Avropa .info xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin sürücülərə çağırışında qeyd olunub.
Qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan Fail Nemətov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən səhhətinin pisləşməsi ucabatından darəetməni itirərək qarşıda gedən yük avtomobili ilə toqquşub.
Qəzada xəsarətlər alan sürücü və sərnişini – Lənkəran rayon sakini Hüseynağa Kərimov xəstəxanaya çatdırılsa da, sonuncunun həyatını xilas etmək mümkün olmayıb