17 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Sosial

Kraudfandinq, kredit almadan maliyyə… – Deputat Razi Nurullayev

İyul 8, 2026
Sosial
A A

“Milli Məclisdə birinci oxunuşda müzakirə edilən layihə Azərbaycanda kiçik bizneslərin bank krediti almadan maliyyə cəlb edə bilməsi üçün hüquqi baza formalaşdırır; İnvestorlar üçün risklər mövcud olsa da, platformalar Mərkəzi Bankın birbaşa nəzarəti və reyestrində fəaliyyət göstərəcək”.

Avropa.info xəbər verir ki, bu barədə ölkədə innovativ biznes mühitinin inkişafını, startapların maliyyəyə çıxış imkanlarını və yeni qanun layihəsinin gətirdiyi şəffaflıq mexanizmlərini Sosdem.az-a şərh edərkən millət vəkili, deputat Razi Nurullayev danışıb.

“İnsanın Kiçik Məbləğlərlə Layihələrə Yatırım Etməsinə Yol Açır”

Millət vəkili kraudfandinq mexanizminin mahiyyətini və gənc sahibkarlar üçün yaratdığı yeni imkanları sadə dildə izah edib:

“Təsəvvür edin ki, çox yaxşı biznes və ya startap ideyanız var. Amma onu həyata keçirmək üçün 100 min manat lazımdır. Bankdan kredit almaq çətindir, böyük investor tapmaq isə mümkün olmur. Yeni qanun sizə başqa yol açır. Artıq xüsusi internet platformaları vasitəsilə yüzlərlə, hətta minlərlə insan layihənizə kiçik məbləğlərlə yatırım edə biləcək. Məsələn, 500 nəfər hərəsi 200 manat yatırarsa, siz lazım olan 100 min manatı toplaya bilərsiniz.

Bunun qarşılığında investorun nə qazanacağı isə birbaşa layihənin növündən asılıdır. İnvestor şirkətdə pay (səhm) əldə edə bilər və ya borc əsaslı maliyyələşdirmədə müəyyən müddətdən sonra pulunu faizlə geri ala bilər. Qanunun əsas məqsədi Azərbaycanda startapların, gənc sahibkarların və kiçik bizneslərin bank krediti almadan da maliyyə cəlb edə bilməsi üçün hüquqi baza yaratmaqdır. Qanunda həm layihə sahibinin, həm investorun, həm də platformanın hüquq və vəzifələri dəqiq müəyyən edilir”.

“Bu Mexanizm Dövlət Zəmanəti Demək Deyil”

MCP başqanı bu mexanizmin iqtisadi əhəmiyyətini vurğulamaqla yanaşı, vətəndaşların vəsaitlərinin qorunması və risk amilləri barədə xəbərdarlıqlarını diqqətə çatdırıb:

“Bu qanun bir çox səbəbdən olduqca vacibdir. Bu mexanizm gənclərin və startapların maliyyəyə çıxışını asanlaşdırır, kiçik sahibkarlığın inkişafına təkan verir, yeni iş yerlərinin yaranmasına kömək edir və ölkədə investisiya mədəniyyətini inkişaf etdirir. İnsanların pulunun necə qorunacağına gəldikdə isə, qanun bunun üçün ciddi tələblər qoyur. Platformalar yalnız Mərkəzi Bankın nəzarəti və reyestrində fəaliyyət göstərə bilər. Layihələr və risklər barədə investorlara tam məlumat verilməlidir. İnvestorların vəsaitlərinin idarə olunması, geri qaytarılması və məlumatlandırılması qaydaları qanunla tənzimlənir.

Amma ən vacib məqamı da unutmaq olmaz: bu qanun asan qazanc və ya dövlət zəmanəti demək deyil. İnvestisiya edən şəxs risk daşıyır və layihə uğursuz olarsa, vəsaitini tam və ya qismən itirə bilər. Qanun platformaların bu risk barədə investorları əvvəlcədən açıq şəkildə xəbərdar etməsini tələb edir. Qısası, Kraudfandinq Azərbaycanda sahibkarlarla investorları bir platformada birləşdirən yeni maliyyələşdirmə mexanizmidir. Bu, xüsusilə gənclər, innovativ ideya müəllifləri və startaplar üçün alternativ mənbə yaradır, eyni zamanda investorların hüquqlarını qorumaq üçün dövlət nəzarəti və şəffaflıq tələblərini müəyyən edir”.

Əvvəlki Yazı

Haaqada Azərbaycan-Niderland parlamentlərarası əlaqələri müzakirə edilib-Fotolar

Növbəti Yazı

Pezeşkian təcili İrana qayıtdı

XƏBƏR LENTİ

Arif Qafarov:”Deputat haqqında nəsə yazmaqdan, onun həyat və fəaliyyətinə baş vurmaqdan əvvəl deputatın səlahiyyətlərini bilmək çox vacibdir”

Arif Qafarov:”Deputat haqqında nəsə yazmaqdan, onun həyat və fəaliyyətinə baş vurmaqdan əvvəl deputatın səlahiyyətlərini bilmək çox vacibdir”

17 İyul 2026 / 15:14
19
Tramp: “Türkiyə ABŞ üçün çox yaxşı tərəfdaşdir”

Bilgəh çimərliyində 45-50 yaşi kişi meyiti tapıldı

17 İyul 2026 / 12:58
1
Xarici siyasət Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Xarici siyasət Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

17 İyul 2026 / 11:52
2
Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib-Fotolar

Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib-Fotolar

17 İyul 2026 / 11:47
2
İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi-Fotolar

İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi-Fotolar

17 İyul 2026 / 11:41
2
Nazirlər kabinetində əhalinin siyahıyaalınmasına dair iclas keçirilir

Nazirlər kabinetində əhalinin siyahıyaalınmasına dair iclas keçirilir

17 İyul 2026 / 11:35
5
Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

17 İyul 2026 / 11:26
6
Deputat Jalə Əliyeva Zərdab rayonunda növbəti vətəndaş qəbulunu keçirib-FOTOLAR

Deputat Jalə Əliyeva Zərdab rayonunda növbəti vətəndaş qəbulunu keçirib-FOTOLAR

17 İyul 2026 / 11:11
123
Ukrayna  dronlarla Rusiyaya kütləvi hücum etib

Ukrayna dronlarla Rusiyaya kütləvi hücum etib

17 İyul 2026 / 11:01
1
Xankəndində güclü yanğın baş verib

Xankəndində güclü yanğın baş verib

17 İyul 2026 / 10:36
1
Zaur Baxşəliyev yeni lahiyə ilə efirə qaydir

Zaur Baxşəliyev yeni lahiyə ilə efirə qaydir

17 İyul 2026 / 10:29
5
Oğuzhan Uğur həps edildi

Oğuzhan Uğur həps edildi

17 İyul 2026 / 10:21
6
Ukrayna  Başqırdıstanda neft emalı zavodunu vurdu – VİDEO

ABŞ İrana zərbələr endirdi İran qarşiliq verdi

17 İyul 2026 / 10:02
1
Çin Səfirliyi:”Çin həmişə digər ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsipinə sadiq qalıb”

Çin Səfirliyi:”Çin həmişə digər ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsipinə sadiq qalıb”

17 İyul 2026 / 9:30
1
Tramp:“Bu açıqlamalar göstərir ki, seçki sistemimiz o qədər kövrək və həssasdır ki, onu müdafiə etmək mümkün deyil”

Tramp:“Bu açıqlamalar göstərir ki, seçki sistemimiz o qədər kövrək və həssasdır ki, onu müdafiə etmək mümkün deyil”

17 İyul 2026 / 9:07
1
İsrail parlamentinin buraxılmasını nəzərdə tutan qanun qəbul edilir

İsrail parlamentinin buraxılmasını nəzərdə tutan qanun qəbul edilir

17 İyul 2026 / 9:01
2
ABŞ dəniz piyadaları yoxlama üçün Oman körfəzində tankerə eniblər

ABŞ dəniz piyadaları yoxlama üçün Oman körfəzində tankerə eniblər

17 İyul 2026 / 8:16
1
ABŞ Ordusu Bəndər-Xomeynidə beş körpünü vurub

ABŞ Ordusu Bəndər-Xomeynidə beş körpünü vurub

17 İyul 2026 / 8:08
1
I kurs tələbəsi vəfat etdi

I kurs tələbəsi vəfat etdi

17 İyul 2026 / 7:48
5
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda – FOTOLAR

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda – FOTOLAR

16 İyul 2026 / 21:16
9
Razi Nurullayev: Heç bir şəxs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşıya bilməz”

Razi Nurullayev: Heç bir şəxs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşıya bilməz”

16 İyul 2026 / 18:15
52
Biznesin nəfəs alması üçün bürokratik divarlar sökülməlidir… – Deputat Razı Nurullayev

Deputat: “Problemlərin həlli üçün təklif verməyə, döyüşməyə hazıram”

16 İyul 2026 / 17:43
29
Qubada hamilənin ölümü ilə bağlı araşdırma başlayıb

Qubada hamilənin ölümü ilə bağlı araşdırma başlayıb

16 İyul 2026 / 17:05
1
Ağdamda Yaqub Rzayevin anım günü qeyd edildi-Fotolar

Ağdamda Yaqub Rzayevin anım günü qeyd edildi-Fotolar

16 İyul 2026 / 16:54
6
Dünyanı şoka salan cinayətdə təqsirləndirilən baba – Sərbəst buraxıldı

Dünyanı şoka salan cinayətdə təqsirləndirilən baba – Sərbəst buraxıldı

16 İyul 2026 / 16:49
1
Cəbrayılın Şukurbəyli kəndinə yeni köç karvanı yola düşdü

Cəbrayılın Şukurbəyli kəndinə yeni köç karvanı yola düşdü

16 İyul 2026 / 9:39
2
Robert Brovdi “Ukrayna hərbçiləri Azov dənizində Rusiyaya məxsus 116 gəmiyə zərbə endiriblər”

Robert Brovdi “Ukrayna hərbçiləri Azov dənizində Rusiyaya məxsus 116 gəmiyə zərbə endiriblər”

16 İyul 2026 / 9:27
1
Rusiyada Miqrantlarla bağlı yeni qanun-Xüsusi telefonla..

Rusiyada Miqrantlarla bağlı yeni qanun-Xüsusi telefonla..

16 İyul 2026 / 9:21
3
Qarabağ FK “Vestri” komandasının qonağı olacaq

Qarabağ FK “Vestri” komandasının qonağı olacaq

16 İyul 2026 / 9:13
3
Bakıda oteldə yanğın baş verib, qonaqlar təxliyə olunub-Video

Bakıda oteldə yanğın baş verib, qonaqlar təxliyə olunub-Video

16 İyul 2026 / 9:08
1
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.