı “Harmoniya” iqlim təşəbbüsünün fəlsəfəsinin özünə müsbət yanaşıram, çünki o, bəzən tullantılar, energetika və maliyyələşmə haqqında qlobal müzakirələr arasında itən bir sualı ortaya qoyur: bütün bunlar torpaqda çalışan insan üçün nə deməkdir?

Təşəbbüs COP29 çərçivəsində məhz kənd təsərrüfatı sahəsindəki müxtəlif iqlim təşəbbüslərinin uzlaşdırılmasını artırmaq, bilik mübadiləsini asanlaşdırmaq və fermerlərə dəstəyi daha sistemli etmək üçün təqdim olunub. Lakin mən hər hansı bir beynəlxalq təşəbbüsü sırf böyük bir konfransda təqdim olunduğuna görə uğurlu elan etməyə tələsməzdim. Həqiqi sınaq konfransdan sonra başlayır. Bir neçə ildən sonra biz çox sadə suallar verməliyik: neçə fermer reallıqda fayda gördü? Neçə kiçik təsərrüfat texnologiyalara və biliklərə çıxış əldə etdi? Maliyyə cəlb etmək asanlaşdımı? Su istehlakı azaldımı? Kənd təsərrüfatı quraqlığa və ekstrimal havaya daha davamlı oldumu? Və burada mənim üçün xüsusilə məhz kiçik fermer təsərrüfatları vacibdir.

İri aqrar şirkət məsləhətçilər tuta, müasir texnologiyalar ala, kredit götürə və beynəlxalq proqramları başa düşə bilər. Kiçik ailə təsərrüfatının isə çox vaxt belə imkanları olmur. Buna görə də, əgər “Harmoniya” həqiqətən uzunmüddətli bir miras qoymaq istəyirsə, o, məhz həmin insana gedib çatmalıdır.

Sıravi bir azərbaycanlı fermeri təsəvvür edin. Onun bir neçə hektar torpağı var. O, COP terminologiyasını bilmir və bəlkə də heç vaxt Paris Sazişini oxumayacaq. Lakin o, çox gözəl anlayır ki, su azalır, hava dəyişir və onun gəliri məhsuldan asılıdır. Əgər beynəlxalq iqlim sistemi bu insana daha səmərəli suvarma, dözümlü sortlar, dəqiq hava proqnozu, sığorta və əlçatan maliyyə əldə etməyə kömək edərsə, o zaman ona COP-un uğurlu olub-olmadığını izah etməyə ehtiyac qalmayacaq. O, bunu özü hiss edəcək. Buna görə də mənim üçün “Harmoniya” təkcə iqlim təşəbbüsü değil, həm də bütün müasir iqlim siyasəti üçün bir testdir.

Biz milyardlarla dollar, giqavatlarla enerji və qlobal temperatur məqsədləri haqqında çox danışırıq. Lakin quru rəqəmlərin arxasında insanı itirmək olmaz. İqlim siyasətinin sadə bir uğur meyarı olmalıdır: o, insana öz evini, öz işini, öz məhsulunu və valideynlərinin yaşadığı yerdə normal yaşamaq imkanını qoruyub saxlamağa kömək edirmi? Əgər cavab müsbətdirsə, deməli, iqlim diplomatiyasının bir mənası var

Əvvəlki Yazı

ABŞ mətbuatı: iflas ərəfəsində olan Kennedy Performance Arts Mərkəzi bu həftə bağlana bilər

Növbəti Yazı

İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

XƏBƏR LENTİ

Almaniya etiraf edib ki, Almaniya uzun müddətdir Ukraynada döyüşür

Almaniya etiraf edib ki, Almaniya uzun müddətdir Ukraynada döyüşür

14 Sentyabr 2026 / 11:57
6
Prezident İlham Əliyev “SABAH.city”nin açılışında iştirak edib- Fotolar

Prezident İlham Əliyev “SABAH.city”nin açılışında iştirak edib- Fotolar

14 Sentyabr 2026 / 11:52
5
Birinci xanım Ərdoğandan yeni tədris ili mesajı

Birinci xanım Ərdoğandan yeni tədris ili mesajı

14 Sentyabr 2026 / 11:43
19
İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

14 Sentyabr 2026 / 11:35
35
Razı Nurullayev:”Ölkəmiz Xəzər dənizinin səviyyəsinin davamlı şəkildə enməsi problemi ilə də üz-üzədir”

Razı Nurullayev:”Ölkəmiz Xəzər dənizinin səviyyəsinin davamlı şəkildə enməsi problemi ilə də üz-üzədir”

14 Sentyabr 2026 / 11:26
55
ABŞ mətbuatı: iflas ərəfəsində olan Kennedy Performance Arts Mərkəzi bu həftə bağlana bilər

ABŞ mətbuatı: iflas ərəfəsində olan Kennedy Performance Arts Mərkəzi bu həftə bağlana bilər

14 Sentyabr 2026 / 9:16
11
Qəzzada mülki müdafiə qrupları dağıntılar altından 17 yeni cəsədi çıxarıb

Qəzzada mülki müdafiə qrupları dağıntılar altından 17 yeni cəsədi çıxarıb

14 Sentyabr 2026 / 9:06
20
Avropanın yüksək səviyyəli məmurlarının gedişindən sonra Rusiya Ukraynada qatara hücum edib

Avropanın yüksək səviyyəli məmurlarının gedişindən sonra Rusiya Ukraynada qatara hücum edib

14 Sentyabr 2026 / 8:58
18
9 Avropa ölkəsi hava limanlarında xaosdan sonra giriş-çıxış sistemini təxirə salıb

9 Avropa ölkəsi hava limanlarında xaosdan sonra giriş-çıxış sistemini təxirə salıb

14 Sentyabr 2026 / 8:52
9
Mayamidə baş verən qəzadan sonra Amazon yük şirkəti ilə əməkdaşlığı dayandırıb

Mayamidə baş verən qəzadan sonra Amazon yük şirkəti ilə əməkdaşlığı dayandırıb

14 Sentyabr 2026 / 8:41
15
Vüqar Dadaşov:”Putinin “Ermənistan xalqı istəsə” ifadəsi elə özündə bütün açar şərtləri və xəbərdarlığı ehtiva edir”

Vüqar Dadaşov:”Trampın reytinqinin aşağı düşməsi təkcə Ukrayna müharibəsi ilə bağlı deyil…”

14 Sentyabr 2026 / 8:28
70
Körpə Büşranın anası onu satdı! Qətl şübhəsi araşdırılır: 5 ailə üzvü həbsdədir- Qan donduran hadisə

Körpə Büşranın anası onu satdı! Qətl şübhəsi araşdırılır: 5 ailə üzvü həbsdədir- Qan donduran hadisə

13 Sentyabr 2026 / 14:07
20
Tasnim: İran ABŞ-ın Hörmüz boğazını açmaq üçün 7 şərt sadalayır

Tasnim: İran ABŞ-ın Hörmüz boğazını açmaq üçün 7 şərt sadalayır

13 Sentyabr 2026 / 7:30
17
Səudiyyə Ərəbistanının Xamis Müşait və Taif şəhərləri üçün verilən “təhlükə xəbərdarlığı” başa çatıb

Ərəb ölkələri İraqdan Səudiyyə Ərəbistanına edilən hücumu pisləyir

13 Sentyabr 2026 / 7:16
5
KKTC ABŞ-ın Cənubi Kipr Rum Administrasiyasına tətbiq etdiyi silah embarqosunu ləğv etmək qərarını uzatmasından təəssüfləndiyini bildirib

KKTC ABŞ-ın Cənubi Kipr Rum Administrasiyasına tətbiq etdiyi silah embarqosunu ləğv etmək qərarını uzatmasından təəssüfləndiyini bildirib

13 Sentyabr 2026 / 7:10
15
Peskov: Zelenski Putinlə görüşmək istəsə, Moskvaya gələ bilər

Peskov: Zelenski Putinlə görüşmək istəsə, Moskvaya gələ bilər

12 Sentyabr 2026 / 18:07
4
Zelenski: Rusiyanın Ukraynadakı hücumları nəticəsində 3 nəfər ölüb, çoxlu sayda insan yaralanıb

Zelenski: Rusiyanın Ukraynadakı hücumları nəticəsində 3 nəfər ölüb, çoxlu sayda insan yaralanıb

12 Sentyabr 2026 / 17:57
2
Azərbaycan iləTürkiyə arasında 3 böyük elektrik layihəsi planlaşdırılır

Azərbaycan iləTürkiyə arasında 3 böyük elektrik layihəsi planlaşdırılır

12 Sentyabr 2026 / 13:05
9
Hikmət Hacıyev Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı – Video

Hikmət Hacıyev Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı – Video

12 Sentyabr 2026 / 10:56
15
Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir-Ağdərə və Kəlbəcərdə olacaqlar

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir-Ağdərə və Kəlbəcərdə olacaqlar

12 Sentyabr 2026 / 10:17
16
İraq Səudiyyə neft kəməri boyunca öz ərazisindən pilotsuz təyyarələrin buraxıldığını təsdiqləyib

İraq Səudiyyə neft kəməri boyunca öz ərazisindən pilotsuz təyyarələrin buraxıldığını təsdiqləyib

12 Sentyabr 2026 / 9:54
15
Ukrayna Təhlükəsizlik Xidmətinin binası vuruldu – Video

Cavab vermək üçün saniyələr: Rus paraşütçülərinin zərbələri daha sürətli və daha ölümcül oldu

12 Sentyabr 2026 / 9:16
15
Carlson: ABŞ dünyanı de-dollarizasiyaya doğru sövq edir

Carlson: ABŞ dünyanı de-dollarizasiyaya doğru sövq edir

12 Sentyabr 2026 / 8:11
11
Tramp Putin və Zelenskiyə zəng edəcək: Sülh planına hansı maddələr daxil ola bilər?

Yeraltı: Ukraynalılar Zelenskinin sülh istəyinə demək olar ki, inanmırlar

12 Sentyabr 2026 / 8:05
10
Varvikko: Finlandiya nüvə silahlarının ölkə ərazisindən tranzitinə görə məsuliyyətdən azad etdi

Varvikko: Finlandiya nüvə silahlarının ölkə ərazisindən tranzitinə görə məsuliyyətdən azad etdi

12 Sentyabr 2026 / 7:59
17
ABŞ Rusiyanın “Qızıl Qübbə” raket əleyhinə müdafiə sistemindəki effektivliyini qiymətləndirib

ABŞ Rusiyanın “Qızıl Qübbə” raket əleyhinə müdafiə sistemindəki effektivliyini qiymətləndirib

12 Sentyabr 2026 / 7:52
17
İsrail döyüş təyyarələri Livanın cənubundakı Nəbatiyyə bölgəsini vurub

Rusiya Ukraynanın Krivoy Roq şəhərinə zərbələr endirib-bir nəfər ölüb

12 Sentyabr 2026 / 7:32
23
Lukaşenko oğlunun hərbi xidmətdə “ən çətin bölmədə” xidmət etdiyini deyib

Lukaşenko oğlunun hərbi xidmətdə “ən çətin bölmədə” xidmət etdiyini deyib

12 Sentyabr 2026 / 7:19
26
Səudiyyə Ərəbistanının Xamis Müşait və Taif şəhərləri üçün verilən “təhlükə xəbərdarlığı” başa çatıb

Səudiyyə Ərəbistanının Xamis Müşait və Taif şəhərləri üçün verilən “təhlükə xəbərdarlığı” başa çatıb

12 Sentyabr 2026 / 7:05
16
İndoneziyada 6,6 bal gücündə zəlzələ baş verib

İndoneziyada 6,6 bal gücündə zəlzələ baş verib

12 Sentyabr 2026 / 6:53
10
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.