28 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Dədə-baba yurdum  – Çaykənd haqqında

Noyabr 29, 2024
Cəmiyyət
A A

Qərbi Azərbaycanın ən qədim yurd yerlərindən biri Gəncə quberniyasının Qazax qəzasının Qaraqoyunlu mahalında yerləşən Çaykənd kəndi olmuşdur. Bu kəndin sakinləri Tərsçayın həm sağında, həm də solunda məskunlaşmışdılar. Kəndin sakinlərini səhər tezdən işə çağırmaq üçün heç bir telefona və ya səsgücləndiriciyə ehtiyac yox idi. Təpənin döşündə durub istənilən adamı evlərindən işə çağıra bilirdilər. Çaykəndin camaatı çox zəhmətkeş, eyni zamanda çox istiqanlı, qonaqpərvər, zarafatcıl, sinələri lətifə və əhvalatlarla dolu, yurda bağlı sakinlər idi. Erməni mənbələrinə görə Çaykənddə 1922-ci ildə 569, 1931-ci ildə 672, 1959-cu ildə 809, 1988-ci ildə 1110 nəfər sakin məskən salmışdı. 1988-ci ilin məlumatına görə, kəndimizdən 13 elmlər doktoru, 15 elmlər namizədi yetişmişdir. Məlum erməni deportasiyası zamanı Çaykənd 8 şəhid vermişdir.

1988-ci ildə ermənilər azərbaycanlıları sonuncu nəfərinə kimi dədə-baba yurdlarından qovduqdan sonra onların yaşadıqları yer adlarını da dəyişdirdilər. Məhz bunun nəticəsində Çaykənd – Ayqut, Bəryabad- Barepad, Əmirxeyir- Kalavan adları ilə əvəz olunmuşdur.

Qədim türk mənşəli tayfalardan ibarət olan Çaykəndin sakinləri Osmanlılar, Böləlilər (Göy Vəlilər), Qaraəhmədlilər, Manquzular, Şəmilli, Tayırlı, Asdanalılar, Zəmirli, Giləhli, Hacı Abdullalı tayfalarını əhatə etmişlər.

Mənim ana tərəfim Osmanlılar, ata tərəfim isə Böləlilərdən (Göy Vəlilər) idi.

Anam Hacıyeva Tamam, xalam Sivaz, dayım Hüseyn Osmanlı Qaranın övladları olmuşlar.

Atam Hacıyev Şəmistan, əmilərim Şamxal, Əmirxan, Şəmdin, Ağalar, Bəylər, Alışkəndər Göyvəlilər (Böləlilər) tayfasından olan Hacımmədin oğlu Sevdimalının övladları olublar.

Atamı 1941-ci ildə Çaykənddən Böyük vətən müharibəsinə aparmışlar. Anam 4 uşaqla Çaykənddə müharibə illərini çox çətin aclıq və səfalət içində keçirmişdir. 1945-ci ildə atam müharibədən qayıtdıqdan sonra Qərbi Azərbaycanın Allahverdi rayonunda Mis mədənində işə düzəlmiş, ailəsini də oraya köçürmüşdür.

1947-ci ildə mən orada anadan olmuşam. Ermənilərin mənfur soyqırım siyasəti nəticəsində kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il 4083-cü il saylı və 10 mart 1948-ci il 754 saylı qərarlarına əsasən 1948-ci ildə atam ailəsini Qazax rayonunun Kommuna kəndinə köçürmüşdür. Biz həmin ildən Qazaxda yaşamağımıza baxmayaraq, daima Çaykənddəki qohumlarımızla əlaqələrimiz var idi. Mənim uşaqlıq illərim  yay vaxtı Çaykənddə, Cantəpə yaylağında keçərdi. Çaykənddən Cantəpəyə qalxmaq üçün kəndin Kirdivan hissəsinə çıxıb sıx meşənin içi ilə keçirdik. Bu yolu o qədər getmişdik ki, axırda özüm Cantəpəyə tək də gedə bilirdim. Cantəpə yaylağının xüsusi əsrarəngiz təbiəti var idi. Bəzən yay vaxtı Cantəpəni çən elə bürüyürdü ki, günün günorta çağı ətrafı görmək belə mümkün olmurdu. Cantəpənin süd kimi parlaq aylı-ulduzlu gecələri olurdu. Aysız-ulduzsuz gecələrdə isə Cantəpə zülmətə qərq olurdu. Belə qaranlıq gecələr insanlarda qeyri-adi ovqat yaradırdı. Məhz yağışlı-yağmurlu gecələrdə adam dəyədən çölə çıxmaq istəmir, yağış və dolunun tıp-tıp sədaları altında şirin yuxuya getmək istəyirdi.

Dədə-baba yurdumuz olan Çaykənd haqqında xatirələrimiz saysız-hesabsızdır.

Xoşbəxtlikdən möhtərəm Prezidentimiz İlham Əliyevin dəmir yumruqlu siyasi iradəsi nəticəsində çox güman ki, yaxın vaxtlarda biz yenidən dədə-baba torpaqlarımıza qayıdacağıq. Qaraqoyunlu mahalı ilə bağlı şirin xatirələrimiz reallığa çevriləcək. Qərbi azərbaycanlıların dədə-baba yurd həsrətlərinə tezliklə son qoyulacaqdır.

 

Allahverdi Hacıyev
Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının dosenti, Əməkdar müəllim,
“Tərəqqi” və “Heydər Əliyevin 100 illiyi” medallarının mükafatçısı

Əvvəlki Yazı

Putin Rusiya sülhməramlılarının Qarabağdakı sabiq komandanı Rüstəm Muradovu yüksək vəzifəyə təyin etdi – FOTO

Növbəti Yazı

“1250-yə harada ev almaq olar?” – Evləri sökülən vətəndaşlar narazıdır

XƏBƏR LENTİ

Prezident Zelenski Hikmət Cavadı ordenlə təltif etdi

Prezident Zelenski Hikmət Cavadı ordenlə təltif etdi

28 İyun 2026 / 16:43
2
İsrail “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verdi

İsrail “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verdi

28 İyun 2026 / 16:39
4
Milli mətbuatımızın əsasını qoyan şəxs – Həsən bəy Zərdabinin doğum günüdür

Milli mətbuatımızın əsasını qoyan şəxs – Həsən bəy Zərdabinin doğum günüdür

28 İyun 2026 / 10:02
4
Gənc rəssamların “Uğurlu Gələcək” sərgisi böyük maraqla qarşılanıb – FOTO

Gənc rəssamların “Uğurlu Gələcək” sərgisi böyük maraqla qarşılanıb – FOTO

27 İyun 2026 / 20:02
4
Gəncliyə Yardım Fondunda vətənpərvərlik mövzusunda sərgi keçirilib – FOTOLAR

Gəncliyə Yardım Fondunda vətənpərvərlik mövzusunda sərgi keçirilib – FOTOLAR

26 İyun 2026 / 21:53
28
KXCP AŞPA-nın son qətnaməsinə etiraz bəyanatı yaydı

KXCP AŞPA-nın son qətnaməsinə etiraz bəyanatı yaydı

25 İyun 2026 / 22:55
64
Lənkəran rəssamların yaradıcılıq məkanına çevrildi – FOTOLAR

Lənkəran rəssamların yaradıcılıq məkanına çevrildi – FOTOLAR

25 İyun 2026 / 21:23
51
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası  keçirilib

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

25 İyun 2026 / 15:52
3
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!

Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!

25 İyun 2026 / 12:42
2
Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Təzəpir məscidində qanvermə aksiyası keçirilir

25 İyun 2026 / 9:42
2
Astarada kişi mağazada öldü

Astarada kişi mağazada öldü

25 İyun 2026 / 9:36
3
Mərdəkanda batan sonuncu gəncin meyiti tapıldı

Mərdəkanda batan sonuncu gəncin meyiti tapıldı

25 İyun 2026 / 9:32
3
DÇ-2026: Son oyunların Nəticələri- VİDEO

DÇ-2026: Son oyunların Nəticələri- VİDEO

25 İyun 2026 / 8:19
3
Pezeşkianın bu görüntüləri gündəm oldu – Video

Pezeşkianın bu görüntüləri gündəm oldu – Video

25 İyun 2026 / 8:12
3
Venesuelada Zəlzələdən sonra vəziyyət gərgin olaraq qalir-Fotolar

Venesuelada Zəlzələdən sonra vəziyyət gərgin olaraq qalir-Fotolar

25 İyun 2026 / 8:08
3
Ali təhsildə praktiki bacarıqlar gücləndirilir – FOTOLAR

Ali təhsildə praktiki bacarıqlar gücləndirilir – FOTOLAR

24 İyun 2026 / 20:46
6
Prezident İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev fərman imzaladı

24 İyun 2026 / 18:33
24
Əli Əsədov Numan Kurtulmuşu qəbul edib

Əli Əsədov Numan Kurtulmuşu qəbul edib

24 İyun 2026 / 18:24
16
Bank kartlarında problem yarandı – Açıqlama – Yenilənib

Bank kartlarında problem yarandı – Açıqlama – Yenilənib

24 İyun 2026 / 18:12
19
Prezident İlham Əliyev Qalibafı qəbul etdi – Fotolar

Prezident İlham Əliyev Qalibafı qəbul etdi – Fotolar

24 İyun 2026 / 18:05
11
Türkiyə-Paraqvay oyunu yenidən keçiriləcək?

Türkiyə-Paraqvay oyunu yenidən keçiriləcək?

24 İyun 2026 / 17:23
4
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı

Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı

24 İyun 2026 / 11:17
29
Bakı-Tbilisi qatarına biletlərin çətin tapılması ilə bağlı –  ADY -dən açıqlama

Bakı-Tbilisi qatarına biletlərin çətin tapılması ilə bağlı – ADY -dən açıqlama

24 İyun 2026 / 10:38
14
Regionxeber saytının baş redaktoru həbs edildi

Regionxeber saytının baş redaktoru həbs edildi

24 İyun 2026 / 10:33
9
Azərbaycandan Ermənistana növbəti yük göndərildi

Azərbaycandan Ermənistana növbəti yük göndərildi

24 İyun 2026 / 9:56
4
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

24 İyun 2026 / 9:50
2
“TikTok”da söyüş söyən Mirabbas Xuduzadə həbs edildi

“TikTok”da söyüş söyən Mirabbas Xuduzadə həbs edildi

24 İyun 2026 / 9:46
7
Kolumbiya Konqonu məğlub etdi – DÇ-2026-da 2-ci tur bitdi

Kolumbiya Konqonu məğlub etdi – DÇ-2026-da 2-ci tur bitdi

24 İyun 2026 / 9:28
3
İranda 5,4 bal gücündə zəlzələ baş verib

Filippində güclü zəlzələ baş verib

24 İyun 2026 / 9:15
3
Deşam anasının vəfatı səbəbindən Fransa millisinin oyununda iştirak etməyəcək

Deşam anasının vəfatı səbəbindən Fransa millisinin oyununda iştirak etməyəcək

24 İyun 2026 / 9:00
3
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.