Türkiyəni COP29-da təmsil edən aktyor Engin Altan Düzyatan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edib
Avropa.info xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki baş konsulu Nərminə Mustafayeva X hesabında paylaşım edib.
“Türkiyənin sənət dünyasının önəmli adlarından biri olan Engin Altan Düzyatan Bakıda keçirilən COP29-a qatılaraq ətraf mühitə həssaslığa diqqət çəkib. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin göndərdiyi “Təşəkkürnamə”ni sənətkara çatdırdıq və bu töhfənin nə qədər dəyərli olduğunu bir daha vurğuladıq”, – deyə o, paylaşımda qeyd edib.
Qeyd edək ki, azərbaycanlı izləyicilər Engin Altan Düzyatanı “Diriliş Ərtoğrul” serialında yaratdığı Ərtoğrul obrazı ilə tanıyır