ABŞ Geoloji Xidməti (USGS) Texas ştatında 5,0 bal gücündə zəlzələ baş verdiyini bildirib
Avropa.info xəbər verir ki,USGS məlumatlarına görə, zəlzələ Texasda, episentri Spirman şəhərindən 38 kilometr cənub-şərqdə baş verib.
Maqnitudası 5,0 olaraq qeydə alınan zəlzələnin 5,7 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Zəlzələ ilə bağlı can və ya mal itkisi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.





























