21 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Kriminal

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb

İyul 21, 2026
Kriminal
A A

Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

Avrop.info  xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə – erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Əvvəlcə məhkəmə iclasına sədrlik edən hakim Elmar Rəhimov müdafiə tərəfinin təqsirləndirilən şəxslərlə konfidensial görüş keçirilməsi barədə vəsatətinə məhkəmə kollegiyası tərəfindən baxıldığını və bu məsələnin həll edildiyini diqqətə çatdırıb.

Daha sonra qeyd olunub ki, müdafiə tərəfi və zərərçəkmiş şəxslərin nümayəndələri artıq məhkəmə çıxışlarını ediblər. Mövcud prosessual ardıcıllığa uyğun olaraq dövlət ittihamının müdafiəsi məqsədilə çıxış etmək üçün söz dövlət ittihamçısına verilir.

Prosesin prosessual ardıcıllığına uyğun olaraq dövlət ittihamının müdafiəsi ilə çıxış edən dövlət ittihamını müdafiə edən prokurorlar – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqının nəticələrini və iş üzrə toplanmış sübutları ətraflı təhlil ediblər.

Dövlət ittihamını müdafiə edən prokurorlar qeyd ediblər ki, birinci instansiya məhkəməsində cinayət işi üzrə bütün sübutlar hərtərəfli, tam və obyektiv qaydada araşdırılıb. İş materiallarında əksini tapan hallar zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, maddi sübutlar, sənədlər, hadisə yerinə baxış protokolları, eləcə də cinayət işi üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapıb.

Əlavə edilib ki, məhkəmə istintaqı zamanı təqdim edilmiş sübutların məcmusu təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamların əsaslı olduğunu təsdiq edir və birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin cinayət işi üzrə araşdırılmış sübutlarla uzlaşdığını göstərir.

Məhkəmənin növbəti iclası iyulun 24-də keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Əvvəlki Yazı

“Limon turşusu” adlı səhifənin adminləri həbs olunub

Növbəti Yazı

Prezident İlham Əliyev:“The Times” qəzetində adları keçən şəxslərin eyni vaxtda Azərbaycanda olduqları təsdiqləndi

XƏBƏR LENTİ

21 İyul 2026 / 21:04
15
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb

21 İyul 2026 / 19:40
2
Azərbaycanlı Kamil və “banda”sı tutuldu – Milyonluq dələduzluq.

“Limon turşusu” adlı səhifənin adminləri həbs olunub

21 İyul 2026 / 19:35
1
Vətənə xəyanət edənlərə yazığım gəlir” – Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu

Vətənə xəyanət edənlərə yazığım gəlir” – Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu

21 İyul 2026 / 18:13
17
Prezident İlham Əliyev:”Azərbaycan tələb olunan həcmdə neft tədarük edə bilər”

Prezident İlham Əliyev:”Azərbaycan tələb olunan həcmdə neft tədarük edə bilər”

21 İyul 2026 / 16:55
20
Zaporojyedə DƏHŞƏT: Rusiya aviabombalarla yaşayış binalarını vurdu – Ölən varVİDEO

Zaporojyedə DƏHŞƏT: Rusiya aviabombalarla yaşayış binalarını vurdu – Ölən varVİDEO

21 İyul 2026 / 16:21
19
Azərbaycan və Almaniya prezidentləri geniş tərkibdə görüşdü – Fotolar

Azərbaycan və Almaniya prezidentləri geniş tərkibdə görüşdü – Fotolar

21 İyul 2026 / 12:56
12
Zərdabda dəhşətli ölüm hadisəsi baş verib -3 yaşlı qız həyatını itirdi

Zərdabda dəhşətli ölüm hadisəsi baş verib -3 yaşlı qız həyatını itirdi

21 İyul 2026 / 12:26
23
“Avromed Company”dən Milli Mətbuat Günü münasibətilə tədbir – Fotolar

“Avromed Company”dən Milli Mətbuat Günü münasibətilə tədbir – Fotolar

21 İyul 2026 / 12:11
10
Məhəmməd Əsədullazadə :“Moskva Təzyiq Siyasətini Sürdürür”

Məhəmməd Əsədullazadə :“Moskva Təzyiq Siyasətini Sürdürür”

21 İyul 2026 / 12:02
75
Ermənistanda aksiyalar başladı – “Xalq üsyana hazırdır

Ermənistanda aksiyalar başladı – “Xalq üsyana hazırdır

21 İyul 2026 / 11:57
9
Prezident İlham Əliyevin Almaniya Prezidenti ilə təkbətək görüşü keçirilir

Prezident İlham Əliyevin Almaniya Prezidenti ilə təkbətək görüşü keçirilir

21 İyul 2026 / 11:51
15
“Vital Hospital”da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb

“Vital Hospital”da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb

21 İyul 2026 / 11:44
4
Ukraynanın Rusiya üzərində 209 PUA vuruldu

Ukraynanın Rusiya üzərində 209 PUA vuruldu

21 İyul 2026 / 11:37
6
Prezident İlham Əliyev Berlində mühüm görüşdə – FOTOLAR

Prezident İlham Əliyev Berlində mühüm görüşdə – FOTOLAR

21 İyul 2026 / 11:29
9
Prezident İlham Əliyev: “Zəngəzur dəhlizi vacib layihədir”

Prezident İlham Əliyev Belçika Kralını təbrik etdi

21 İyul 2026 / 11:18
5
BDYPİ: Salyandakı qəzanın səbəbi yüksək sürətdir – Video

BDYPİ: Salyandakı qəzanın səbəbi yüksək sürətdir – Video

21 İyul 2026 / 11:04
7
Rusiya ordusu Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, 5 nəfər ölüb, 63 nəfər yaralanıb

Rusiya Ukraynanın üç vilayətinə güclü zərbələr endirib: ölənlər var

21 İyul 2026 / 10:47
8
Kanadada Azərbaycanlı gənc faciəvi şəkildə öldü

Kanadada Azərbaycanlı gənc faciəvi şəkildə öldü

21 İyul 2026 / 10:26
6
Rusiya tarixi səhnəni tərk edir, geri sayım başlayıb… –Vüqar Dadaşov

Bakı-Ankara Moskva ilə münasibətdə milli maraqları əsas götürür…-Vüqar Dadaşov

21 İyul 2026 / 10:15
52
Prezident İlham Əliyev Gürcüstanla bağlı sazişi təsdiqlədi

Prezident İlham Əliyev Birtaniyanin yeni baş nazirini təbrik edib

21 İyul 2026 / 9:57
5
Macarıstanın Baş naziri Peter Madyar ölkənin yeni prezidenti vəzifəsinə Yudit Polqarı namizəd göstərmək istədiyini açıqlayıb

Macarıstanın Baş naziri Peter Madyar ölkənin yeni prezidenti vəzifəsinə Yudit Polqarı namizəd göstərmək istədiyini açıqlayıb

21 İyul 2026 / 9:28
2
UEFA prezidenti Aleksander Çeferin dünya çempionatınin finalına qatılmayıb

UEFA prezidenti Aleksander Çeferin dünya çempionatınin finalına qatılmayıb

21 İyul 2026 / 9:22
7
Deputata qarşı böhtan kampaniyası… – MCP funksioneri

Deputata qarşı böhtan kampaniyası… – MCP funksioneri

21 İyul 2026 / 8:46
35
Rusiya bir gecədə 300-dən çox PUA vurub

İran ABŞ-nin Küveytdəki bazalarına dron hücumu edib

21 İyul 2026 / 8:27
13
İspaniyada Çempionlari milyonlarla insan qarşıladı -Video

İspaniyada Çempionlari milyonlarla insan qarşıladı -Video

21 İyul 2026 / 8:10
10
XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

XİN: Daha 16 soydaşımız Suriyadan Azərbaycana gətirildi

20 İyul 2026 / 18:11
7
Ermənistan “Sezar”ı sınaqdan keçirir

Ermənistan “Sezar”ı sınaqdan keçirir

20 İyul 2026 / 18:00
3
Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edildi

Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edildi

20 İyul 2026 / 17:18
14
Qazaxda ata və qızı göldə batdi

Qazaxda ata və qızı göldə batdi

20 İyul 2026 / 17:10
2
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.