15 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Beynəlxalq Parlament Konfransının iştirakçıları Xankəndidə olublar

Dekabr 8, 2024
Siyasət
A A

“Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Qarabağa səfər çərçivəsində Xankəndi şəhəri ilə tanış olublar.

Avropa.info Reporta-a istinadən xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Xankəndi şəhərinin Zəfər meydanına gəlib. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov onlara Xankəndi şəhəri haqqında məlumat verib.

Qonaqlar sonra Qarabağ Universitetinə gəliblər. Universitetin rektoru Şahin Bayramov onlara təhsil ocağı barədə məlumat verib. Bildirilib ki, Qarabağ Universiteti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Qısa müddət ərzində universitetdə müasir tədris infrastrukturu yaradılıb. Bütün tədris binalarında əsaslı təmir işləri həyata keçirilib, auditoriya və inzibati otaqlar müasir tələblərə cavab verən müvafiq avadanlıqlarla təchiz olunub.

Qonaqlar universitetin auditoriyaları, laboratoriya və kitabxanasını gəzib, yaradılan şəraitlə tanış olub, tələbələrlə söhbət edib, sonra Xocalıya yola düşüblər.

17:00

Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər ediblər.

Avropa.info Reporta-a istinadən xəbər verir ki, nümayəndə heyətinin Azərbaycan mədəniyyətinin paytaxtı ilə tanışlığı ölkənin tanınmış şəxsiyyətləri Bülbül, Xurşidbanu Natəvan və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şuşa şəhər mərkəzi meydanından başlayıb.

Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov onlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda aparılan quruculuq işləri barədə məlumat verib.

Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. 32 il köçkünlük həyatı yaşayan Şuşa sakinlərinin də doğma yurdlarına qayıdışı reallaşıb. Qonaqlara Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri barədə də məlumat verilib. Bildirilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra heykəllər əvvəlki yerlərinə qaytarılıb. Sonra Xurşidbanu Natəvanın evi və Xan qızı bulağının yerləşdiyi ərazi, qala divarları və Bülbülün ev muzeyi ilə tanışlıq olub.

Nümayəndə heyətini Milli Məclisin vitse-spikeri Rafael Hüseynov, komitə sədrləri Əhliman Əmiraslanov, Səməd Seyidov, Polad Bülbüloğlu, Milli Məclisə Xankəndi şəhərindən seçilmiş deputat Tural Gəncəliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Nümayəndə heyəti sonra Xankəndi şəhərinə yola düşüb.

11:36

Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçılarının Qarabağa səfəri başlayıb.

Avropa .info Report-a istinadən xəbər verir ki, nümayəndə heyətini daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib.

Regionun qonaqlara tanıdılması Füzuli aeroportundan başlanıb. Burada qonaqlara hava limanı ərazisinin minalardan təmizlənməsi və qısa müddətdə yaradılmış şərait barədə ətraflı məlumat verilib.

Qonaqlar Füzuli rayonuna səfərləri çərçivəsində Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilən dağıntılarla, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.

Füzuli ilə tanışlıqdan sonra nümayəndə heyəti Şuşa, Xankəndi və Xocalıya səfər edəcək.

Əvvəlki Yazı

Şəmsi Səmədzadə Özbəkistanda həbs olundu

Növbəti Yazı

Bəşər Əsədin iqamətgahı qarət olunub

XƏBƏR LENTİ

Yeni 100 manatlıq tədavülə buraxılır

Yeni 100 manatlıq tədavülə buraxılır

15 İyul 2026 / 13:24
1
Ümumdünya Gömrük Təşkilatının baş katibi Abşeron Logistika Mərkəzini ziyarət edib

Ümumdünya Gömrük Təşkilatının baş katibi Abşeron Logistika Mərkəzini ziyarət edib

15 İyul 2026 / 12:24
1
Ursula Fon der Lyayen növbəti dəfə Kiyevə səfər edib-Foto

Ursula Fon der Lyayen növbəti dəfə Kiyevə səfər edib-Foto

15 İyul 2026 / 12:20
1
Rusiya tarixi səhnəni tərk edir, geri sayım başlayıb… –Vüqar Dadaşov

Rusiya kontekstindən IV Şuşa Qlobal Media Forumuna baxış-Vüqar Dadaşov yazir

15 İyul 2026 / 11:45
109
Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub – Foto

Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub – Foto

15 İyul 2026 / 11:38
5
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

15 İyul 2026 / 11:27
9
DİN:Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı

DİN:Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı

15 İyul 2026 / 10:22
1
Bakıda yanacaq daşıyan avtomobildə yanğın baş verib-Video

Bakıda yanacaq daşıyan avtomobildə yanğın baş verib-Video

15 İyul 2026 / 9:46
4
Argentina-Misir oyununda hakim ədalətsizlikləri – Video

İspaniyanin rəqibi bu gün bəlli olacaq

15 İyul 2026 / 9:30
2
Ceyms Cey Karafano:”Putin Ukraynada qarşıya qoyduğu strateji məqsədlərə nail ola bilməyib”

Leon Aron:”Putin bu vəziyyətdən çıxış yolu kimi NATO ölkələrindən birinə hücum edə bilər”

15 İyul 2026 / 9:21
1
Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəni təbrik edib

Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəni təbrik edib

15 İyul 2026 / 9:07
5
Didye Deşam dünya çempionatı tarixində yeni rekorda imza atıb

Didye Deşam dünya çempionatı tarixində yeni rekorda imza atıb

15 İyul 2026 / 8:56
1
İran ABŞ-nin bir neçə hərbi bazalarını hədəfə aldığını bildirdi

İran rəsmisi İslamabad sazişinin qüvvədən düşdüyünü açıqlayıb

15 İyul 2026 / 8:49
1
Armando Mema:”Avropa gərginliyi azaltmaq əvəzinə, görünməmiş səviyyəyə qaldırır”

Armando Mema:”Avropa gərginliyi azaltmaq əvəzinə, görünməmiş səviyyəyə qaldırır”

15 İyul 2026 / 8:13
1
ABŞ- İranin mineral su zavoduna zərbə endirib

ABŞ- İranin mineral su zavoduna zərbə endirib

15 İyul 2026 / 8:01
1
ABŞ Hörmüz boğazı və İranın sahilyanı ərazilərində yerləşən onlarla obyektə zərbələr endirilib

ABŞ Hörmüz boğazı və İranın sahilyanı ərazilərində yerləşən onlarla obyektə zərbələr endirilib

15 İyul 2026 / 7:53
1
Cəmiyyətin nəbzini yoxlamaq TƏŞƏBBÜSÜ, yoxsa məqsədli narazılıq yaratmaq İSTƏYİ… — Rəsul Mirhəşimli yazır

Sosial şəbəkələrin göstərmədiyi Kərbəla həqiqətləri – Rəsul Mirhəşimli YAZIR

15 İyul 2026 / 1:44
3
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan

Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan

14 İyul 2026 / 18:33
5
Dövlət ittihamçısı “Beniz” ləqəbli tiktokerə 11 il cəza istədi

Dövlət ittihamçısı “Beniz” ləqəbli tiktokerə 11 il cəza istədi

14 İyul 2026 / 13:12
3
Ehtiram Mehtiyev: Şuşadan verilən mesajlar Azərbaycanın regional liderliyini bir daha təsdiqlədi

Ehtiram Mehtiyev: Şuşadan verilən mesajlar Azərbaycanın regional liderliyini bir daha təsdiqlədi

14 İyul 2026 / 10:36
116
Hikmət Hacıyev:”Bəzi instututlar bəzən dezinformasiyanın yayılmasında fəal iştirak edirlər”

Hikmət Hacıyev:”Bəzi instututlar bəzən dezinformasiyanın yayılmasında fəal iştirak edirlər”

14 İyul 2026 / 10:11
1
Ukrayna  Başqırdıstanda neft emalı zavodunu vurdu – VİDEO

Ukrayna  Başqırdıstanda neft emalı zavodunu vurdu – VİDEO

14 İyul 2026 / 10:06
1
Prezident İlham Əliyevin iştirakı ilə Forumun açılışı canlı yayımlanacaq

IV Şuşa Qlobal Media Forumu davam edir

14 İyul 2026 / 9:58
1
Bu gündən müəllimlərin işə qəbulu üzrə test imtahanlarına start verildi

Bu gündən müəllimlərin işə qəbulu üzrə test imtahanlarına start verildi

14 İyul 2026 / 9:55
1
İqor Lapin:”Çünki bu, prezident Vladimir Zelenskinin reytinqinə təhlükədir”

İqor Lapin:”Çünki bu, prezident Vladimir Zelenskinin reytinqinə təhlükədir”

14 İyul 2026 / 9:16
1
“CNBC”:Trampın şəxsi sərvətinin 2025-ci il ərzində artması bütün Amerika rəhbərləri arasında misilsiz olub

Tramp:”İran silah istehsal etmək bacarığını böyük ölçüdə itirib”

14 İyul 2026 / 9:09
1
Ağstafada 21 yaşlı gənc ürəyindən bıçaqlandı

Ağstafada 21 yaşlı gənc ürəyindən bıçaqlandı

14 İyul 2026 / 9:04
1
Makron Fransa ordusunu müharibəyə hazırlaşmağa çağırdı

Makron Fransa ordusunu müharibəyə hazırlaşmağa çağırdı

14 İyul 2026 / 8:03
1
Zelenski: Baş Qərargahda hərbi istehsal məsələsinə böyük diqqət yetirilib

Zelenski:”Ukrayna Rusiyanın danışıqlara başlaması üçün bütün səylərini göstərir”

14 İyul 2026 / 7:57
1
Meksikada güclü zəlzələ baş verib

Meksikada güclü zəlzələ baş verib

14 İyul 2026 / 7:46
1
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.