Müsəlman Dünyası Liqası Dəməşqdəki terror aktını pislədi

Müsəlman Dünyası Liqası Dəməşqdə Ədliyyə Sarayının yaxınlığındakı kafedə törədilmiş terror partlayışını pisləyib.

Avrop.info xəbər verir ki, bu barədə təşkilatın baş katibi Məhəmməd bin Əbdülkərim əl-İsa bildirib.

Baş katib vurğulayıb ki, qurum zorakılığın və terrorun bütün formalarına qarşıdır.

O, Suriyanın təhlükəsizliyinə, sabitliyinə və xalqının əmin-amanlığına yönəlmiş təhdidlər qarşısında həmrəylik ifadə edərək, həlak olanların ailələrinə başsağlığı verib və yaralılara şəfa diləyib.

Xatırladaq ki, iyulun 2-də baş vermiş terror aktı nəticəsində 9 nəfər həlak olub, 20 nəfər isə yaralanıb. Hadisə metal parçaları ilə doldurulmuş, təxminən 1 kiloqram ağırlığında olan əldəqayırma partlayıcı qurğu vasitəsilə törədilib.

XƏBƏR LENTİ