Yüzlərlə insan Almaniyanın Berlindəki Rus Evini bağlamaq qərarı fonunda onun qarşısında aksiya keçirib
Berlinin mərkəzində Rus Evinin bağlanmasına etiraz olaraq kütləvi nümayiş keçirilib.
Avropa.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Fridrixstrassedə qurumun divarları yaxınlığında keçirilən aksiyada bir neçə yüz nəfər iştirak edib. Etiraz aksiyasını BSW partiyası təşkil edib. Aydınlaşdırılır ki, əvvəlcə tədbirdə 200-ə yaxın adam iştirak etməli idi, lakin daha çox etirazçı toplaşıb.






























