Beyləqanda ər-arvad dəm qazından zəhərlənib.
Avropa .info xəbər verir ki, hadisə rayonun Bünyadlı kəndində qeydə alınıb.
Kənd sakini, 1966-cı il təvəllüdlü Bakir Heydər oğlu Məmmədov qazından zəhərlənərək ölüb, arvadı 1974-cü il təvəllüdlü Şəlalə Firidun qızı Məmmədova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır