Xaçmaz rayonunun Xaspoladoba kənd sakini 22 yaşlı Ramil Əbilovu bıçaqlayan şəxs saxlanılıb.
Avropa.info xəbər verir ki, R.Əbilova xəsarət yetirərək qaçan dostu 20 yaşlı Seyidbaba Coşqun oğlu Xalidov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Xatırladaq ki, yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb