21 - 08 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Kriminal

Separatçıların cinayət işi Məhkəməyə göndərildi

Dekabr 17, 2024
Kriminal
A A

 

Ermənistan Respublikası və onun Silahlı Qüvvələri, Ermənistan Respublikasının bilavasitə hərtərəfli dəstəyi ilə Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikasına qarşı törədilmiş qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Avropa.info-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin istintaqı aparılıb.

Bildirilir ki, 2 may 2024-cü il tarixdə Azərbaycan baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.

Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittham olunan 15 nəfər – Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyə cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər),  277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs  qismində cəlb olunub, hər birinin müdafiə, bildiyi dilindən istifadə etmək və digər prosessual hüquqları təmin edilib.

Təqsirləndirilən şəxslər vəkillə təmin olunub.

Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib.

Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir.

Azərbaycan Baş Prokurorluğu  bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir.

Cinayət işi üzrə ittiham aktı Azərbaycan baş prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib

Əvvəlki Yazı

Komitə sədri mədəniyyət işçilərinin maaşının azlığından danışdı

Növbəti Yazı

Qəbələdə ağac avtomobilin üzərinə düşdü, sürücü yaralandı

XƏBƏR LENTİ

Yazıçı, dramaturq Şıxəli Qurbanovun 100 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Yazıçı, dramaturq Şıxəli Qurbanovun 100 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

19 Avqust 2025 / 17:26
31
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün master-klass keçirilib

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün master-klass keçirilib

19 Avqust 2025 / 17:12
40
Zərdab sakini baş nazir Əli Əsədova müraciət edib

Zərdab sakini baş nazir Əli Əsədova müraciət edib

19 Avqust 2025 / 14:55
185
“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü

“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü

19 Avqust 2025 / 14:27
6
QHT sosial media sahəsində təlimlərə başlayır

QHT sosial media sahəsində təlimlərə başlayır

18 Avqust 2025 / 14:10
6
“Qələmin səsi, Qəlbin nəğməsi Bəxtiyar Vahabzadə – 100” adlı veblioqrafiya virtual istifadəçilərə təqdim edilib

“Qələmin səsi, Qəlbin nəğməsi Bəxtiyar Vahabzadə – 100” adlı veblioqrafiya virtual istifadəçilərə təqdim edilib

18 Avqust 2025 / 11:21
56
Türkiyədə Cütlük çadırda dəm qazından zəhərlənərək ölüb

Türkiyədə Cütlük çadırda dəm qazından zəhərlənərək ölüb

18 Avqust 2025 / 8:30
18
İsraildə hökumət əleyhinə tətil və etiraz aksiyalarında 1 milyondan çox insan iştirak edib

İsraildə hökumət əleyhinə tətil və etiraz aksiyalarında 1 milyondan çox insan iştirak edib

18 Avqust 2025 / 8:16
10
“Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi miqrant uşaqlar üçün “Xarıbülbülün Rəngləri” adlı növbəti təlimi keçirdi

“Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi miqrant uşaqlar üçün “Xarıbülbülün Rəngləri” adlı növbəti təlimi keçirdi

17 Avqust 2025 / 17:29
8
Ankarada 3,2 bal gücündə zəlzələ baş verib

İndoneziyada 5,8 bal gücündə zəlzələ nəticəsində 29 nəfər xəsarət alıb

17 Avqust 2025 / 11:53
4
Prezident İlham Əliyev İndoneziya Prezidentini təbrik edib

Prezident İlham Əliyev İndoneziya Prezidentini təbrik edib

17 Avqust 2025 / 11:43
54
“Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi miqrant uşaqlar üçün “Kitabların sehirli dünyası” adlı növbəti təlimi keçirdi

“Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi miqrant uşaqlar üçün “Kitabların sehirli dünyası” adlı növbəti təlimi keçirdi

17 Avqust 2025 / 11:18
6
Putin-Tramp görüşündə nadir hadisə…

Putin-Tramp görüşündə nadir hadisə…

16 Avqust 2025 / 9:24
11
Tramp administrasiyası Kapitol polisini bərpa etməyə razıdır

Tramp administrasiyası Kapitol polisini bərpa etməyə razıdır

16 Avqust 2025 / 9:11
6
Deputat Razı Nurullayevi hədəf alan “Peşəkar şantajçılar” bu üsullarla çox əməllər törədirlər

Deputat Razı Nurullayevi hədəf alan “Peşəkar şantajçılar” bu üsullarla çox əməllər törədirlər

15 Avqust 2025 / 14:26
61
Trampla hər danışıqdan sonra Putinin iştahı artır: “Bir nəfər dövlət mexanizmlərini dağıda bilərmiş”

Dünya bu iki dövlət arasında yenidən bölüşdürülür: Tramp Putinlə hansı məsələdə razılığa gəlmək istəyir? – ŞƏRH

15 Avqust 2025 / 13:33
161
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin işğalına reaksiya verib

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin işğalına reaksiya verib

15 Avqust 2025 / 11:27
29
Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı Elçinin xatirəsi anılıb

Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı Elçinin xatirəsi anılıb

13 Avqust 2025 / 17:09
53
Qubada vətənpərvərlik ruhunda sənət tədbiri keçirildi – FOTOLAR

Qubada vətənpərvərlik ruhunda sənət tədbiri keçirildi – FOTOLAR

11 Avqust 2025 / 22:27
22
Gənclər Kitabxanasında general Cəmşid Naxçıvanskinin 130 illiyi münasibətilə silsilə materiallar hazırlanıb

Gənclər Kitabxanasında general Cəmşid Naxçıvanskinin 130 illiyi münasibətilə silsilə materiallar hazırlanıb

11 Avqust 2025 / 12:39
66
“Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır

“Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır

11 Avqust 2025 / 12:30
8
Prezident İlham Əliyev vacib Fərman imzaladı

Prezident İlham Əliyev Ukrayna ilə bağlı sərəncam imzaladı

11 Avqust 2025 / 12:16
46
“Görüşdə Zelenskinin olmaması ukraynalılara görə, vəziyyətin fəlakətli olduğunu göstərir”-Paul Rontshaymer

“Görüşdə Zelenskinin olmaması ukraynalılara görə, vəziyyətin fəlakətli olduğunu göstərir”-Paul Rontshaymer

11 Avqust 2025 / 8:44
9
 Balıkəsirdə baş verən zəlzələ ilə bağlı ilkin qiymətləndirmə hesabatı

 Balıkəsirdə baş verən zəlzələ ilə bağlı ilkin qiymətləndirmə hesabatı

11 Avqust 2025 / 8:38
10
Nazir Memişoğlu: 18 nəfər evə buraxıldı, 11 yaralının müalicəsi davam edir

Nazir Memişoğlu: 18 nəfər evə buraxıldı, 11 yaralının müalicəsi davam edir

11 Avqust 2025 / 8:32
22
Ankarada 3,2 bal gücündə zəlzələ baş verib

Ankarada 3,2 bal gücündə zəlzələ baş verib

11 Avqust 2025 / 8:28
35
Milli ideologiyanın qorunması: Təhdidlər, boşluqlar və riskl

Milli ideologiyanın qorunması: Təhdidlər, boşluqlar və riskl

10 Avqust 2025 / 20:51
50
Ana və Vətən – Ruhumuzun qidası

Ana və Vətən – Ruhumuzun qidası

10 Avqust 2025 / 14:06
78
Fələstin torpaqlarını qəsb edən israillilər İordan çayının qərb sahilində iki fələstinli kəndə hücum edib

Fələstin torpaqlarını qəsb edən israillilər İordan çayının qərb sahilində iki fələstinli kəndə hücum edib

10 Avqust 2025 / 9:12
7
Miqrant uşaqlar üçün Zəfər Parkına maarifləndirici səyahət təşkil olundu – FOTO

Miqrant uşaqlar üçün Zəfər Parkına maarifləndirici səyahət təşkil olundu – FOTO

09 Avqust 2025 / 22:03
24
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.