Xəbər verdiyimiz kimi, futbol üzrə Dünya Çempionatının 1/8 finalında Argentina millisi Misiri 3:2 məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Avropa.info xəbər verir ki, sözügedən oyunda hakim idarəçiliyi müzakirələrə səbəb olub.
Qarşılaşma zamanı argentinalı futbolçuların misirli oyunçulara qarşı etdiyi bir neçə kobud qayda pozuntusu cəzasız qalıb. Görüşün hakim qərarları sosial şəbəkələrdə geniş müzakirə olunur.
Qeyd edək ki, Misir yığmasının baş məşqçisi Husam Həsən də matçdan sonra açıqlama verərək bildirib ki, futbol hər zaman ədalətli olmur.
FİFA isə ona ünvanlanan rəsmi müraciətə cavab olaraq Argentina-Misir oyununun baş hakimi fransalı Fransua Leteksye ilə bağlı heç bir məhdudlaşdırıcı tədbir görülməyəcəyini, başqa sözlə, referinin doğru qərarlar verdiyini elan edib.






























