Ölkə

İcra hakimiyyətinin Sabiq müavini bələdiyyə seçkilərində namizəd oldu

9 Yanvar 2025, 10:1019
Reklam728x90
Reklam320x100

Lənkəran rayon icra hakimiyyəti başçısının 2022-ci ildə azyaşlı məktəbliyə zorakılıq etdiyinə görə vəzifəsindən çıxarılan sabiq müavini Rəsilə Əliyeva (Arifqızı) bələdiyyə seçkilərində namizəd olub.

Avropa.info xəbər verir ki,bu barədə YAP Lənkəran Rayon Təşkilatının rəsmi “Facebook” səhifəsində bildirilir ki, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində onun namizədliyi YAP rayon şöbəsi tərəfindən irəli sürülüb.

Rəsilə Əliyeva uzun illər pedaqoji sahədə fəaliyyət göstərib.

O, bir müddət Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun müavini olub.

2023-cü ildə Lənkəran şəhər 4 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq etdiyinə görə vəzifədən azad edilib.

Bu hadisəyə görə hətta Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 4 min manat cərimə olunub

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600