Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis əməkdaşlarını daşıyan avtobusla minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb.
7-si polis əməkdaşı olmaqla 11 nəfər isə xəsarət alıb.
Qəzanın baş verdiyi əraziyə təcili yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır