14 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Prezident İlham Əliyev:“Bu gün bəzi Avropa bürokratları Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışırlar”

Mart 16, 2025
Manşet
A A

Xəbər verdiyimiz kimi, martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumuna start verilib.

Forumda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı hər zaman olduğu kimi, bu dəfə də bütün dünyada böyük marağa səbəb olub. Çıxışında qlobal aləmdə, eləcə də Cənubi Qafqaz regionunda baş verən hadisə və proseslərə diqqət çəkib İlham Əliyev, 44 günlük Vətən müharibəsində Ermənistanın törətdiyi vəhşiliklərə də toxunub.

Prezident qeyd edib ki, müharibə dövründə Ermənistan şəhərləri, yaşayış məntəqələrini də atəşə tutub, böyük vəhşiliklər tördib. Dövlət başçısı 44 günlük Vətən müharibəsində Ermənistanın Azərbaycana qarşı “İsgəndər M” raketlərindən istifadə etdiyini də bildirib:

“Bu gün bəzi Avropa bürokratları Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışırlar. Lakin onlar həmin hökumətin keçmişdə nəyi etdiyini yaddan çıxarırlar. Onlar yaddan çıxarırlar ki, İkinci Qarabağ müharibəsində ermənilər bizim şəhərlərimizi, kəndlərimizi atəşə tuturdu. Yüzdən artıq vətəndaşımızı həmin raketlərə, ixracı qadağan olunmuş “İsgəndər M” raketinə görə itirdik. Biz hələ də suala cavab almamışıq: Ermənistan ordusu “İsgəndər M” raketini necə əldə edib?

Çünki Rusiyada bu raketin ixracı yasaqdır. İnanmayanlar isə, – buradan cəmi 5-10 dəqiqəlik yoldur, – getsinlər Hərbi Qənimətlər Parkına və Şuşada tapdığımız “İsgəndər M” raketini görsünlər. Biz onu artıq 2021-ci ilin yazında tapdıq, çünki o, qarın altında qalmışdı. Biz Şuşanı azad etdiyimiz zaman o, şəhərə atılmışdı”.

Sitatdan da göründüyü kimi, İlham Əliyev Ermənistanın xalqımıza, eləcə də xalqımızın timsalında bütün insanlığa qarşı törətdiyi cinayətləri ifşa etməklə yanaşı, Rusiyada istehsal olunan və ixracı yasaqlanan “İsgəndər M” raketlərinin işğalçı ölkənin əlinə necə, hansı yolla keçməsi məsələsini də gündəmə gətirir.

Prezident qeyd edir ki, yüzdən çox Azərbaycan vətəndaşı öz həyatını bu raketlərə, eləcə də “İsgəndər M” raketlərinə görə itirib. Bu isə o deməkdir ki, burada yeganə müqəssir Ermənistan deyil. Ortada daha bir müqəssir var ki, bu da həmin raketləri Ermənistana verən, onun “İsgəndər M” raketləri ilə mülki insanları qan gölündə boğmasına sakitcə tamaşa edəndir.

Əminliklə demək olar ki, bu raketləri Ermənistana verənlər tarix və hüquq qarşısında Ermənistandan daha çox məsuliyyət daşıyır. Çünki əgər bu raketlər Ermənistana verilməsəydi, İrəvan bu raketlərdən dinc insanlarımıza qarşı istifadə edə bilməyəcəkdi. Bu isə o deməkdir ki, yüzdən çox vətəndaşımız həyatda qalacaq, şəhərlərimiz böyük dağıntılardan əhəmiyyətli dərəcədə hifz olunacaqdı.

Bəs “İsgəndər M” raketlərini Ermənistan kim verib? Satışı qanunla yasaqlanan və Rusiyada istehsal olunan bu raketlər Ermənistanın əlinə necə düşüb?

Əlbəttə, bu suala ilk növbədə Rusiya cavablandırmalıdır. Çünki bu raketlər məhz Rusiyada istehsal olunur. Deməli, “mal sahibi” kimi bu suala Rusiya cavab verməli, onun Ermənistana, necə, nə vaxt, hansı yolla ötürüldüyünə aydınlıq gətirməlidir. Çünki burada söhbət Azərbaycan xalqına qarşı törədilən qanlı cinayətdən, beynəlxalq hüququnun kobud şəkildə pozulmasından gedir.

Rusiyanın 5 ildir ki, səslənən bu sual qarşısında susması çıxış yolu deyil və heç vaxt da olmayacaq. Kreml Ermənistana verilən “İsgəndər M” raketləri ilə bağlı çoxdan gözlənilən etirafı etməyəcəyi təqdirdə bu sual vaxt-bivaxt qəfil göy gurultusu kimi Rusiyanın qulağının dibində səslənməkdə davam edəcək: “Ermənistan ordusu “İsgəndər M” raketini necə əldə edib?”

Avropa.info

Əvvəlki Yazı

Bakıda sexdə güclü yanğın baş verib -video

Növbəti Yazı

“Bakcell” “Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri”nə qoşulub

XƏBƏR LENTİ

Bakıda dəhşətli hadisə, ana və qızı öldürüldü

Bakıda dəhşətli hadisə, ana və qızı öldürüldü

14 İyun 2026 / 13:45
5
Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

13 İyun 2026 / 21:40
17
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

13 İyun 2026 / 13:42
3
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

13 İyun 2026 / 13:41
2
Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

13 İyun 2026 / 12:03
17
Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

13 İyun 2026 / 9:56
3
Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

13 İyun 2026 / 9:48
3
Şuşada TDT Forumu keçirilir

Şuşada TDT Forumu keçirilir

13 İyun 2026 / 9:44
7
 Ohanyan məcburi məhkəməyə gətirilir

 Ohanyan məcburi məhkəməyə gətirilir

13 İyun 2026 / 9:37
1
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

13 İyun 2026 / 9:33
1
Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

13 İyun 2026 / 9:28
7
Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

13 İyun 2026 / 1:19
55
Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

13 İyun 2026 / 1:13
38
Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

05 İyun 2026 / 8:41
40
“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

05 İyun 2026 / 7:41
47
Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

04 İyun 2026 / 20:51
2
“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

04 İyun 2026 / 20:48
6
Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

03 İyun 2026 / 12:44
18
Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

03 İyun 2026 / 11:22
26
“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

03 İyun 2026 / 11:09
2
Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

03 İyun 2026 / 9:43
25
Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

03 İyun 2026 / 9:29
120
Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

03 İyun 2026 / 9:17
81
Xankəndidə “Qarabağ Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

Xankəndidə “Qarabağ Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

02 İyun 2026 / 23:20
9
Prezident Administrasiyasında MCP başqanı ilə görüş keçirilib

Prezident Administrasiyasında MCP başqanı ilə görüş keçirilib

02 İyun 2026 / 16:09
66
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

02 İyun 2026 / 14:09
3
Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı – Azərbaycan da siyahıya salına bilər

Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı – Azərbaycan da siyahıya salına bilər

02 İyun 2026 / 13:05
35
“Bir bayraq altında doğulan Azadlıq” adlı e-resurs istifadəçilərə təqdim edilib

“Bir bayraq altında doğulan Azadlıq” adlı e-resurs istifadəçilərə təqdim edilib

02 İyun 2026 / 11:39
54
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Respublika Uşaq Kitabxanasında qeyd ediblər-Fotolar

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Respublika Uşaq Kitabxanasında qeyd ediblər-Fotolar

02 İyun 2026 / 11:28
44
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu

Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu

02 İyun 2026 / 0:34
3
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.