29 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Ölkə

Leyla Əliyeva və Alyona Əliyeva Sərgidə iştirak ediblər -Fotolar

Sentyabr 29, 2026
Ölkə
A A

Sentyabrın 29-da Müqəddəs Taxt-Tacda “Səmavi dinlər” layihəsi çərçivəsində iudaizm, xristianlıq və İslam dinlərinə həsr olunmuş Azərbaycan xalçaları sərgisinin açılış mərasimi keçirilib.

Avropa.info xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Açılış məramisində çıxış edən Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini mədəniyyətin və yaddaşın sülhün əsas sütunları olduğunu bildirərək deyib: “Sərgi müxtəlif dinlər, xalqlar, mədəniyyətlər, dillər və ənənələr arasında dialoq üçün imkan yaratmaq məqsədi daşıyır. Bu, həm də xalçaçılıq sənətinin köklərinin ölkənin ənənələrinə dərindən bağlı olduğu Azərbaycana bir ehtiramdır. Bu gün burada sərgilənən xalçalar çox bacarıqlı sənətkarlar tərəfindən yaradılmış dəyərli nümunələr olmaqla yanaşı, həm də kimliyin və bəşəriliyin təcəssümüdür”.

Rafaella Petrini eksponatların həm də dinlərarası dialoq dəyərinin səfirləri olduğunu diqqətə çatdıraraq, sərginin bu cür danışıqlar üçün konkret imkan yaratmaqla yanaşı, Azərbaycan ilə Vatikan arasındakı əlaqələrin mükəmməl ikitərəfli xarakterinin növbəti təsdiqi olduğunu bildirib.

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov ölkəmizin zəngin mədəni irsində xalçanın həmişə Şərqlə Qərbi birləşdirən amil olduğunu deyərək, ölkəmizin əsrlər boyu tarixi İpək Yolunun mühüm tərkib hissəsi olduğunu, regionun ipək istehsalı və xalçaçılıq üzrə əsas mərkəzlərindən birinə çevrildiyini diqqətə çatdırıb.

Bu gün təqdim olunan üç xalçanın bəşəri dəyərlərə həsr olunmuş unikal bədii triptix olduğunu deyən səfir qeyd edib: “Səkkizillik iş prosesində hər üç dinin ənənələrinə tam hörmətlə yanaşılmaqla inanc, dialoq və dözümlülük arasında bədii sintezə nail olunub. Ölkəmizdə Azərbaycan xalqının azad ruhu yalnız dözümlülükdə deyil, həm də ibadət evlərinə və müqəddəs irsə həqiqi hörmətdə özünü göstərir. Bu ruh Azərbaycanda bütün dünyada nümayiş etdirilən dinclik şəraitində birgəyaşayışın özünəməxsus nümunəsini formalaşdırıb. Bu mənada, bu gün təqdim olunan xalçalar son dərəcə dəyərli sənət əsərləridir”.

Vatikan Muzeylərinin direktoru xanım Barbara Yatta Romanın həmişə gözəlliyi və ideyaları bölüşmək üçün körpülər saldığını qeyd edərək deyib: “Bu möhtəşəm xalçalar Vatikan Muzeylərinin ən mötəbər bölmələrindən birində – Anima Mundi Muzeyində nümayiş olunur. Bildiyiniz kimi, “Anima Mundi” “dünyanın ruhu” deməkdir və biz son 10 ildə muzeyin bu hissəsini belə adlandırmağa qərar vermişik. Muzeyin bu hissəsi ən xüsusi guşələrdən biridir. Yenidən qurulan bu məkanda dünyanın dörd qitəsi təmsil olunur: Avstraliya, Afrika, Amerika və Asiya. Heydər Əliyev Fondu ilə birlikdə məqsədimiz bunları bir araya gətirməkdir. Hər gün muzeyə gələn minlərlə ziyarətçi müxtəlif mədəniyyətləri və inancları birləşdirən bu əsərləri görmək imkanına malik olur”.

Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bu əsərin Azərbaycanda xalçaçılıq sənətində yeni bir erasının başlanğıcı olduğunu qeyd edib və ilk dəfə olaraq 28 qadının səkkiz il ərzində “Səmavi dinlər” ideyasını həyata keçirdiyini deyib.

Onun sözlərinə görə, Azərbaycan həmişə sülhün və müxtəlif dinlərin nümayəndələrinin birlikdə yaşaya bildikləri məkan olub. “Bizim üçün xalça sənətkarlıqdan, ənənəvi incəsənətdən daha üstün bir dəyərdir. Biz bilirik ki, hər bir ənənəvi incəsənət hansısa xalqın ruhunu nümayiş etdirir. Beləliklə, bu gün bu üç xalçada Azərbaycanın və onun xalqının ruhunu görmək mümkündür”, – deyə Ə.Məlikova əlavə edib.

Sonra qonaqlar sərgiyə baxıblar.

Qeyd edək ki, sənət əsəri iudaizm, xristianlıq və İslam dinlərinə həsr edilib, dərin fəlsəfi düşüncənin, milli sənətkarlıq ruhunun təcəssümüdür. Hər üç xalça özündə fərqli dinləri və mədəniyyətləri simvollaşdırır, lakin bir araya gələndə insanlığın ortaq dəyərlərini – sülhü, mərhəməti və ədaləti ifadə edir. Layihə Azərbaycan mədəniyyətinin dərinliyindən gələn universal dəyərlərin, mədəni diplomatiya strategiyasının təcəssümüdür.

Əvvəlki Yazı

İran prezidenti Məsud Pezeşkian Şahin Mustafayevi qəbul etdi

XƏBƏR LENTİ

Leyla Əliyeva və Alyona Əliyeva Sərgidə iştirak ediblər -Fotolar

Leyla Əliyeva və Alyona Əliyeva Sərgidə iştirak ediblər -Fotolar

29 Sentyabr 2026 / 20:29
12
İran prezidenti Məsud Pezeşkian Şahin Mustafayevi qəbul etdi

İran prezidenti Məsud Pezeşkian Şahin Mustafayevi qəbul etdi

29 Sentyabr 2026 / 20:17
12
İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Lənkəranda  zəlzələ baş verib

29 Sentyabr 2026 / 16:12
10
FIFA-nın prezidenti Canni İnfantino Prezident İlham Əliyevlə görüşdən paylaşım etdi-Fotolar

FIFA-nın prezidenti Canni İnfantino Prezident İlham Əliyevlə görüşdən paylaşım etdi-Fotolar

29 Sentyabr 2026 / 16:08
15
Odessa limanlarına nə olacaq: Rusiya Qara dənizdə təhlükəsiz dəhliz təkliflərini rədd etdi

Odessa limanlarına nə olacaq: Rusiya Qara dənizdə təhlükəsiz dəhliz təkliflərini rədd etdi

29 Sentyabr 2026 / 16:01
13
Putin Ukraynada müharibəni bitirdiyinə görə ağır cəzalandırılacaq: Qərb səs-küylü bəyanatdan şoka düşdü

Putin Ukraynada müharibəni bitirdiyinə görə ağır cəzalandırılacaq: Qərb səs-küylü bəyanatdan şoka düşdü

29 Sentyabr 2026 / 15:25
10
Rusiya Ukraynada məhdud atəşkəs təklifinə cavab verdi

Rusiya Ukraynada məhdud atəşkəs təklifinə cavab verdi

29 Sentyabr 2026 / 13:28
10
Ağalı kəndində mina təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib

Ağalı kəndində mina təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib

29 Sentyabr 2026 / 13:07
4
Gömrükdən 4 milyonluq brilyant keçirmək istəyən Qazaxıstan vətəndaşı saxlayıb- Foto

Gömrükdən 4 milyonluq brilyant keçirmək istəyən Qazaxıstan vətəndaşı saxlayıb- Foto

29 Sentyabr 2026 / 12:45
2
Prezident İlham Əliyev FIFA-nın prezidenti Canni İnfantinonu qəbul etdi – Fotolar

Prezident İlham Əliyev FIFA-nın prezidenti Canni İnfantinonu qəbul etdi – Fotolar

29 Sentyabr 2026 / 12:39
14
Zelenski Kravçenko ilə bağlı mühüm qərar verdi: keçmiş baş prokurorun artıq görünmədiyi yerdə

Zelenski Kravçenko ilə bağlı mühüm qərar verdi: keçmiş baş prokurorun artıq görünmədiyi yerdə

29 Sentyabr 2026 / 12:30
8
“Putin bunu hamıya açıqladı”: Hamının qorxduğu Kiyevə gəlib çatdı. Rusiya prezidentinin planı işə düşdü – ABŞ və Aİ şokdadır

“Putin bunu hamıya açıqladı”: Hamının qorxduğu Kiyevə gəlib çatdı. Rusiya prezidentinin planı işə düşdü – ABŞ və Aİ şokdadır

29 Sentyabr 2026 / 12:23
3
Kiyevdə raket hücumundan sonra yeni bir hücum

Kiyevdə raket hücumundan sonra yeni bir hücum

29 Sentyabr 2026 / 12:12
8
Rusiyanin Yaroslavl vilayətində dəhşətli yanğın- 14 ölü

Rusiyanin Yaroslavl vilayətində dəhşətli yanğın- 14 ölü

29 Sentyabr 2026 / 12:01
5
ABŞ prezidenti Tramp blokadanın çox təsirli olduğunu müdafiə etdi: Biz İrana çox sərt dərs verdik

Tramp İrana qarşı sanksiyaları yumşaltmağa hazır olduğu iddialarını rədd edir

29 Sentyabr 2026 / 11:53
10
Şimali Koreya “güzəştsiz nüvə statusuna” malik olduğunu iddia edir

Şimali Koreya “güzəştsiz nüvə statusuna” malik olduğunu iddia edir

29 Sentyabr 2026 / 11:47
7
İlmələrə köçən ömür, rənglərdə yaşayan yaddaş – Xalçaçı rəssam Fazil Abasquluzadənin 65 illik yubileyinə

İlmələrə köçən ömür, rənglərdə yaşayan yaddaş – Xalçaçı rəssam Fazil Abasquluzadənin 65 illik yubileyinə

29 Sentyabr 2026 / 10:43
22
İran XİN rəhbəri: Biz öz təkliflərimizi Qətər vasitəçilərinə çatdırdıq, ABŞ-ın cavabını gözləyirik

İran XİN rəhbəri: Biz öz təkliflərimizi Qətər vasitəçilərinə çatdırdıq, ABŞ-ın cavabını gözləyirik

29 Sentyabr 2026 / 10:05
13
“Övladlarım heç vaxt Ukraynada yaşamıblar: Amerikada doğulublar, Avropa və ya ABŞ-da təhsil alıblar. Ona görə də oğlum cəbhədə deyil”: Kliçko

“Övladlarım heç vaxt Ukraynada yaşamıblar: Amerikada doğulublar, Avropa və ya ABŞ-da təhsil alıblar. Ona görə də oğlum cəbhədə deyil”: Kliçko

29 Sentyabr 2026 / 9:57
7
“Putin və Zelenski Rusiyanın təslim olması ilə bağlı razılığa gəlməlidirlər, çünki körpülər toxunulmazdır”: Ekspert Trampın sözlərini açıqladı

“Putin və Zelenski Rusiyanın təslim olması ilə bağlı razılığa gəlməlidirlər, çünki körpülər toxunulmazdır”: Ekspert Trampın sözlərini açıqladı

29 Sentyabr 2026 / 9:47
14
Müxalifətə dəstək verdiyinə görə 20-dən çox adam həbs edilib

Müxalifətə dəstək verdiyinə görə 20-dən çox adam həbs edilib

29 Sentyabr 2026 / 9:34
18
İsrailin Qəzzada bir binaya hücumu nəticəsində çoxlu fələstinli yaralanıb

İsrailin Qəzzada bir binaya hücumu nəticəsində çoxlu fələstinli yaralanıb

29 Sentyabr 2026 / 9:19
12
Çinin xarici işlər naziri Vanq: “Yaponiya tarixdən dərs almasa, gələcəyi olmayacaq”

Çinin xarici işlər naziri Vanq: “Yaponiya tarixdən dərs almasa, gələcəyi olmayacaq”

29 Sentyabr 2026 / 9:11
22
ABŞ-ın Kanada məhsullarına idxal qadağası qüvvəyə minir

ABŞ-ın Kanada məhsullarına idxal qadağası qüvvəyə minir

29 Sentyabr 2026 / 9:05
19
CNN, Politico və MS NOW-dan iddia: Ağ Evin qadağanı məhkəməyə verilir

Ağ Evlə jurnalistlər arasında böhran böyüyür

29 Sentyabr 2026 / 8:59
14
Zaqatalada dostlarini qətlə yetirən iki nəfərə hökm oxundu

Zaqatalada dostlarini qətlə yetirən iki nəfərə hökm oxundu

29 Sentyabr 2026 / 8:48
9
“New York Times” qəzetinin rəhbəri qayınatası və qayınanası tərəfindən öldürülüb

“New York Times” qəzetinin rəhbəri qayınatası və qayınanası tərəfindən öldürülüb

29 Sentyabr 2026 / 8:32
9
Rusiya prezidenti Putin ordudakı şəxsi heyətin sayını 2 milyon 441 min 630 nəfərə çatdırıb

Rusiya prezidenti Putin ordudakı şəxsi heyətin sayını 2 milyon 441 min 630 nəfərə çatdırıb

29 Sentyabr 2026 / 6:45
2
Muhsin Yazıcıoğlu istintaqında 36 şübhəli həbs olundu

Muhsin Yazıcıoğlu istintaqında 36 şübhəli həbs olundu

29 Sentyabr 2026 / 6:25
9
Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

28 Sentyabr 2026 / 16:05
13
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.