17 - 03 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

İsrail və “Google” arasında REKORD RAZILAŞMA: MOSSAD əməkdaşlarının qurduğu şirkət satın alındı

Sentyabr 5, 2025
Araşdırma, Manşet
A A

Son günlərdə Türkiyə və qonşu ölkələrdə “Google”un əlçatmaz olması ilə bağlı yaşanan problemlərin fonunda ABŞ-ın texnologiya nəhəngi “Google”un, bir neçə ay əvvəl İsrail Kəşfiyyat Təşkilatının keçmiş əməkdaşları tərəfindən qurulmuş kibertəhlükəsizlik şirkətini rekord məbləğə satın aldığı üzə çıxıb.

ABŞ və İsrail arasında texnologiya nəhəngləri sahəsində əməkdaşlıq davam edir. Avropa.info xəbər verir ki, İsrail tarixinin ən böyük texnologiya razılaşmasına imza ataraq, qurucularının İsrail kəşfiyyatında çalışdığı kibertəhlükəsizlik startapı olan “Wiz” şirkətini 32 milyard dollara “Google”a satıb.

Axtarış mühərriki nəhəngi olan “Google”un ana şirkəti “Alphabet” İsrailli startapı satın almaqda əsas məqsədinin rəqibləri “Microsoft” və “Amazon” ilə rəqabətdə üstünlük qazanmaq olduğunu bildirib.

Bir neçə gün əvvəl Türkiyə və ətraf ölkələrdə “Google” xidmətlərinə çıxışda problemlər yaşanıb, lakin bunun səbəbi ilə bağlı heç bir açıqlama verilməyib. Həmin vaxt “Google” tərəfindən satın alınan “Wiz” şirkətinin İsrail Kəşfiyyat Təşkilatı MOSSAD-da ad çıxarmış “8200-cü Bölmə” – İsrail Kəşfiyyat Korpusunun keçmiş üzvləri tərəfindən qurulduğu məlum olub.

Mart ayında isə, şirkətin yalnız Nyu-York və İsraildə deyil, Avropada da fəaliyyət göstərməsi məqsədilə Londonda bir şöbə açdığı bildirilmişdi.

Ötən ilin iyul ayında İsrail İnnovasiya İdarəsinin baş direktoru Dror Bin “Google”un portfelində güclü bir kibertəhlükəsizlik oyunçusunun olmadığını və məhz buna görə “Wiz” şirkətini almaqda maraqlı olduğunu demişdi.

“Google” tərəfindən satın alındıqdan sonra “Wiz” şirkəti açıqlama verərək, “Amazon Web Services” (AWS), “Microsoft Azure” və “Oracle Cloud” daxil olmaqla bütün əsas bulud platformaları ilə işləməyə davam edəcəyini və bu platformalarda əlçatan olacağını bəyan edib.

Dünya miqyasında “İsrailin Silikon Vadisi” adlandırılan 8200-cü Bölmə qlobal şirkətlərə yönəlik təhlükəsizlik həlləri kimi təqdim edilən hakerlik və kibertəhlükəsizlik texnologiyalarını inkişaf etdirir.

İsrail Hərbi Kəşfiyyat İdarəsinin digər bir bölməsi olan “81-ci Bölmə” isə casusluq və kiber hücum texnologiyalarında ixtisaslaşaraq, kəşfiyyat və hərbi əməliyyatlarda istifadə olunan yüksək texnologiyalı sistemləri hazırlayır. Bu texnologiyalar əsgərlərin hərbi xidmətdən sonra mülki sektora keçid etməsi ilə özəl İsrail şirkətləri tərəfindən kommersiyalaşdırılır.

Başqa sözlə desək, İsrail ordusunun fəaliyyəti bu texnologiyaların ilkin inkişaf mərhələsinin əsasını təşkil edir və bu sahədə yaradılan startaplar birbaşa hərbi təcrübənin davamı olaraq ortaya çıxır.

Bu modelin ən bariz nümunəsi, keçmiş 8200-cü Bölmə üzvləri tərəfindən qurulan və “Pegasus” adlı casus proqramı ilə tanınan NSO Group şirkətidir. NSO Fələstində 75 insan hüquqları müdafiəçisini, eləcə də dünya miqyasında jurnalistləri və siyasi müxalifləri izləməkdə istifadə olunan bu proqramla məşhurdur.

Digər tərəfdən, “Google”un sahibi “Alphabet” üç il əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş zabiti tərəfindən qurulmuş Mandiant adlı kibertəhlükəsizlik şirkətini 5,4 milyard dollara almışdı.

“Google”un digər böyük satınalmaları arasında 2006-cı ildə YouTube üçün 1,65 milyard dollar, və 2014-cü ildə Böyük Britaniyada yerləşən süni intellekt startapı “DeepMind” şirkətini təxminən 400 milyon funt sterlinqə alması yer alır.

Axtarış mühərrikləri sahəsində rəqiblərini geridə qoyaraq zirvəyə yüksələn “Google” son günlərdə Türkiyə və bəzi Avropa ölkələrində səhər saatlarında əldə olunmaz vəziyyətə düşdü. “Gmail”, “YouTube”, “Google Drive”, “Google Maps” kimi bir çox tətbiqlərə girişdə problemlər yaşanıb.

Baş vermiş bu texniki nasazlıqdan sonra “Google”un xidmətləri yenidən əlçatan olsa da, problemin əsas səbəbi ilə bağlı heç bir rəsmi açıqlama verilməməsi suallar doğurub.

Əvvəlki Yazı

Qərb İttifaqı Çinlə RƏQABƏTDƏ: Dünya iki yerə bölünür? – DETALLAR

Növbəti Yazı

Hansı ölkələrdə vətəndaşlıq almaq daha asandır? – ŞƏRTLƏR və İMKANLAR

XƏBƏR LENTİ

“Yazın nəfəsi” adlı rəsm sərgisi keçirilib – FOTOLAR

“Yazın nəfəsi” adlı rəsm sərgisi keçirilib – FOTOLAR

16 Mart 2026 / 23:39
4
“Müəllif saatı” layihəsi çərçivəsində gənc yazar Fuad Cogitabadın   kitab təqdimatı keçirilib-Foto

“Müəllif saatı” layihəsi çərçivəsində gənc yazar Fuad Cogitabadın  kitab təqdimatı keçirilib-Foto

16 Mart 2026 / 14:46
6
Respublika Uşaq Kitabxanasında işarət dili üzrə təlim keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında işarət dili üzrə təlim keçirilib-Fotolar

16 Mart 2026 / 14:27
5
Respublika Uşaq Kitabxanasında növbəti “Müəllif saatı” keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında növbəti “Müəllif saatı” keçirilib-Fotolar

16 Mart 2026 / 14:22
5
Respublika Uşaq Kitabxanasında “Müəllif saatı” layihəsinə başlanılıb

Respublika Uşaq Kitabxanasında “Müəllif saatı” layihəsinə başlanılıb

16 Mart 2026 / 14:15
5
Reklamlarda dil eroziyası və kimlik problemi

Reklamlarda dil eroziyası və kimlik problemi

16 Mart 2026 / 13:16
9
“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı

“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı

16 Mart 2026 / 12:39
4
Deputat seçicilərin problemlərini yerində dinlədi – FOTOLAR

Deputat seçicilərin problemlərini yerində dinlədi – FOTOLAR

16 Mart 2026 / 10:19
44
İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz “Böyük İsrail” planının icrası üçün cəlb edib-Vuqar Dadaşov

İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz “Böyük İsrail” planının icrası üçün cəlb edib-Vuqar Dadaşov

16 Mart 2026 / 10:08
107
Xameneinin həyat yoldaşı öldürüldü

Xameneinin həyat yoldaşı öldürüldü

02 Mart 2026 / 18:33
20
Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

02 Mart 2026 / 18:25
25
Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

02 Mart 2026 / 18:17
30
Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

02 Mart 2026 / 18:11
24
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

02 Mart 2026 / 12:40
8
“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

02 Mart 2026 / 12:38
11
Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:50
28
“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

02 Mart 2026 / 10:42
22
Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:26
19
Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

02 Mart 2026 / 10:17
27
“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

02 Mart 2026 / 10:07
26
Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

24 Fevral 2026 / 15:26
17
Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

24 Fevral 2026 / 15:12
28
“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

24 Fevral 2026 / 14:55
38
“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

21 Fevral 2026 / 18:23
123
Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

20 Fevral 2026 / 23:21
45
MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

20 Fevral 2026 / 17:10
9
Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

20 Fevral 2026 / 11:24
32
“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

20 Fevral 2026 / 11:09
8
Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

19 Fevral 2026 / 17:08
10
Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

19 Fevral 2026 / 12:39
15
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.