25 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır

Sentyabr 23, 2024
Manşet
A A

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır.

Avropa.info  xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub.

Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə “SABAH” qrupları təşkil olunub. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında keçirilən müsabiqədə uğur qazanan 60 tələbə sözügedən 4 ixtisas üzrə Qarabağ Universitetinin “SABAH” qruplarında ikinci tədris ilində təhsil alacaq.

İlkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə – Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq.

Qarabağ Universiteti hazırda 3 tədris binasında yerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət göstərir.

Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə 6 (Fizika, Kimya, Mexatronika, Robototexnika, Kompüter və qrafiki dizayn, Kompüter və proqramlaşdırma) laboratoriya yaradılıb.

Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanasının xidmətlərindən eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondunda Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dərslik və digər ədəbiyyat mövcuddur. Burada tələbələr “Elektron kitabxana” sisteminin geniş imkanlarından faydalana bilərlər.

Hazırda universitetin 160 əməkdaşı var. Onlardan 60 nəfəri akademik heyətin üzvü, 100 nəfəri isə inzibati və texniki heyətin üzvüdür.

Kadr heyətinin seçimi zamanı Qarabağ Universitetinin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili üçün vacib olan bilik və bacarıqlara sahib peşəkar mütəxəssislərə üstünlük verilib. Hazırda peşəkar və təcrübəli yerli və xarici professor-müəllim heyətinin akademik fəaliyyətə cəlb olunması istiqamətində işlər davam etdirilir. Bu prosesdə xaricdə yaşayan azərbaycanlı alimlər və müvafiq dövlət proqramları ilə nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil alan gənclər diqqət mərkəzində saxlanılır.

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib, ali məktəbdə yaradılan şəraitlə tanış olub.

Əvvəlki Yazı

AYB-nin üzvü şairə Esmira Günəş Cəlilabadda Şəhid ailələrini ziyarət edib

Növbəti Yazı

YAP Milli Məclisin sədri postuna namizədin adini açıqladı

XƏBƏR LENTİ

Ali təhsildə praktiki bacarıqlar gücləndirilir – FOTOLAR

Ali təhsildə praktiki bacarıqlar gücləndirilir – FOTOLAR

24 İyun 2026 / 20:46
4
Prezident İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev fərman imzaladı

24 İyun 2026 / 18:33
18
Əli Əsədov Numan Kurtulmuşu qəbul edib

Əli Əsədov Numan Kurtulmuşu qəbul edib

24 İyun 2026 / 18:24
11
Bank kartlarında problem yarandı – Açıqlama – Yenilənib

Bank kartlarında problem yarandı – Açıqlama – Yenilənib

24 İyun 2026 / 18:12
16
Prezident İlham Əliyev Qalibafı qəbul etdi – Fotolar

Prezident İlham Əliyev Qalibafı qəbul etdi – Fotolar

24 İyun 2026 / 18:05
9
Türkiyə-Paraqvay oyunu yenidən keçiriləcək?

Türkiyə-Paraqvay oyunu yenidən keçiriləcək?

24 İyun 2026 / 17:23
2
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı

Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı

24 İyun 2026 / 11:17
5
Bakı-Tbilisi qatarına biletlərin çətin tapılması ilə bağlı –  ADY -dən açıqlama

Bakı-Tbilisi qatarına biletlərin çətin tapılması ilə bağlı – ADY -dən açıqlama

24 İyun 2026 / 10:38
9
Regionxeber saytının baş redaktoru həbs edildi

Regionxeber saytının baş redaktoru həbs edildi

24 İyun 2026 / 10:33
5
Azərbaycandan Ermənistana növbəti yük göndərildi

Azərbaycandan Ermənistana növbəti yük göndərildi

24 İyun 2026 / 9:56
1
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

24 İyun 2026 / 9:50
1
“TikTok”da söyüş söyən Mirabbas Xuduzadə həbs edildi

“TikTok”da söyüş söyən Mirabbas Xuduzadə həbs edildi

24 İyun 2026 / 9:46
3
Kolumbiya Konqonu məğlub etdi – DÇ-2026-da 2-ci tur bitdi

Kolumbiya Konqonu məğlub etdi – DÇ-2026-da 2-ci tur bitdi

24 İyun 2026 / 9:28
1
İranda 5,4 bal gücündə zəlzələ baş verib

Filippində güclü zəlzələ baş verib

24 İyun 2026 / 9:15
1
Deşam anasının vəfatı səbəbindən Fransa millisinin oyununda iştirak etməyəcək

Deşam anasının vəfatı səbəbindən Fransa millisinin oyununda iştirak etməyəcək

24 İyun 2026 / 9:00
1
İran parlamentinin sədri Azərbaycanda rəsmi səfərdə

İran parlamentinin sədri Azərbaycanda rəsmi səfərdə

24 İyun 2026 / 8:54
1
Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Azərbaycana səfərə gəlib

Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Azərbaycana səfərə gəlib

24 İyun 2026 / 8:44
3
Belarus çətin vəziyyətdə: Kreml vəziyyətin gərginləşməsinə artıq reaksiya verib

Belarus çətin vəziyyətdə: Kreml vəziyyətin gərginləşməsinə artıq reaksiya verib

24 İyun 2026 / 8:39
1
ABŞ İrana güzəşt etdi

ABŞ İrana güzəşt etdi

24 İyun 2026 / 8:29
1
Səməd Ağaoğlu haqqında monoqrafiya yayımlandı

Səməd Ağaoğlu haqqında monoqrafiya yayımlandı

23 İyun 2026 / 23:35
3
Misir Mədəniyyət Mərkəzində “Mədəniyyətlərin səsi” sərgisi keçirilib – FOTOLAR

Misir Mədəniyyət Mərkəzində “Mədəniyyətlərin səsi” sərgisi keçirilib – FOTOLAR

23 İyun 2026 / 23:32
86
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır

Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır

23 İyun 2026 / 16:36
5
Ukrayna ordusu Krımdakı vacib körpünü darmadağın etdi – Foto

Ukrayna ordusu Krımdakı vacib körpünü darmadağın etdi – Foto

23 İyun 2026 / 16:14
3
Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdi

23 İyun 2026 / 16:02
4
İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi – Fotolar

İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi – Fotolar

23 İyun 2026 / 15:57
14
Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu

Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu

23 İyun 2026 / 15:52
4
Xankəndidə kafedə insident: həbs olunanlar var

Xankəndidə kafedə insident: həbs olunanlar var

23 İyun 2026 / 14:03
5
“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” – Video

“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” – Video

23 İyun 2026 / 13:52
7
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular – Fotolar

Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular – Fotolar

23 İyun 2026 / 13:44
7
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində – Fotolar

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində – Fotolar

23 İyun 2026 / 13:19
12
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.